Sxem 1. Maliyyə Sisteminin Təsviri Sxemi Bazarda maliyyə sistemi yeni iqtisadi münasibətlərlə keçid şəraitində get-gedə daha çox sahələri əhatə etməkdədir. Maliyyə münasibətlərini və onların tənzimlənən institutların toplusundan ibarət olan maliyyə sisteminin təhlili, istənilən hər hansı bir quruluşun öyrənilməsi üçün əsas olur.
Maliyyə münasibətlərinin əhatə dairəsindən formalaşan maliyyə sistemi bir qrup maliyyə halqalarından ibarətdir ki, həmin sırada müxtəlif dairələrin büdcələri, şəxsi, sosial, əmlak sığorta fondları, dövlətin valyuta ehtiyatları, idarə, müəssisə, təşkilatların, eləcə də digər kommersiya və qeyri-kommersiya qurumlarının pul fondları və s. gedir. Ona görə də maliyyə sisteminə tərif verərkən qeyd edirlər ki, bu sistem dövlətin və təsərrüfatçılıq edənlərin pul fondlarının yaranması, bölgüsü və istifadəsi ilə əlaqədar tətbiq olunan forma və metodlar sistemidir.6
3.2. AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ SİSTEMİ
Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır.
- Dövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə);
- Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi (qeyri-mərkəzləşdirilmiş maliyyə).
Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir.
Maliyyə sistemi geniş mənada özünə habelə 3 kredit-bank sistemini də (ölkənin banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir:
Birinci bölmə – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makro səviyyədə iqtisadiyyatı və maliyyə-bölgü münasibətlərini tənzimləmək üçün istifadə edilir.
İkinci bölmə - müəssisə və təşkilatların maliyyəsini qeyri-mərkəzləşdirilmiş maliyyəni əhatə edir və mikro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tən-zimləmək və stimullaşdırmaq üçün istifadə edilir.
Kredit-bank sferası ölkənin banklarından və digər kredit idarələrdən ibarətdir. Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət maliyyə institutları da (təşkilatlar və idarələr) aiddir.