Vergi siyasətinin mahiyyətinin aşkar edilməsinin ilkin şərti vergi münasibət-ləridir. Vergi münasibətlərinin əsasını isə dövlətlə təsərrüfat subyektləri arasında olan dövlətin maliyyə ehtiyatlarının yaradılması ilə bağlı münasibətlər təşkil edir.
Praktikada dövlət vergi siyasətini vergi mexanizmləri vasitəsi ilə həyata keçi-rir. Vergi mexanizmi vergitutmanın idarə edilməsinin təşkilati-hüquqi forma və üsullarının məcmusudur.
Dövlət bu mexanizmə vergi qanunvericiliyi vasitəsi ilə hüquqi forma verir. Vergi mexanizminin yaradılması aşağıdakı mərhələlərindən ibarət olan ardıcıl pro-sesdir:
- vergi mexanizminin işlənib hazırlanması, yəni müasir mərhələdə vergi siya-sətinin məqsəd və vəzifələrinin yerinə yetirilməsini təmin edən vergi müna-sibətlərinin müəyyən edilməsi;
- vergi mexanizminin praktiki tətbiqi;
- vergi münasibətlərinin müəyyən edilmiş forma və üsullarına əməl edilmə-sinin yoxlanılması, informasiyanın yığılması, vergi mexanizminin fəaliyyə-tinin müsbət və mənfi cəhətlərinin aşkar edilməsi üçün nəzarət tədbirlərinin həyata keçirilməsi;
- mövcud vergi sisteminin təhlili, onun qiymətləndirilməsi və vergi mexaniz-minin təkmilləşdirilməsi üzrə təkliflərin işlənib hazırlanması. 95 Vergi mexanizmi vergi nəzəriyyəsinin bu anlayışı iqtisadi kateqoriya kimi şərh edən bir sahəsidir. Vergi mexanizmi prosesi zamanı yaranan münasibətləri aşağı-dakı kimi qruplaşdırmaq olar:
- hüquqi tənzimləmə və reqlamentləşdirmə;
- vergi planlaşdırması və proqnozlaşdırması;
- vergitutmanın idarə edilməsi;
- vergi nəzarəti.
Hüquqi tənzimləmə və reqlamentləşdirmə dövlət orqanları tərəfindən həyata keçirilən vergi tənzimlənməsinin təşkili üzrə qanunvericilik aktlarının işlənib hazır-lanması və qəbul edilməsidir. Vergilər haqqında qanunlar, büdcə haqqında qanun və digər analoji normativ sənədlər belə reqlamentləşdirici sənədlərdir. Maliyyə Nazirliyi, Vergilər Nazirliyi mövcud qanunvericilik və hökumətin qərarları əsasın-da təlimat və digər sənədlər işləyib hazırlayırlar. Bu sənədlər onlara öz səlahiyyət-ləri çərçivəsində vergi münasibətlərinin təşkilinin vergi intizamına əməl edilməsini təmin edən, iqtisadi siyasətin həyata keçirilməsinə imkan yaradan, dövlətin iqtisadi inkişafının müasir vəziyyətinin tələblərinə cavab verən vahid qaydalarını təyin etməyə imkan verir.
Vergi planlaşdırması mərkəzi hakimiyyət tərəfindən, iqtisadiyyatın inkişafının məqsədli təmayülünə uyğun olaraq proseslərin koordinasiyası, bütün sahə və regionların inkişafının balanslaşdırılması yolu ilə obyektiv surətdə fəaliyyət göstərən iqtisadi qanunları nəzərə almaqla, iqtisadiyyatın iradi tənzimlənməsidir. Vergi proqnozlaşdırması iqtisadi inkişafın perspektivlərini nəzərə alır, vergitutma konsepsiyasını işləyib hazırlayıb, vergiyə cəlb edilmənin rəsmi qaydalarını qanun-vericilik yolu ilə təsbit edir, vergilər üzrə büdcəni təsdiq edir.
Vergi tənzimlənməsi investisiya proseslərinə, xalq təsərrüfatının müxtəlif sahə-lərində texnologiyanın yeniləşdirilməsinə, büdcənin balanslaşdırılmasına iqtisadi təsir göstərilməsini təmin edir.
Vergilərin idarə edilməsi xüsusi üsulların, o cümlədən vergi stimullarının__kö-məyi ilə mütəxəssislər aparatı tərəfindən həyata keçirilir.
Müasir təsərrüfatçılıq şəraitində vergilər üzrə idarəetmə qərarlarının elmi cə-hətdən əsaslandırılması xüsusi əhəmiyyət kəsb edir.
Vergilərin idarə edilməsi vergi intizamına əməl edilməsinə, istehsalın inkişafı-nın stimullaşdırılmasına yönəldilir. Vergi stimulları-vergi güzəştləri və vergi sank-siyalarından ibarətdir. Vergi güzəştlərinin xüsusiyyətləri vergilərin növündən, he-sablama metodikasından, onlardan istifadənin məqsədindən asılı olaraq müəyyən edilir.
Vergi nəzarəti hüquqi və fiziki şəxslərin ödədikləri vergilərin dövlət büdcəsinə vaxtında daxil olmasını, düzgün hesablanmasını təmin edir.
Vergi mexanizminin daxili məzmununu büdcə gəlirlərinin formalaşması, vergi məbləğlərinin ərazi və regionlar arasında yenidən bölüşdürülməsi zamanı yaranan hüquqi və maliyyə münasibətləri sistemi vergi mexanizminin qurulması xüsusiy-yətlərini müəyyən edir. Təşkilati-iqtisadi və maliyyə münasibətləri sistemi vergi mexanizminin qurulması xüsusiyyətlərini müəyyən edir.96