Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Böyük Britaniya vergi sistemi



Yüklə 0,73 Mb.
səhifə119/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   115   116   117   118   119   120   121   122   ...   171
DovletMaliyesiEnSonHali2015

Böyük Britaniya vergi sistemi. Boyük Britaniyada vergi sistemi keçən əsrdən formalaşmışdır. 80-ci illərdə ölkədə vergi islahatları nəticəsində aşağıdakı müxtə-lifliklər edilmişdir:
Şəxsi gəlir vergisinin aşağı stavkası 27 faizdən 25 faizə endirilmişdir.
Əhalinin gəlirlərinin çoxpilləli bölgüsü ləğv olunmuş, proqressiv stavkalar tətbiq olunmuşdur. Əvvəllər gəlir vergisi üçün tətbiq olunan şkalalardan indi yalnız ikisi 25 və 40 faiz qalmışdır.
Ər və arvaddan ayrı-ayrılıqda gəlir vergisi tutulmasına başlanmışdır.
Şəxsi gəlir vergisində stavkalar xeyli artırılmışdır.
Böyük Britaniyada əhalidən ilk dəfə gəlir vergisi tutulması Napoleon mühari-bələri dövrində tətbiq olunmuşdu. O zaman 1 funt sterlinqdən 7 pens (3 faiz) vergi tutulurdu.
Fiziki şəxslərdən gəlir vergisi xüsusi “şedullar” (cədvəllər) əsasında tutulur.
Boyük Britaniyada vergilər ildə dörd dəfə bərabər məbləğdə ödənir. Əmək haqqından savayı ayrı gəliri olmayan vətəndaşlar 5 ildə bir dəfə vergi deklarasiyası doldururlar.
İtaliya vergi sistemi. İtaliya büdcə gəlirlərinin 80 faizi vergilərdən toplanır. Bu yüksək faiz İtaliya hökumətinin və parlamentinin iqtisadi siyasində verginin rolu-nun nə qədər böyük olduğunu göstərir. Vergi məsələləri bütün partiyaların siyasi və iqtisadi platformalarında mərkəzi yer tutur. Çünki verginin iqtisadi məzmunu ilə bərabər böyük siyasi mahiyyəti də vardır.
İllik gəliri 780 milyon lirə olan “ailə müəssisələri” və digər kiçik müəssisələrin gəlirləri hesablanarkən, məcmu gəlir ailə (kollektiv) üzvlərinin sayına görə müəy-yən olunur.
Hüquqi şəxslərdən tutulan vergilər bu gəlirləri əhatə edir:
Əsas fəaliyyət növündən gələn gəlirlər(mal satışından və ya xidmətlərdən);
Istehsalat üçün gətirilmiş artıq xammal;
Material və yarımfabrikatların satışından;
Əsas kapital vəsaitlərinin (torpaq, bina, qurğu, və avadanlıqlar) satışından əldə olunmuş gəlirlər;
Digər aktivlər.


Cədvəl 2.15. Avropa Birliyi ölkələrində gəlir vergisinin məcmu vergi gəlirləri içindəki payı

Ölkələr

Vergi Gəlirlərinin
ÜDM
İçindəki Payı (%)

Gəlir Vergisinin
Məcmu Vergi Gəlirləri İçindəki Payı (%)

Gəlir Vergisində
Ən Yüksək Dərəcələr

Almaniya

38,1

24,7

55,9

Avstriya

44,0

20,9

50,0

Belçika

46,0

31,0

61,0

Danimarka

52,2

53,2

58,7

Finlandiya

48,2

35,0

57,5

Fransa

45,7

14,1

54,0

Hollandiya

43,3

17,5

60,0

İngiltərə

36,0

25,9

40,0

İrlandiya

33,7

31,3

48,0

İspaniya

33,7

23,0

56,0

İsveç

52,0

35,3

59,6

İtaliya

43,2

25,1

46,0

Lüksemburq

44,7

22,0

46,6

Portuqaliya

34,9

18,9

40,0

Yunanıstan

40,6

12,4

50,0

Ortalama

42,4

26,0

49,7

Qaynaq: Revenue Statistics, 1965-2008, OECD, Paris, 2009.
[http://www.oecd.org/publications/figures/e_38-39_taxation.pdf]



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin