Maliyyə bir elmi anlayış kimi adətən ictimai həyatda pul vəsaitlərinin hərəkəti ilə müşayiət olunan, gəlir və onun xərclənməsi mexanizmini əhatə edir. Müəssi-sələrdə təsərrüfat daxili təyinata malik olan fondların yaradılması üçün mənfəətin bölüşdürülməsi, vergilərin dövlət büdcəsinə ödənilməsi, büdcədən kənar fondlara və xeyriyyə fondlarına vəsait köçürülməsi zamanı hökmən pul vəsaitlərindən isti-fadə olunur.1 Nə qədər nəzərə çarpan olsa da, pul vəsaitinin hərəkəti özlüyündə maliyyənin mahiyyətini izah edə bilmir. Maliyyənin mahiyyətini öyrənmək üçün bütün ma-liyyə ünsürlərinin daxili təbiətini xarakterizə edən xüsusiyyətləri bilmək zəruridir.2 Beləliklə, spesifik ictimai təyinata malik olan, obyektiv xarakter daşıyan və cəmiyyətdə mövcud olan real iqtisadi münasibətləri əks etdirən maliyyə, iqtisadi kateqoriyadır. Bu iqtisadi kateqoriyanın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmişə pul formasında ifadə olunur. Pul yoxdursa, maliyyə münasibətləri də yoxdur, çünki bu münasibətlər aşkarlanmır və başqa cür ifadə oluna bilmir.
Maliyyə münasibətlərinin yaranması özünü həmişə pul vəsaitlərinin hərəkəti şəklində təzahür etdirir. İstehsal və istehlak prosesində pul vəsaitlərinin hərəkətinin olmamağı həmin mərhələlərdə maliyyə münasibətlərinin olmamağını sübut edir.
Maliyyə vasitəsilə dəyərin bölgüsü və yenidən bölgüsü hökmən pul vəsaitinin spesifik maliyyə rеsurslаrı fоrmаsındа hərəkəti ilə müşayiət оlunur. Bu maliyyə rеsurslаrı təsərrüfat оbyеktlərində və dövlətdə müxtəlif pul gəlirləri fоndlаrının , аyırmаlаrın və dахil оlmаlаrın hеsаbınа təşkil оlunur, geniş təkrar istеhsаlın еhti-yаclаrının ödənməsinə, işçilərin maddi həvəsləndirilməsinə, cəmiyyətin sоsiаl və digər tələbаtlаrının ödənilməsinə sərf edilir. Maliyyə resursları maliyyə münasibət-lərinin maddi daşıyıcılarıdır.