Ci tədris ILI Azərbaycan bölməsi üçün (Alman dili) a dildən b dilə tərcümə fənni üzrə (50 mətn) (20 bal) Alman dilinə tərcümə edin



Yüklə 493,91 Kb.
səhifə2/2
tarix27.04.2018
ölçüsü493,91 Kb.
#49275
1   2

20. Broker

Şəxs öz mənzilini sığorta etdirmək istəyir və bunun üçün sığorta şirkəti (sığortaçı) seçməkdə çətinlik çəkir. O, mütəxəssisə müraciət edir və hansı şərtlərlə sığorta təminatı axtardığını ona bildirir. Sığorta müqaviləsinin bağlanacağı halda müvafiq haqq (komisyon muzd) alacaq həmin mütəxəssis şəxsin şərtlərinə cavab verən sığortaçını tapmaq üçün araşdırma aparır və məqbul hesab etdiyi sığorta şirkəti ilə şəxsin adından danışıqlar aparır. Şəxslə sığortaçı arasında sığorta müqaviləsi bağlandıqdan sonra da həmin mütəxəssis şəxslə daima əlaqə saxlayır. Sığorta hadisəsinin (mənzildə yanğın və s.) baş verməsindən sonra şəxs zərərin əvəzinin ödənilməsi üçün sığorta ödənişini sığortaçıdan həm həmin mütəxəssisin vasitəsiçiliyi ilə, həm də birbaşa tələb edə bilər. Sığorta nəzarəti orqanının verdiyi lisenziya əsasında bu cür vasitəçilik fəaliyyətini göstərən mütəxəssis sığorta brokeridir. Sığorta brokeri təkcə fiziki şəxs olan mütəxəssis kimi deyil, həm də hüquqi şəxs kimi də fəaliyyət göstərə bilər. Bu zaman hüquqi şəxs olan sığorta brokerinin ən azı bir əsas işçisi, adətən rəhbəri fiziki şəxs kimi sığorta brokeri lisenziyasına malik olur.



21. İnflyasiya nədir?

İnflyasiya mal və xidmətlərin keyfiyətinin yüksəlməməsi halında qiymətlərinin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşaiyət olunan pulun dəyərsizləşməsi prosesidir. Yalnız qiymətlərin ümumi səviyyəsi qalxdığı zaman inflyasiya baş vermiş hesab olunur. 

Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü var:


  • Mülayim (sürünən) inflyasiya

  • Sürətli (dördnala çapan) inflyasiya

  • İfrat (hiper) inflyasiya

İl ərzində qiymətlər 10% dən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən inflyasiya adlandırılır. İnkişaf etmiş ölkələrin əksəriyyəti üçün bu növ inflyasiya xasdır. Mülayim inflyasiya müəyyən dərəcədə iqtisadiyyatı hərəkətə gətirir, onu stimullaşdırır. İl ərzində qiymətlər 10% dən 200%-ə qədər artarsa ölkədə sürətli inflyasiya yaranacaqdır. Sürətli inflyasiyada kağız pul qiymətdən düşür, istehlak şeylərinin xidmətlərin dəyəri əhalinin pul gəlirlərini qabaqlayır. Latın Amerikası, Cənubi Asiya, Azərbaycan bu inflyasiyaya məruz qalmışlar. l ərzində qiymətlər 100% dən artıq artarsa ölkədə İfrat (hiper) infilyasiya meydana çıxır. Bu inflyasiya zamanı qiymətlər faizlə yox dəfələrlə artır. Pulun alıcılıq qabiliyyəti demək olar ki yox olur.

22.Pulun funksiyaları

Pul nədir? Ilk baxışdan sual qəribə görünə bilər.

Iqtisadiyyatda pul üç funksiyanı yerinə yetirir. Tədavül vasitəsi, dəyər ölçüsü və yığım vasitəsi. Bu 3 funksiyanın vəhdəti pulları aktivlərin digər növlərindən fərqləndirilir. 


Tədavül vasitəsi anlayışı altında alıcının mal və ya xidmətləri alarkən satıcıya verdiyi xüsusi növ  əmtəə başa düşülür.

Dəyər ölçüsü- mal və xidmətlər üzərində qiymətlərin müəyyən edilməsi, qoyulması və öhdəliklərin qeydə alınması üçün, adamların istifadə etdiyi ölçü vahididir

Yığım vasitəsi - insanların  alıcılıq qabiliyyətinin bu gündən gələcəyə keçirilməsi üçün istifadə etdikləri xüsusi vəsaitdir. Aydındır ki, müasir iqtisadiyyatda pul yeganə yığım vasitəsi deyil. Bu məqsəd üçün səhmlər, istiqrazlar, daşınmaz əmlak, sənət əsəri və ya beys-bol matçlarının kiçik proqramlarından istifadə edilir.

 Sərvət termini altında pul kimi digər aktiv növləri də daxil olunmaqla bütün yığım vasitələrnin  cəmi başa düşülür.. Pul-aktivlərin ən likvid növüdür. Buna baxmayaraq yığım vasitəsi rolunda onlara əsaslı çatışmazlıq xasdır. Iş burasındadır ki, mallara qiymətin artdığı şəraitdə pulun qiyməti düşür.



