Corvette Stingray 2015-ci ildə səkkiz-pilləli avtomatik transmissiya sistemi olan modeli təklif edəcəkdir

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 14.59 Kb.
tarix04.06.2018
ölçüsü14.59 Kb.





2014-04-07

Corvette Stingray 2015-ci ildə səkkiz-pilləli avtomatik transmissiya sistemi olan modeli təklif edəcəkdir.

Çarxlı mexanizmə malik sürət qutusu ikili-mufta sistemi olan avtomobillə rəqabət aparır, və səmərəliliyi artırır

SÜRİX - Chevrolet bu gün elan edib ki, səkkiz-pilləli çarxlı mexanizmə malik olan avtomatik transmissiyası olan 2015-ci ildə buraxılacaq. Chevrolet Korvet Stingray modelində nümayiç etdiriləcək, avtomobilin performansı və istismarı xeyli təkmilləşdirilmişdir. GM tərəfindən layihələndirilmiş və yaradılmış bu yeni transmissiya sistemi sürət transmissiyasını mükəmməl şəkildə ötürülməsinə nail olur və bunun da sayəsində ikili-mufta dizaynında olan avtomobillərin rəqibinə çevrilir.

GM şirkəti tərəfindən ən yeni dizaynlı səkkiz pilləli 8l90 transmissiya sistemi əvvəlki altı pilləli avtomatik transmisiya sistemindən nisbətən səmərəliliyin 5 faiz həcmində artırılmasına kömək edir. Bu, həm də adi mexaniki sürət qutusu və səkkiz-pilləli sürət qutusu ilə təchiz olunmuş, idman avtomobilləri sayılan müxtəlif Korvet Stingray modelini seçməyə imkan yaradır.

"Korvet Stingray modelinin malik olduğu yeni səkkiz-pilləli transmissiay sistemi əsl avtomatik sürət ötürülməsi qabiliyyətinə malik olması sayəsində və ildırım sürətli sürət ötürülməsi funksiyası və avtomobilin mexaniki şəkildə idarəetmə qabiliyyəti sizə rahatlıq gətirir və mükəmməl performansı təmin edir", səkkiz-pilləli avtomatik transmissiyalar üzrə Baş Mühəndis köməkçisi Bil Qudriç bildirmişdir. "Bu, ikili-mufta sistemi ilə vəhdətdə olaraq Stingray modelinin idarəetmə təcrübəsinin artırılması üçün, lakin avtomobilin zərif dizaynına heç bir zərər gətirmədən istismarı üçün nəzərdə tutulmuşdur".

Hazırki 8l90 transmissiya sistemi 2015 Korvet Z06 modelinin təchiz olunduğu səkkiz-pilləli avtomatik sürət qutusu əsasında yaradılmışdır, amma amma bu transmissiya sistemi unikal mufta və fırlanma momentini ötürmə sistemi sayəsində və 6.2 Litr həcmində olan və təbii şəkildə püskürmə ilə işləyən mühərriyə malik olan Stingray modelinin transmissiya sisteminə uyğunlaşdırılmışdır.

İdarəetməni səmərələləyini artırmaq üçün transmissiya sistemi avtomobili sükan vasitəsilə tam əllə çarxlar vasitəsilə idarə olunmasına təminat yaradır. Yeni transmissiya-idarəetmə sistemi və unikal alqoritmlər mükəmməl transmissiya dəyişməsini həyata keçirərək bir çox superavtomobillərdə təchiz olunan ikili mufta/yarım avtomat transmissiya sistemləri ilə rəqabət aparır-lakin bu zaman sürət ütürməsi avtomobildə təchiz olunmuş avtomatik hidrotransformator sayısindıə çox yumşaq və rəvan yerinə yetirlir.

Faktiki olaraq, transmissiya ötürmələrinin nəzarətçisi aldığı komandaları saniyədə 160 dəfə təhlil edir və yerinə yetirir və açıq drossel klapanı Porsche-911 modelində olan ikili mufta sisteminin yerinə yetirdiyindən saniyənin səkkiz yüzdə biri qədər daha sürətlə açılır.

Sürət qutusunda olan yerdəyişmələr arasında yerləşən addımlar əvvəlki avtomatik altı-pilləli transmissiya sistemində olduğuna nisbətən daha kiçikdir, bunun da sayəsində mühərriyi dövrlər zamanı ən yaxşı vəziyyətdə saxlamağa nail olmaq olur və nəticədə mühərriyin at gücündən və fırlanma momentindən maksimum dərəcədə istifadə edərək onun performansını optimallaşdırmaq mümkündür.

Dörd çarx mexanizmi və beş mufta sistemi sayəsində bu mükəmməl kompakt sistem, yeni səkkiz-pilləli transmissiya sisteminin əvvəlki altı-pilləli sistemin yerləşdiyi məkan həcmində uyğunlaşmasına imkan verir - və alüminium və maqnezium metallarından istifadə olunması sayəsində altı-pilləli sistemdən 4 kiloqramdan çox yüngül çəkiyə malikdir. Sürtünmənin azalmasına kömək edən dizayn xüsusiyyətləri bu transmissiya sisteminin işinin səmərəliliyinin 5 faiz artmasına təkan verir.

8L90 GM şirkətinin Ohayo Ştatının (U.S) Toledo şəhərində yerləşən transmissiya istehsal edən müəssisəsində yığılmışdır.

Chevrolet haqqında

Əsası 1911-ci ildə Detroyt şəhərində qoyulmuş, Chevrolet şirkəti indi dünyanın ən böyük avtomobil brendlərinin biridir, hal-hazırda dünyanın 140-dən çox ölkəsində avtomobil istehsalı biznesi ilə məşğuldur və ildə 4.9 milyondan çox minik və yük avtomobilləri satır. Chevrolet şirkəti öz müştərilərini canlı performans, ifadəli dizayn, və yüksək keyfiyyət kimi xüsusiyyətlərə malik olan və yanacağa qənaət edən nəqliyyat vasitələri ilə təmin edir. Chevrolet şirkətinin istehsal etdiyi modellər haqqında daha çox məlumatı www.chevrolet.com saytında tapa bilərsininz. Chevrolet şirkətinin futbola dair yerinə yetirdiyi öhdəliklər haqqında daha ətraflı məlumat almaq üçün, www.ChevroletFC.com saytına daxil ola bilərsiniz.

###
Əlaqə:
Beáta Novák

Marketing and PR Manager

Tel.: +36 23 446 650

Mobile: +36 30 247 1765



beata.novak@gm.com



Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə