1. Ənənəvi büdcə nəzəriyyəsi Ümumi nəzəriyyəyə görə, büdcə hər il taraz olaraq bağlanacaqdır. Büdcədə illik balans çətindir. Hər hansı bir səbəblə büdcə kəsir verərsə, hər cür yola baş vuraraq bu kəsir bağlanacaq və büdcə balans halına gətiriləcəkdir. Büdcənin balansda olmağı üçün proqramlar iki şəkildə həyata keçirilir: a) gəlir müxtəlifliklərinə baxmayaraq, dövlət xərclərinin sabit qalmağı əsas tutulur; b) vergi gəlirlərinin çoxaldıldığı rifah dövrəsində dövlət xərcləri artırılır, vergi gəlirlərinin azaldığı dövrələrdə isə xərclər azaldılır. Ancaq xərclərin dəyişməməyi üsulu tətbiq olunduğu zaman rifah illərində vergi faizlərini endirmək, böhran illərində isə yüksəltmək gərəkdir. Böhran illərində vergi faizi sabit tutulduğu təqdirdə büdcə gəlirləri azalacaqdır.
2. Dövrü büdcə nəzəriyyəsi Keynesin bu konjektura dövrəsi içindəki büdcə balansı nəzəriyyəsinə “dövri (mövsümi) büdcə nəzəriyyəsi” adı verilməkdədir. Bu nəzəriyyəyə görə büdcə, illik olaraq kəsir verə bilər. İllik balans, klassik maliyyəçilərin irəli sürdüklərinin əksinə, çox vacib bir mövzu deyil. Hər hansı bir ildə müharibə, iqtisadi böhran və ya inkişaf məqsədi ilə xərclər arta bilər və büdcədə kəsir ola bilər; bundan qorxmamaq lazımdır. İnvestisiya qoymağa davam edilməlidir, bunun üçün məsrəfdən qaçmamaq lazımdır. Səbəb ortadan qalxdıqda və investisiyalar gəlirli hala gəldikdə, kəsirlər bağlanacaq.
Xüsusilə, indiki dövrün iqtisadi şərtləri daxilində hökumətə sərbəst hərəkət etmək imkanını vermək lazımdır. Bu halda lazım olan illik deyil, dövri bir tarazlıq, 7-10 il ərzində meydana gələ biləcək bir tarazlıqdır.
Dövri büdcə nəzəriyyəsinin açıqladığı faktorlar bunlardır;59 ─ Dövri büdcə nəzəriyyəsi iqtisadi dövrənin davam etmə vaxtı ərzində Kəsir olaraq və kəskinliklə bilinən faktorlarla hərəkət etməkdədir;
─ İqtisadi dövrədə rifah və depressiya hallarının vaxt və çətinlik nöqteyi nəzərindən bir-birinə uyğun olduğunu qəbul edən bir faktordur.
3. Əvəz edici büdcə nəzəriyyəsi Əvəzedici büdcə nəzəriyyəsinin digər iki nəzəriyyədən fərqi, büdcədə balans axtarılmamağıdır. Dövlət gəlir və xərcləri tamamilə büdcədə balans içərisində ələ alınır. Əvəzedici büdcə tətbiqləri, ilk olaraq inkişaf etmiş iqtisadiyyatlarda ortaya çıxan durğunluğu ortadan qaldırmağa istiqamətlənmişdir. Nəzəriyyə, büdcənin işsizlik və depressiya ilə mübarizədə bir vasitə olaraq istifadə edilə biləcəyini irəli sürməsi səbəbi ilə əhəmiyyət daşımaqdadır.60