Maliyyə Nazirliyinin vəzifələri : - Dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi;
- Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili;
- Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi;
- Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;
- Büdcə sisteminin, büdcə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexa-nizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;
- Büdcə vəsaitlərinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi;
- Dövlət büdcəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərə-liliyinin təmin edilməsi;
- Azərbaycan Respublikası ərazisində əyar nəzarətinin həyata keçirilməsi.
Nazirliyin fəaliyyətinin təşkili Nazirliyə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən nazir rəhbərlik edir;
Nazir ona həvalə edilmiş fəaliyyət sahəsində rəhbərliyi həyata keçirir və nazir-liyin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir birinci müavini və üç müavini vardır.
Nazirin müavinlərindən biri Maliyyə Nazirliyinin nəzdində Baş Dövlət Xəzi-nədarlığının direktoru vəzifəsini icra edir.
Maliyyə Nazirinin səlahiyyətləri: Nazirliyin səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikasının Prezi-dentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edir; Nazirliyin fəaliyyətinə, o cümlədən Baş Dövlət Xəzinədarlığının işinə rəhbərlik edir; müavinlərin arasında vəzifə bölgüsü aparır; Nazirliyin mərkəzi aparatının işçilərini və Nazirliyin tabeliyində olan idarə və təşkilatların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir; işçilərin müəyyən olunmuş say tərkibi və əmək haqqı fondu həddində Nazirliyin mərkəzi aparatının strukturunu və ştat cədvəlini, ayrılan büdcə vəsaitinə uyğun olaraq onun saxlanması xərclərinin smetasını, həmçinin Nazirliyin müstəqil struktur bölmələrinin əsasnamələrini təsdiq edir; qanunvericiliklə müəyyən olunmuş qaydada Nazirliyin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərini həyata keçirir;
Maliyyə planlaşdırılmasının, büdcə proqnozlaşdırılmasının, iqtisadiyyatın ma-liyyələşdirilməsinin, mühasibat uçotu və hesabatının, nəzarəttəftiş işinin metodikasının təkmilləşdirilməsi haqqında təkliflərə baxılması üçün mütəxəssislərdən, elmi və digər təşkilatların nümayəndələrindən ibarət Metodiki Şura yaradılır. Metodiki Şuranın tərkibi və onun Əsasnaməsi nazir tərəfindən təsdiq edilir.
Nazirlik onun üzərinə qoyulmuş vəzifələri həyata keçirmək məqsədilə müəyyən edilmiş qaydada jurnal, bülleten və digər nəşrlər dərc edir. Nazirlikdə nazirdən (kollegiyanın sədri), vəzifəyə görə onun müavinlərindən, nazirliyin rəhbər işçilərindən və digər şəxslərdən ibarət olan və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Kollegiya (cəmi 9 nəfər) yaradılır. Kollegiyanın iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı, o cümlədən maliyyə mexanizminin təkmilləşdirilməsi, dövlət büdcəsinin layihəsinin hazırlanmasına və icrası üzrə işlərin təşkilinə dair məsələlərə baxılır.
Kollegiyanın iclasları kollegiya üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Kollegiya sədrinin səsi həlledici hesab edilir. Kollegiyanın qərarları protokollaşdırılır və bir qayda olaraq nazirin əmrləri ilə həyata keçirilir. Nazir və kollegiya üzvləri arasında fikir ayrılığı yarandıqda nazir öz qərarını həyata keçirir və yaranmış fikir ayrılığı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Baş İdarəsi maliyyə nəzarətini təftiş və yoxlamalar aparmaq yolu ilə həyata keçirir. Dövlət Maliyyə Nəzarəti Baş İdarəsi dövlət büdcəsi vəsaitinin düzgün, səmərəli və təyinatına uyğun xərclənməsini müəyyən etmək üçün respublikada büdcədən maliyyələşən bütün nazirlik, idarə və təşkilatlarda təftiş işinin təşkilinə cavabdehdir. Təftiş aparılmasında əsas məqsəd yerli maliyyə orqanlarının da gəlir və xərc planının tərtibi, təsdiqi və icrasını, büdcə vəsaitindən məqsədyönlü və səmərəli istifadə vəziyyətini, habelə maliyyələşmənin aparılmasının düzgünlüyünü müəyyən etmək, xəzinədarlığın tətbiqi prosesində müəyyənləşdirilmiş prinsiplərin icrası vəziyyətinə, bu sahədəki işlərin səmərə və keyfiyyətinə nəzarət etmək, bu işlərin təkmilləşdirilməsində büdcə təşkilatlarının işçilərinə əməli köməklik göstərmək, büdcə idarələrinin smetalarında nəzərdə tutulmuş təyinatların əsaslı olmasını, büdcədən ayrılan və büdcədənkənar vəsaitlərin öz təyinatı üzrə xərclənməsi, pul vəsaiti və material qiymətlərinin qorunub saxlanmasını, mühasibat uçotunun düzgün aparılması və hesabat məlumatlarının doğruluğunu müəyyənləşdirməkdir.9