23. Elektrik enerjisinin hasilatı

2020-ci ildə planetdə bütün elektrik enerjisinin 12 faizi külək enerjisinin köməyi ilə hasil oluna bilər. Bu nəticəyə Windforce 12 (Küləyin gücü 12) – Qrinpis və Külək Enerjisi üzrə Ümumdünya Şurası (GWEC) layihəsinin müəllifləri gəlmişlər.

Hazırda Avropada quraşdırılmış külək qurğuları havaya ildə 50 milyon ton karbon qazı atılmasının qarşısını alır. Bu səbəbdən Avropa Birliyi 2010-cu ildə Kioto protokolu ilə Avropa ölkələri üçün təsdiq edilmiş normaların üçdə bir hissəsinin yerinə yetirilməsinə nail ola bilər. Ekspertlərin hesabatında 13 başlıca ölkənin adı çəkilir. Bunlar yeni külək enerjisi bazarının formalaşmasına həlledici təsir göstərə bilən Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Hindistan, İtaliya, Yaponiya, Filippin, Polşa, Türkiyə, Böyük Britaniya və ABŞ-dir. Külək enerjisi elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan naşqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən sahələrindən biridir.

24. Neftin boru kəməri vasitəsilə nəqli

Neftin boru kəməri vasitəsilə nəqli kimi inqilabi ideya Rokfellerə və məşhur rus kimyaçısı D.İ.Mendeleyevə məxsusdur. Nobel və Rotşild qardaşları, həmçinin “ Royal Deyç Kampani” şirkəti də onların bu ideyasına nəinki tərəfdar çıxmış, hətta onu həyata keçirmişlər. Belə ki 1878-ci ildə Balaxanı yatağından Bakının neft emalı zavodlarına xam nəqli üçün Abşeron yarımadasında uzunluğu 12 km, diametri isə 75 mm olan iki neft kəməri istifadəyə verilmişdir. Qafqaz XX əsrə iki neft boru kəməri ilə daxil olmuşdur: ildə 900 min ton ağ neft (kerosin) nəql etmək üçün Bakı-Batumi (1896-1907) boru kəməri; ildə 700 min ton neft nəql etmək üçün Mahaçqala-Qroznı (1913-1914) boru kəməri çəkilmişdir.

“Bakı-Tbilisi-Ceyhan” ixrac boru kəmərinin çəkilişi isə XXI əsrdə Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biridir. 2002-ci il senytabrın 18-də “Bakı-Tbilisi-Ceyhan” neft boru kəmərinin təməli qoyulmuş, tikintisinə start verilmiş və həmin kəmər 2006-cı il iyul ayının 13-də tam istismara verilmişdir. Onun təxminən 1074 km-i Türkiyə, 450 km-i Azərbaycan, 250 km-i isə Gürcüstan ərazisindən keçmişdir.

25.Azərbaycanda neft şirkətlərinin tarixi

XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanda neft şirkətlərinin sayı ildən-ilə artır. Məsələn, 1890-cı ildə Bakıda 11 neft şirkəti olduğu halda, 1905-ci ildə artıq 158 şirkət fəaliyyət göstərirdi. Xarici ölkələrin şirkətləri sərvət dalınca Bakıya axışırdı. Xaricdən ilk dəfə Bakıya 1874-cü ildə gələn isveçli Robert Nobel olmuşdur. Sonradan onun digər qardaşları da neft işinə cəlb edilmişlər.

Nobel qardaşlarının ardınca amerikalı Con Rokfeller “Standart oyl kompani” şirkəti (1880-cı ildə), ingiltərəli Henri Deterdinin rəhbərliyi altında işləyən “Royal Datç-Şell Qrup” şirkəti (1882-ci ildə), fransızlardan yəhudi Rotşildin “Xəzər-Qara Dəniz” şirkəti (1883-cü ildə) və başqaları Bakıya gəlir və əsasən neft istehsalı və emalı ilə məşğul olurlar.

Onu da qeyd etmək lazımdır ki, xarici neft şirkətləri Bakı neft sənayesində yerli sahibkarların meydana gəlməsinə böyük təsir göstərmişlər. Həmin dövrdə neft sənayesi müəssisələrinin 135 sahibi arasında artıq 17 azərbaycanlı var idi.

Belə ki 1914-cü ilin məlumatına görə 58 nəfər azərbaycanlı sahibkara 83 şirkət məxsus idi. Bunların arasında H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev daha çox fərqlənirdilər.

26. Böyük Vətən Müharibəsi illərində neft sənayesinin rolu

Böyük Vətən Müharibəsi illərində neft sənayesinin SSRİ neft sənayesinin bir qolu olan neft emalı müəssisələrinin əsas vəsifəsi cəbhəni yanacaqla, xüsusən oktanlı aviasiya benzini və əlka keyfiyyətli maşın yağları ilə təmin etmək idi. Bu sahədə Azərbaycan alimlərinin əməyini xüsusi qeyd edirlər. Belə ki, akademik Yusif Məmmədəliyevin rəhbərlik etdiyi laboratoriyanın kollektivi B-78,B-93, B-97 markalı benzinlərin emal texnologiyasını təkçilləşdirmək və onların hasilatını artırmaqla yanaşı 28 sutka ərzində laboratoriya binasından kənara çıxmayaraq gərgin elmi axtarışlar aparmış, nəticədə 100 oktanlı yüksək keyfiyyətli aviasiya yanacağının texnologiyasını işləyib hazırlamış və bunun istehsalı üçün zavod tikilmişdir. Bunlardan başqa, yüksək şaxtaya davamlı sürtkü yağlarının da texnologiyuası işlənib hazırlanmış və onların istehsalı təşkil edilmişdir. Bunların hamısıə Azərbaycan alimlərinin və mütəxəssislərinin böyük nailiyyətləri idi.

Ümumiyyətlə 1941-45-ci illərdə SSRİ-də istehsal edilmiş 92 milyon ton neftin 75 milyon tonu və ya 80 faizdən çoxu Bakıda istehsal edilmişdir. 1941-ci ildə Azərbaycanda neft hasilatı 23,5 milyon ton olmuşdur. bu da keçmiş SSRİ-də hasil edilən neftin 74,3%-ni təşkil edirdi.

27. 90-cı illərdə neft sənayesinin problemləri

1991-ci ildən başlayaraq Azərbaycan Respublikası hər cür iqtisadi problemlə üz-üzə qalmışdı. Neft sənayesinin inkişafı üçün böyük investisiya tələb olunurdu və təəssüf ki, bunun üçün lazım olan kapitalımız yox idi. Bundan ötrü hələ Azərbaycanın baxımsızlığından əvvəl də xarici investorların ölkəyə cəlb edilməsi cəhdləri olmuşdu. Lakin bu cəhdlər heç zaman danışıqlar səviyyəsindən irəli gedə bilməmişdir. Yalnız 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti kimi hakimiyyətə qayıtması ilə bi prosesin sürətləndirilməsi üçün cəsarətli və qətiyyətli addımlar atıldı və artıq 1994-cü ilin senytabrında birinci müqavilə imzalandı.

Hazırda Azərbaycan Dövlət Neft Şirkətində müxtəlif işlər yerinə yetirən 80 min işçi çalışır. Bu işlərə misal olaraq, yeni neft yataqlarının işlənib hazırlanması, dənizdə neft platformalarının işə salınmasını göstərmək olar. Neftin çıxarılması, emalı, daşınması və neft məhsullarının satışı da buraya aiddir.

Son illərdə neft sənayesinin müxtəlif sahələri üçün böyük bir ehtiyat mütəxəssis dəstəsi hazırlamışıq. Bu gün ARDNŞ-də 5 planlaşdırma və tədqiqat institutu fəaliyyət göstərir. Burada yüksək ixtisaslı elmi əməkdaşlarımız gələcək layihələr üçün planlar işləyib hazırlayırlar.



28. Azərbaycanda ətraf mühitin mühafizəsi

Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son on illik fəaliyyətinə görə dünyada ikinci yerdə qərarlaşıb. ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan “Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi” (Environmental Performance Index) adlı sənəddə Azərbaycanın bu mövqeyi öz əksini tapmışdır. Sənədə əsasən Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində birinci yerdədir.“Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb.

Ötən il də ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2013-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2995 akt və 774 protokol tərtib olunub və aşkar edilmiş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1180 müddətli “məcburi göstəriş” verilib. Su ehtiyatlarının mühafizəsi üzrə görülmüş işlər də öz nəticəsini vermişdir. Flora və fauna ehtiyatlarının mühafizəsi də nazirliyin daim diqqət mərkəzində olmuşdur.

29.Meşələrin qorunması və artırılması

Dünya ölkələrində rast gəlinən təbii sərvətlərin içində meşələr xüsusi yer tutur. Meşə örtüyü həm təmiz hava, həm də göz oxşayan mənzərə deməkdir. Meşələrin insan sağlamlığı üçün əhəmiyyəti nəzərə alınaraq beynəlxalq qurumlar tərəfindən də xüsusi diqqətdə saxlanılır. Təsadüfi deyil ki, BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən 2011 il Beynəlxalq Meşələr İli elan edilib. Dünya üzrə meşələrin davamlı istifadəsi və qorunması sahəsində mövcud olan müsbət səylərə baxmayaraq bu sahədə hələ də deqradasiya və məhv olunma proseslərinə rast gəlmək olar. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Meşələrin sahəsinin azalması, onların cins tərkibinin qiymətli ağac cinslərinin ikinci dərəcəli cinslərlə əvəz olunmasına doğru dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi, ağacların yandırılması nəticəsində bitki örtüyünün azalması halları istisna deyil. Bu proseslərin qarşısı vaxtında alınmazsa, respublika ağır ekoloji fəlakətlər ilə üz-üzə qala bilər. Ona görə də meşə təsərrüfatının problemləri və onun həlli istiqamətində diqqəti artırmaq lazımdır.



30.Azərbaycanın alternativ enerji mənbələri

Dünya ölkələrinin uzun illər ərzində istifadə etdikləri ənənəvi enerji mənbəyi sayılan karbohidrogen ehtiyatları getdikcə tükənməkdədir. Neft-qaz ehtiyatlarının tükənməsi dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə zərurətini yaradır. Buraya müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerji resursları daxildir. Bu enerjidən istifadə olunmasının üstünlüyü ondan ibarətdir ki, o, ekoloji cəhətdən heç bir problem yaratmır, təbiəti heç bir zərərli tullantı ilə çirkləndirmir.

Artıq bu sahənin inkişafı Azərbaycan dövlətinin diqqətindədir. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar. Odur ki, 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qəbul edilib.

31.İqlim dəyişikliyi - yeni çağırışlar

Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. 2015-2018-ci illər üçün agentliyin strateji planı hazırlanıb. Bu planda hədəf-alternativ və bərpa olunan enerji resurslarının istehsalının artırılması və ondan səmərəli istifadə olunması, məqsəd-bərpa olunan enerji potensialının müəyyən olunması və ondan istifadənin genişləndirilməsi, fəaliyyət olaraq isə ölçü-müşahidə stansiyalarının qurulması göstərilib.

Agentlikdən verilən məlumata görə, bu qurum alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) tətbiqi istiqamətində layihələr həyata keçirir və beynəlxalq səviyyədə əməkdaşlıq qurub. Belə ki, Azərbaycan Respublikası "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasını və Kioto protokolunu ratifikasiya etməsi, Təmiz İnkişaf Mexanizmi çərçivəsində Azərbaycan hökumətinin müvafiq sənədlərə qoşulması, ölkəmizin bir mənbədən enerji asılılığının azaldılması, enerji təhlükəsizliyi və enerji səmərəliliyi məsələlərinin həll edilməsi, həmçinin vahid enerji siyasətinin hazırlanması və ətraf mühitə vurulan ziyanın aşağı salınması məqsədilə "20-20-20" direktivinə də tərəfdar çıxıb.

32. İmmun çatışmazlığının əlamətləri

Dünya alimləri QİÇS-ibioterrorizm adlandırır. Əlamətləri bunlardır: ilk dəfə xəstənin limfa düyünləri şişir, bu cür şişkin limfalar əsasən insanın qulağında, bel və boyun nahiyələrində müşahidə olunur. Bir müddət sonra iştahasızlıq başlayır, 2 aydan çox dövrü əhatə edən qızdırma, sürətli arıqlama və müddətsiz ishal baş verir. İnsan elə vəziyyət düşür ki, bədən zəifləyir, infeksion xəstəliklərin qarşısında aciz qalır. Daha sonra xəstəlik bədənin bütün üzvlərini iflic edir və xəstə dünyasını dəyişir. Bəzən də HİV AİDS mərhələsinə keçmir və insan bir xeyli müddət yaşaya bilir. Onlar virusun daşıyıcıları hesab olunurlar.

Bu terririzm Azərbaycandan da yan keçməyib. Ölkəmizdə ilk dəfə QİÇS-ə yoluxma halı 1987-ci ildə qeydə alındı. O vaxt cəmi iki nəfər olsa da, təəssüf ki, onların sayı getdikcə artdı. Ötən ilin statistikasına görə, ölkəmizdə 2mindən çox QİÇS xəstəsi var. Başqa ölkələrlə müqayisədə bu təhlükəli rəqəm hesab olunmur, lakin müalicəsi olmadığından xəstəlik sağalmır və təəssüf ki, hər il də sayı artır. QİÇS pandemiyası ən aktual problem olaraq daimdövlətimizin nəzarətindədir. Səhiyyədə ardıcıl həyata keçirilən layihələr çərçivəsində bir çox orta və ali təhsil müəssisələrində tədbirlər, disputlar təşkil edilir, mütəxəssilərlə görüşlər keçirilir, gənclər maarifləndirilir.

33. Beynəlxalq tədavüldə pul
İndiyə qədər biz pulun rolunu yalnız xalq təsərrüfatı daxilində nəzərdən keçirtmişik. Nə qədər ki, beynəlxalq səviyyədə bütün ölkələr tərəfindən tanınan bir pul mövcud deyil, beynəlxalq ticarət və ödənişlər üçün bir ölkənin pulu digər ölkənin pulu ilə mübadilə edilməli olacaqdır. Müxtəlif pul növləri yaxud valyutaları arasındakı mübadilə nisbəti valyuta məzənnəsi adlanır; xarici ödəniş vasitələri deviz adlanır.

Yetmişinci illərin əvvəlinə qədər valyuta məzənnələri onların arasındakı mübadilədə müəyyən edilmişdi. Burada Amerika dolları bütün Qərb dünyası ölkələrinin əsas götürdüyü, necə deyərlər, aparıcı valyuta idi. Alman markası kimi ingilis funtu, fransız frankı, yaxud italyan lirəsi kimi digər valyutalar da ABŞ dollarına əsaslanan sabit hesablama kursuna malik idilər. Bu sabit məzənnə sistemi ABŞ valyutasına olan etibarın sürətlə aşağa düşməsindən sonra 1973-cü ilin yazında çökdü.

