Müəyyən sərhədlər içində yerləşmiş insan topluluqlarına, möhkəm bir siyasi iqtidara və buna bağlı olaraq adminstrativ gücə sahib bir qurum olan dövlət, üzə-rində yerləşmiş olan cəmiyyətlərin ehtiyaclarını qarşılamaq üçün bir sıra qaydalar qoymaqdadır. Bu qaydalar, istehsalın kimlər tərəfindən, necə həyata keçiriləcəyi, əldə edilən məhsulun bölgüsünın necə olacağı ilə əlaqəli olub, tarixi mərhələ içində bunlarla əlaqəli müxtəlif tənzimləmələr ortaya çıxmışdır.
İctimai yaşayış tərzini paylaşan müasir insanların ehtiyacları, qarşılanma şəkillərinə görə “özəl ehtiyaclar” və “ictimai ehtiyaclar” olaraq ələ alına bilər. Bun-lardan birincisi yemək, içmək, geyinmək və s. kimi sərbəst bazar iqtisadiyyatında meydana gələn istək və tələbə görə qarşılanması mümkün olan ehtiyaclardır. İkin-cisi isə təhsil, səhiyyə, beynəlxalq münasibətlər, ölkənin müdafiəsi kimi fərdlərin bir yerdə yaşamasından qaynaqlanan və sahib olduğu bəzi xüsusiyyətlər səbəbi ilə dövlət tərəfindən qarşılanmalı olan ehtiyaclardır.
Dünyada ölkələrin bir-birindən fərqli olan bu ehtiyacların qarşılanmasında sahib olduğu qıt qaynaqları məhsuldar olaraq istifadə etmək ölkə hökumətlərinin başlıca vəzifələrindəndir. Xüsusi olaraq inkişaf etməkdə olan ölkələrdə onsuz da qıt olan qaynaqların aktiv istifadə edilməməsi bu ehtiyacların qarşısının alınmasını daha da çətinləşdirəcəkdir. Ayrıca beynəlxalq rəqabətdə müvəffəq ola bilmək nöqteyi-nəzərindən də da istər xarici, istərsə də yerli qaynaqların məhsuldar istifadəsi vacibdir. Buradakı təmin edilməyə çalışılan vəzifə, qaynaqların israf edilmədiyi, ictimai rifahın maksimuma çatdırıldığı, nəzəriyyədə İtalyan iqtisadçısı V.Paretonun (1848-1923) dilə gətirdiyi “Pareto Optimumu” nun ən sadə ifadəsi ilə ” bir şəxsin iqtisadi faydasını başqa birisinin faydasını azaltmadan artırmadığı iqtisadi səviyyədir”. İstehsalçı və istehlakçının aktivliyin təmin edilməsiylə çata biləcəkləri olan Pareto Optimumu üçün bazar iqtisadiyyatının da aktiv olaraq işləməsi zəruridir. Yəni bazarda istənilən hər cür mal və xidmət uyğun qiymətə istehsal edilə bilməli və insanlar hər hansı əlavə məsrəfə qatılmamaqla bunları alıb-sata bilməli, mülkiyyətə sahib ola bilməlidir.
Reallıqda ölkələr sahib olduqları qaynaqların məhsuldar istifadəsində nəzəriy-yədə olduğu kimi hər zaman müvəffəq olmamaqdadır. Bazar şərtlərində bu məh-suldarlığa çatmaq bəzi səbəblərlə çətinləşməkdədir. Bazar müvəffəqiyyətsizliyi olaraq da qiymətləndirilən bu vəziyyətin əsas səbəbləri: məlumat əskikliyi, mülkiy-yət hüququnun tam olaraq müəyyən edilməməsi, ətraf təsirlər, axsaq rəqabət şərt-ləri və dövlət sektorunun istehsal etdiyi malların mövcudluğudur. Bu səbəblə ba-zar iqtisadiyyatının müvəffəq olmamağı, iqtisadiyyatda intensiv məhsuldarlığı tə-min edən dövlət siyasətinin reallaşdırılması zərurətini ortaya çıxarmaqdadır.