Azərbaycan Respublikasının Cinayət Kodeksi Azərbaycan Respublikasının inzibati hüquq pozuntuları haqqında Kodeks;
“Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikasının qanunu;
Dövlət vergi orqanları işçilərinin inzibati məsuliyyətinin əsasnaməsi;
Azərbaycan Respublikasının Gömrük Kodeksi “Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 4 - cü maddəsinin 2-ci bəndinə uyğun olaraq vergi orqanları vergi ödəmə obyektləri-nin uçotunu dəqiq və vaxtında aparmalıdır. Bu zaman vergi ödəyiciləri haqqında məlumat Dövlət Reyestrinə daxil edilir. Müəssisə qeydiyyatdan keçdikdən sonra 15 gün müddətində yerləşdiyi ərazidə vergi müfəttişliyində uçota dayanmalıdır. Əgər müəssisə dövlət vergi orqanlarına göstərilən müddət ərzində məlumat vermirsə və uçota dayanmırsa, onda vergi müfəttişliyinin rəisi bu müəssisənin bütün əməliy-yatlarını dayandıra bilər (“Dövlət Vergi Xidməti haqqında” qanunun 5-ci maddəsi). Bu zaman müəssisə rəhbərləri Azərbaycan Respublikası inzibati hüquq pozuntuları haqqında Kodeksin 162-ci maddəsinə uyğun olaraq inzibati mə-suliyyətə cəlb edilə bilər. Əgər müəssisə nə dövlət qeydiyyatından keçməyib, nə də vergi orqanlarında uçota dayanmayıbsa, onda vergi müfəttişliyi müəssisənin qeydiyyatdan keçmədiyi dövrdə əldə etdiyi gəlirin tutulması ilə bağlı məhkəməyə müraciət edərək iddia qaldıra bilər (“Dövlət Vergi Xidməti haqqında” qanunun 5-ci maddəsinin 11-ci bəndi).
Əgər müəssisə öz fəaliyyəti haqqında məlumatı düzgün verməyibsə və mən-fəətini ya gizlətməyə, ya da azaltmağa çalışıbsa, onda buna görə müəssisə rəhbəri “Dövlət Vergi Xidməti haqqında” qanunun 6-cı maddəsinin 1 və 2-ci bəndlərində göstərildiyi kimi məsuliyyət daşıyır və o, rəsmi xəbardarlıq alır, gizlədilən, ya da azaldılan mənfəət məbləğində cərimə edilir. Belə hal bir il ərzində təkrarlanarsa, onda cərimənin məbləği gizlədilən (azaldılan) məbləğdən 3 dəfə, iki il ərzində tək-rarlanarsa, onda iki dəfə çox olur.
Ümumiyyətlə, bütün vergidən yayınma hallarının qarşısını almaq üçün vergi orqanları nəzarət xarakteri daşıyan bir sıra tədbirlər həyata keçirirlər ki, bunlara da aşağıdakıları aid etmək olar:
vergi və digər xidmətlərlə bağlı sənədlərin həmin müəssisə və təşkilatlara dövlət qiymət intizamının yerinə yetirilməsinin yoxlanılması;
yoxlama zamanı qarşıya çıxan suallar üzrə lazımi məlumat və arayışların tələb edilməsi;
vergi qanunvericiliyinin pozulmasını aşkar etdikdə sənədləşdirilmiş təftiş (yox-lama) aparılması;
müəssisələrin, təşkilatların və vətəndaşların (sahibkarlıq fəaliyyəti ilə məşğul olan) istehsal, anbar, ticarət və digər sahələrinin yoxlanılması;
vergi ödəyicisinin maliyyə - təsərrüfat fəaliyyəti haqqında lazımli məlumatları (vergi köçürmələri, hesabda yerləşən məbləğ və s.) onların müştərisi sayılan bank və digər maliyyə - kredit idarələrindən tələb etmək;
vergi ödəyiciləri tərəfindən mühasibat hesabatları və balanslarının vergi hesab-laşmaları, deklarasiya və büdcəyə ödəmələrlə bağlı digər sənədlərin tələb edil-məsi, onların dəqiq olmasının yoxlanılması və vaxtında verilməsinə nəzarət.