O vaxtdan bəri, alman markasının məzənnəsi dollara nisbətdə artıq sabit yox, çevikdir. Yəni o, təklif və tələbə uyğun olaraq dəyişir. Bunun üçün ixtisas dilində ingiliscə Floating məfhumu (enib-qalxan; üzən) işlədilir. Yapon yeni, isveçrə frankı və ingilis funtu kimi digər əsas valyutalara qarşı da alman markası çevik məzənnəyə malikdir.

34. Niyə qadınlar kişilərdən çox yaşayır?
Demoqraf və həkimlərin müşahidələrinə görə, kişilər qadınlardan daha az yaşayır. Bu tendensiya, demək olar, bütün ölkə və millətlərə xasdır. Orta hesabla qadınlar kişilərdən 7-10 il çox yaşayır. 
Maraqlıdır ki, qadınların kişilərdən çox yaşamasına səbəb nədir?
Tibbi bilgilərə görə, kişilərin immuniteti qadına nisbətən aşağı olur. Qadın orqanizmi radiasiyaya qarşı 25-30% daha dözümlüdür. Kişi və qadın genetikasının fərqliliyi də nəticədə az rol oynamır. Belə ki, kişilərin orqanizmində onlara çox yaşamağa imkan verməyən genin aşkar edildiyi bildirilir. Bununla da izah olunur ki, qadınlar kişilərlə müqayisədə stresslərə qarşı daha möhkəm və səbirli olur. 
Həmçinin, qadınlar kişilərin etdiyi fiziki işdən azaddırlar ki, bu da qadınların ömrünü uzadır.
Qadınlar streslə rastlaşdıqları an danışaraq və ya ağlayaraq yüngülləşirlər. Və bununla da stresdən uzaqlaşırlar. Kişilərdə isə bu proses tərsinə gedir. Bu cür hallarda kişilər üzləşdiyi problemləri öz içində həll etməyə çalışırlar. Onlar danışmamağa üstünlük verirlər.

35. Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Əlaqələrimizin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nəticələr verdiyini dedi. Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkəmizin maraqlı olduğunu dedi. İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən Prezident İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Hi Tenin ölkəmizə səfərinin uğurlu olacağına və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli danışıqların və müzakirələrin aparılacağına əminliyini bildirdi. Pak Hi Te Koreya Respublikası Milli Assambleyasının sədri kimi Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə etdi. Azərbaycana səfəri zamanı ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Pak Hi Te Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük tərəqqiyə nail olunduğunu dedi.

36. Əmək pensiyaları ARTIRILIR

Dövlət Sosial Müdafiə Fondunun 2018-ci ildə büdcəsinin xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılıb. Bu da cari ilin müvafiq göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər fondun bütün xərclərinin 97,7 faizini təşkil edəcək və 3 milyard 495 milyon manat olacaq”.

BakuPost.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, əmək pensiyaları üzrə 193,2 milyon manat artım olacaq.

O əlavə edib ki, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 milyon manat azalma və digər xərclər üçün 1,9 milyon manat olacaq.

"Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə azalma onunla bağlıdır ki, növbəti ildən "İşsizlikdən sığorta haqqında” qanun fəaliyyətə başlayacaq. İndiyə qədər fondun vəsaitləri hesabına ödənilən işsizlik müavinətləri artıq fondun büdcəsindən çıxarılıb. Həmin vəsaitlər İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına ödəniləcək. Məhz bu azalma bununla bağlıdır”.

37. Zimbabve ordusu paytaxt Harareyə daxil olub.

BakuPost.az Axar.az-a istinadən xəbər verir ki, "Röyter” agentliyi ordunun Zimbabve dövlət televiziyası olan ZBC-nin Baş Qərargahını ələ keçirdiyini yazıb. Televiziyaya daxil olan hərbçilər jurnalistlərlə sərt rəftar ediblər. Buna rəğmən ZBC, tezliklə, sərt rəftarla bağlı yayımlanan məlumatın həqiqəti əks etdirmədiyini və hərbçilərin televiziyaya sistemin qorunması üçün gəldiyini vurğulayıb.

Maraqlı məqam odur ki, hərbçilərin ZBC binasına daxil olmasından sonra paytaxtda üç partlayış törədilib. Partlayışın kim tərəfindən törədildiyi müəyyən edilməyib.

Zimbabve ordusu həmçinin hərbi texnikasını paytaxt Harare ətrafına toplayıb. Ordunun paytaxta yeridilməsindən indiyə qədər hələlik 37 ildir ölkəni idarə edən Prezident Robert Muqabenin taleyi haqqında heç bir məlumat verilməyib.

Ölkədə olan ABŞ və Britaniya səfirliklərini öz fəaliyyətlərini müvəqqəti olaraq dayandırıblar.

Artıq komandanlıq məlumat yayaraq Harareyə hərbi texnikanın yeridilməsinin dövlət çevrilişi cəhdi olmadığını vurğulayıb. Komandanlıq sadəcə cinayətkarlarla mübarizə üçün ordunun paytaxta girdiyini və hər şey qaydasına düşdükdən sonra əsgərlərin buradan çıxarılacağını bildirib.

