Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Cihan Bulut Elçin Süleymanov



Yüklə 0,73 Mb.
səhifə2/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   2   3   4   5   6   7   8   9   ...   171
DovletMaliyesiEnSonHali2015

Cihan Bulut
Elçin Süleymanov
Qafqaz Universiteti



BİRİNCİ FƏSİL

1. MALİYYƏ QAVRAMI, TARİXİ VƏ ƏHATƏ DAİRƏSİ

1.1. MALİYYƏ QAVRAMI


Maliyyə bir elmi anlayış kimi adətən ictimai həyatda pul vəsaitlərinin hərəkəti ilə müşayiət olunan, gəlir və onun xərclənməsi mexanizmini əhatə edir. Müəssi-sələrdə təsərrüfat daxili təyinata malik olan fondların yaradılması üçün mənfəətin bölüşdürülməsi, vergilərin dövlət büdcəsinə ödənilməsi, büdcədən kənar fondlara və xeyriyyə fondlarına vəsait köçürülməsi zamanı hökmən pul vəsaitlərindən isti-fadə olunur.1
Nə qədər nəzərə çarpan olsa da, pul vəsaitinin hərəkəti özlüyündə maliyyənin mahiyyətini izah edə bilmir. Maliyyənin mahiyyətini öyrənmək üçün bütün ma-liyyə ünsürlərinin daxili təbiətini xarakterizə edən xüsusiyyətləri bilmək zəruridir.2
Beləliklə, spesifik ictimai təyinata malik olan, obyektiv xarakter daşıyan və cəmiyyətdə mövcud olan real iqtisadi münasibətləri əks etdirən maliyyə, iqtisadi kateqoriyadır. Bu iqtisadi kateqoriyanın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmişə pul formasında ifadə olunur. Pul yoxdursa, maliyyə münasibətləri də yoxdur, çünki bu münasibətlər aşkarlanmır və başqa cür ifadə oluna bilmir.
Maliyyə münasibətlərinin yaranması özünü həmişə pul vəsaitlərinin hərəkəti şəklində təzahür etdirir. İstehsal və istehlak prosesində pul vəsaitlərinin hərəkətinin olmamağı həmin mərhələlərdə maliyyə münasibətlərinin olmamağını sübut edir.
Maliyyə vasitəsilə dəyərin bölgüsü və yenidən böl­güsü hökmən pul vəsaitinin spesifik maliyyə rеsurslаrı fоrmаsındа hərəkəti ilə müşayiət оlunur. Bu maliyyə rеsurslаrı təsərrüfat оbyеktlərində və dövlətdə müxtəlif pul gəlirləri fоndlаrının , аyırmаlаrın və dахil оlmаlаrın hеsаbınа təşkil оlunur, geniş təkrar istеhsаlın еhti-yаc­lаrının ödənməsinə, işçilərin maddi həvəsləndirilməsinə, cəmiyyətin sоsiаl və digər tələbаtlаrının ödənilməsinə sərf edilir. Maliyyə resursları maliyyə münasibət-lərinin maddi daşıyıcılarıdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin