Bir iqtisadi siyasətin əsas iki məqsədi vardır: İqtisadi inkişaf və iqtisadi sabitlik. İqtisadi inkişaf, ölkənin təbii və əmək ehtiyatlarının təmin edilərək hərəkətə gətiril-məsi və beləliklə, rifah səviyyəsini yüksəldəcək şəkildə istehsal qabiliyyətinin artı-rılmasıdır. Ancaq istehsal qabiliyyəti ilə birlikdə milli tələb həcminin də inkişaf etdirilməsi vacibdir; əks halda, iqtisadi rifahın artması və bunun davamlılığına zə-manət verilə bilməz. 57 Lazımi inkişaf sürəti, bir tərəfdən texnologiya ilə əlaqədar faktorlarla göstəri-lən sərmayənin son mənfəəti, digər tərəfdən də son amili kimi iki ünsürün aydın-laşdırdığı balans halı ilə əlaqədardır. Dinamik bir iqtisadiyyatda bu tarazlıqda hər hansı bir qüsur iqtisadi inflyasiya və defilyasiya vəziyyətinə aparar. Belə olarsa, iqtisadiyyatı tarazlıqda saxlayacaq ən vacib faktorlar dəyişkən bir kredit siyasəti ilə maliyyə siyasətidir.
Büdcə tarazlığı, dar mənada, büdcənin gəlir və xərc rəqəmlərinin bir-birinə bə-rabər olması deməkdir. Büdcə, istifadə ilindən əvvəl hazırlandığı üçün təxminidir və rəqəmlərdəki bərabərlik dəqiq deyil. Büdcə həyata keçdikdən sonra dəqiq hesab qanunu çıxarılınca gəlirlər xərcləri ödəyərsə, bu, büdcədə həqiqi bərabərlik olduğu deməkdir.
İqtisadi tarazlıq, büdcə tarazlığından ayrı bir anlayışdır; dar mənada, bir cəmiy-yətin iqtisadi vəziyyətinin qərarlı və düzgün olması deməkdir. İqtisadi tarazlıq için-də olan dövlətin büdcəsi, hadisələr xaric olmaqla doğru bir kəsir verməz.58 İqtisadi tarazlıq, büdcə tarazlığından öndə gəlir və maliyyə problemləri, sosial və iqtisadi həyatın içərisində düşünülür. Bir ölkənin əsas investisiyaları qoyulubsa, qiymətlər böyük və sürətli müxtəlifliklər göstərmir, xarici ödənişlər balansı da taraz olarsa, ölkədə iqtisadi baxımdan normal bir vəziyyət var deməkdir.
Büdcənin tarazlıq nəzəriyyələri Büdcənin tarazlığı ilə əlaqədar nəzəriyyələr büdcənin hazırlanmağa başlandığı tarixdən bəri ortaya çıxan və çox vacib olan nəzəriyyədir. Büdcə tarazlığı haqqında üç nəzəriyyə olmaqdadır.