38. Azərbaycanın ilk peşəkar regional kanalı 10 yaşını qeyd edir

2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma başlayan "ARB Şimal” televiziyası bu gün 10 illiyini qeyd edir.

BakuPost.az xəbər verir ki, TV fəaliyyətə başladığı ilk gündən bir-birindən maraqlı layihələrlə tamaşaçıların zövqünü oxşamağa çalışıb. Televiziyada daha çox bölgənin istedadlı və perspektivli gənclərinə güvənilsə də, on illik inkişaf yolunda peşəkar kadrların təcrübəsi də öz sözünü deyib. Bu illər ərzində "ARB Şimal”ın efirində Azərbaycanın bir çox tanınmış aparıcıları və incəsənət nümayəndələrinin təqdimatında baxımlı layihələr yayımlanıb.

Televiziyada yerli kadrların peşəkarlığının artırılması üçün daimi iş aparılır. Gənc kadrlar mütəmadi olaraq həm ölkəmizdə, həm də xaricdə təcrübə keçməklə, televiziya sahəsində tanınmış mütəxəssislərin ustad dərslərinə cəlb olunurlar. Bunun nəticəsidir ki, illər əvvəl "ARB Şimal”da ilk addımlarını atan gənclərin bir çoxu, bu gün Azərbaycan

teleməkanının tanınmış simalarına çevriliblər. Televiziyada 100-ə yaxın əməkdaş çalışır ki, onların da 90 faizi şimal bölgəsini təmsil edir.

"ARB Şimal” ölkəmizdə rəqəmsal yayıma keçən ilk televiziya kanallarındandır.

39. Tərəflər Avropada vəziyyətin inkişafına xüsusi diqqət verdilər. Onlar bir daha razılıqla bildirdilər ki, Şərq və Qərb dünyası dövlətləri arasında münasibətlərin yaxşılaşması Avropanın beynəlxalq tərksilaha böyük töhfə verməsi imkanlarını genişləndirəcəkdir. Hər iki tərəf bu inkişafın sürətləndirilməsinə bütün səylərini sərf edəcəkdir. Onlar belə hesab edirlər ki, Avropada vəziyyətin yaxşılaşmasında 1971-ci il 3 sentyabr dördtərəfli saziş böyük rol oynayır. Danışıqların iştirakçıları yekdilliklə qeyd etdilər ki, geniş qarşılıqlı fayda verən əməkdaşlıq təcrübəsi həmçinin beynəlxalq gərginliyin zəifləməsi siyasətinin nailiyyətləri və xüsusilə Ümumavropa müşavirəsinin yekunları elə əlverişli şərait yaradırlar ki, hər iki dövlət öz aralarındakı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində göstərdikləri gözəl nümunə və xarici siyasət sahəsindəki fəal səyləri ilə yeni dünya müharibəsinin baş verməsi təhlükəsinin azaldılmasına, sülhün möhkəmləndirilməsinə öz töhfəsini, köməyini genişləndirə bilsinlər. İndi ən vacib vəzifələrdən biri – Helsinkidə 35 ölkənin qərara gəldikləri məsələnin həllinə kömək göstərmək və onu həyata keçirmək, həmin təcrübədən bu və ya digər ölçüdə mümkün qədər istifadə olunmasını reallaşdırmaqdır.

40. Prezident İlham Əliyev İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Hoşyar Zebari İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı.

İraqda Azərbaycanın səfirliyinin fəaliyyət göstərməsinə ehtiyac olduğunu deyən nazir bunun əlaqələrimizin inkişaf etdirilməsi baxımından önəmini vurğuladı.

Dövlət başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı imkanların olduğunu bildirdi.

Prezident İlham Əliyev yaxın vaxtlarda İraqda Azərbaycanın səfirliyinin açılacağına əminliyini qeyd etdi. Xalqlarımız arasındakı əlaqələrin həmişə səmimi dostluq münasibətlərinə əsaslandığını deyən dövlətimizin başçısı İraqdakı əməliyyatlarda Azərbaycan sülhməramlılarının iştirakını dost İraq xalqına ölkəmizin göstərdiyi yardım kimi qiymətləndirdi. Dövlətimizin başçısı İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraqın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.

41. Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mouloud Hamainin etimadnaməsini qəbul etmişdir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Əlcəzair hökumətinə təşəkkürünü bildirdi. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev Mouloud Hamainin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirdi.

Səfir Mouloud Hamai Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi. Dövlətimizin başçısı Prezident Əbdüləziz Buteflikanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.

42. Ünvanlı sosial yardım ləğv olunacaq

"Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Bu proqramların icrası məqsədi ilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”.

BakuPost.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, növbəti ildə isə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

"Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza hədəf qoymuşuq”.

S. Müslümov qeyd edib ki, bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemi aradan qaldırılacaq.

"Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabliyyəti olan şəxs işsiz qalmayacaq.

43. Azərbaycanda bu xəstəlik geniş yayıldı.

Azərbaycanda pnevmoniya (sətəlcəm) çox geniş yayılıb. Buna səbəb kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir".

BakuPost.az xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil: "Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarda paytaxt Bakı ilə müqayisədə xəstəliyin yayılması geniş vüsət alıb".

O qeyd edib ki, kəskin pnevmoniya ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur: "Kəskin pnevmoniya uşaqlarda, ahıl insanlarda daha ağır formada keçir. Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin

üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölüm səbəbləri arasında kəskin pnevmoniya ürək-damar, onkoloji xəstəliklərdə, zədələrdən sonra 4-cü yerdə dayanır".

44. Peşə təhsili ilə bağlı YENİLİK - 3 pilləli ola bilər

Təhsil Nazirliyi ölkədə peşə təhsili pilləsinin 3 səviyyəli olmasını və yüksək texniki peşə təhsilinin yaradılmasını təklif edir.

Bunu bu gün Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev Milli Məclisin Elm və təhsil komitəsində "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, peşə təhsili 3 pilləli qurulsun. Bunlar ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili olsun.

F.Mustafayev bildirib ki, yüksək peşə təhsili ali təhsil deyil: “Bu təhsil subbakalavr dərəcəsinin verilməsi ilə bitəcək. Yüksək texniki peşə təhsili dedikdə yüksək bacarıqlara malik olma nəzərdə tutulur. Müasir dünyada bilik əsasdır. Amma peşə təhsilində bacarıqlar vacibdir. Ona görə də peşə təhsili bacarıqların formalaşdırılması üzərində təşkil edilməlidir. Biz bunu dərk edirik və millət vəkillərindən xahiş edirik ki, bu təklifimizi dəstəkləsinlər”.

F.Mustafayevin sözlərinə görə, hər hansı şəxs texniki peşə alıb əmək bazarına çıxıbsa və bundan sonra öz karyerasını daha da yüksəltmək, daha yüksək vəzifə tutmaq istəyirsə, o, yüksək peşə təhsili ala bilər

45. DAAD

Hər il universitetin rəhbərliyi altında Frayburq/Haydelberqdən bir tələbə bizim universitetə gəlir. DAAD-in göstərdiyi təşəbbüs nəticəsində alman tələbələr Dillər Universitetində Əlavə Təkmilləşmə üzrə DaF təcrübələrini bitirirlər. 18.09.-22.09.17-ci ildə bizim universitetdə DaF müəllimləri üçün beynəlxalq seminar baş tutmuşdur. DAAD tərəfindən keçirilən seminarda nəinki Azərbaycandan, həmçinin Frayburq, Haydelberq, Özbəkistan, Çeçenistan və Qazaxıstandan olan müəllim heyəti iştirak edirdi. Seminar iştirakçıları rektor cənab Abdullayev tərəfindən səmimi qarşılanmışdır.

Almaniya Federativ Respublikası Azərbaycanda siyasi əməkdaşlığın inkişafı, iqtisadiyyat, həmçinin mədəniyyət və təhsil sahəsində aktiv iştirak etmişdir. Mən məruzəmi cənab səfir Kindsqrabın sözləri ilə bitirmək istərdim.

“2017-ci il Almaniya-Azərbaycan əlaqələrinin inkişafında uğurlu ildir. Bu il biz üç mühüm yubileyi qeyd edirik. 200 il öncə ilk almanəsilli köçkünlər Azərbaycanda məskunlaşmışlar. 40 ildən bəri Ludviqshafen və Sumqayıt şəhərləri arasında əməkdaşlıq mövcuddur. 3-cü yubiley isə Almaniya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümüdür.

Növbəti illərdə cəlbedici layihələr gözlənilir. Biz mövcud əlaqələrin daha da genişlənməsinə ümid edirik. Biz ümidvarıq!

Diqqətinizə görə minnətdaram!

46. Ordumuz hərb oyunlarına baslayir
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.
KQHO-nın əsas məqsədi müasir ümumqoşun əməliyyatlarının keçirilməsi üzrə çətin tapşırıqların həllində, o cümlədən dağlıq relyef və mürəkkəb radioelektron, həmçinin hərb oyunlarının niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir.
KQHO-nın mərhələlərinin birində qarşılıqlı fəaliyyətdə olan qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə praktiki fəaliyyəti də yoxlanılacaq.
Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.

47. Prezident islam olkelerine aciq metnle mesaj verdiEkspert

Prezident İlham Əliyevin Astanadakı çıxışı çox yüksək dəyərləndirilməlidir, çünki orada çox önəmli mesajlar verildi.
Bu sözləri Axar.az-a Astana sammiti, Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşü ilə bağlı suallara aydınlıq gətirən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, prezidentin çıxışında Azərbaycan torpaqlarını işğal altında saxlayan və məscidlərini darmadağın edən Ermənistanın müsəlmanların dostu ola bilməyəcəyini vurğulaması həm regional, həm də bütövlükdə İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərə çox açıq bir mesaj idi:
“Yəni hər kəs öz simasını olduğu kimi ortaya qoymalıdır, islam həmrəyliyindən danışıb digər tərəfdən də işğalçıyla, müsəlmanları qətlə yetirənlərlə dostluq etməməlidir. Düşünürəm ki, bu aspekt region dövlətləri və İran tərəfindən nəzərə alınacaq.
Azərbaycan-İran-Rusiya formatına gəldikdə, bu, çox önəmli bir formatdır. Artıq Azərbaycanla İran arasında dəmiryolunun əhəmiyyətli hissəsi inşa edilib və bu istiqamədə daşınan yüklər Bakı-Tiflis-Qars vasitəsilə Avropaya çatdırılacaq. Fikir verin, hər üç ölkə regionun əhəmiyətli dövlətidir.

48. Miqrantlar Almaniyada.

Yüz minlərlə miqrantın ölüm təhlükəli səfərlər edərək daha firavan Avropaya axışması qitənin müxtəlif ölkələrində ümumən qaçqınlara olan fərqli münasibətləri üzə çıxarıb. Almaniya kansleri Angela Merkel bu həftə etdiyi çıxışda hazırkı miqrant böhranını Avropanın “universal insan haqlarına” sadiqliyinin sınağı adlandırıb. Lakin hadisələrin inkişafından görünür ki, bu, bütün Avropa İttifaqında elə Almaniyanın özü üçün ən böyük sınaq olacaq. Yunanıstan və İtaliyanın sahillərinə qayıqlarda çıxan miqrantların əksəriyyəti məhz bu ölkəyə yetişməyə can atır. Təkcə bu il 800 min qaçqının Almaniyadan sığınacaq istəyəcəyi gözlənilir.

Almaniyaya axışan miqrantlar əsasən Suriya, Əfqanıstan, Eritreya, Qərbi Balkan ölkələrindəndirlər. Lakin bunların arasında Almaniyadan sığınacaq almaq üçün bəzilərinin şansları başqalarından daha az və ya daha çoxdur. Hələlik ən yaxşı şansa suriyalılar malikdir. 2014-cü ildə Almaniyadan sığınacaq istəmiş 26 min qaçqından yalnız 1 faizinə rədd cavabı verilib. Əslində Almaniya Avropa İttifaqı ölkələri arasında suriyalılara ən geniş qucaq açmış ölkədir. Suriyada 4 illik müharibə artıq 240 min insanın həyatına son qoyub. Suriyalıların 4 milyonu qaçqına çevrilib.

49. Qaçqınların 40 faizinin Avropada qaçqın statusu almaq üçün real şansı yoxdur
Avropa İttifaqına üzv dövlətlərin xarici sərhədlərinin mühafizəsi üzrə “Frontex“ agentliyinə əsasən, Balkan marşrutu üzrə Avropaya hərəkət edən qaçqın kütləsinin milli tərkibi getdikcə dəyişməkdədir. Suriyadan olan müharibə qaçqınları artıq qaçqın axını içərisində azlıqda qalır.

Avropa Komissiyasından mətbuata ötürülən informasiyaya görə, Balkan marşrutu üzrə Avropaya hərəkət edən qaçqınların təxminən 40 faizinin Avropa İttifaqı ərazisində sığınacaq və ya qaçqın qismində müdafiə olunmaq üçün real şansları yoxdur. Belə ki, bu ilin yanvar ayında Türkiyədən keçməklə Yunanıstana daxil olan qaçqınların 39 faizi Suriya vətəndaşları olub. Ötən ilin sentyabr ayında isə bu göstərici təxminən 69 faizə bərabər idi. Ötən aylar ərzində digər ölkələrdən olan qaçqınların sayında isə kəskin artım müşahidə olunub: iraqlı qaçqınların sayı 8 faizdən 25 faizə, əfqan qaçqınların sayı isə 18 faizdən 24 faizə yüksəlib. Həmin iki ölkədən olan qaçqınların Suriya qaçqınları ilə müqayisədə qaçqın statusu əldə etmək şansları yüksək qiymətləndirilmir.

50. SOCAR

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin dekabr ayında 52 min 203 ton dizel yanacağı, 3 min 471 ton təyyarə yanacağı, 7 min 813 ton yüksək təzyiqli polietilen, 12 min 369 ton maye piroliz qətranı,  6 min 282 ton propilen, 605 ton mütləqləşdirilmiş izopropil spirti və 4 min 580 ton butilen butadien fraksiyası ixrac etmişdir.



SOCAR-dan verilən məlumatda deyilir ki, ümumilikdə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində 728 min 374 ton dizel yanacağı, 177 min 506 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 84 min 540 ton yüksək təzyiqli polietilen, 9 min 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 min 946 ton maye piroliz qətranı, 43 min 837 ton propilen və 23 min 347 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2016-cı ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 532,08 ABŞ dolları, təyyarə yanacağının - 493,10 dollar, dizel yanacağının - 467,91 dollar, 1 faiz kükürdlü mazutun qiyməti - 306,56 dollar, yüksək təzyiqli polietilenin - 1190 dollar, butilen butadien fraksiyasının - 575,29 dollar, maye piroliz qətranının - 532,08 dollar, propilenin qiyməti - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 900 avro təşkil etmişdir.

Kafedra müdiri: dos.E.Rəhimli
Yüklə 493,91 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin