AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
050321 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisasına dair
K O S T Y U M U N K O M P O Z İ S İ Y A S I
fənni üzrə
T Ə D R İ S P R O Q R A M I
B A K I – 2 0 12
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
050321 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisasına dair
K O S T Y U M U N K O M P O Z İ S İ Y A S I
fənni üzrə
T Ə D R İ S P R O Q R A M I
Azərbaycan Respublikası Təhsil Nazirliyi
__________il tarixli ____ saylı
əmri ilə qrif verilmişdir.
B A K I – 2 0 12
Proqrami tərtib etdilər: Azərbaycan Dövlət İqtisad Universitetinin
“Dizayn” kafedrasının dosent əvəzi, fəlsəfə üzrə fəlsəfə doktoru
E.N.Qasımova
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Dizayn” kafedrasının baş müəllimi
L.H.Məmmədova
Rəy verənlər: Azərbaycan Dövlət İqtisad Universitetinin
“Dizayn” kafedrasının müdir əvəzi,
prof. O.Ş.Şamxalov
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Dizayn” kafedrasının dosenti B.S.Paşayev
Azərbaycan Dövlət Pedaqoji Universitetin
“Təsviri sənət, rəsmxət və onların tədrisi metodikası” kafedrasının dosenti Ç.A.Rüstəmov
ÖN SÖZ
“Kostyumun kompozisiyası” adlı tədris fənni peşə qəbilli xüsusi predmet kimi vacibdir və müasir kostyumun yaradılması sahəsində keyfiyyətli və ixtisaslı mütəxəssislərin hazırlanmasına kömək edir.
Müasir kostyumun istehsalında müxtəlif peşə sahibləri - dizaynerlər, konstruktorlar, texnoloqlar, biçicilər, dərzilər çalışırlar. Yalnız onların birgə əməyi sayəsində yüksək keyfiyyətli nəticə əldə oluna bilər. Hər bir peşəkar yalnız ona xas olan vəzifələri yerinə yetirdiyindən bu iş mütəxəssislərdən peşəkar və məzmunlu təhsil tələb edir.
Geyimin hazırlanması sahəsində hazırladığımız mütəxəssislər üçün məmulatın yüksək bədii səviyyəsinə nail olmaq məqsədilə tədris proqramında kostyumun kompozisiyasının əsasları, onun qanunauyğunluqları, xüsusiyyətləri və ifadəlilik vasitələri ilə tanış olmasının böyük əhəmiyyəti vardır.
Belə biliklərə malik olmaq yalnız geyimin dəbli formalarının layihələndirilməsi və onun konstruktiv – dekorativ həllini müəyyən etmək üçün deyil, həmçinin eskizlərin savadlı yerinə yetirilməsi üçün vacibdir. Bununla əlaqədar, tədris proqramında müasir geyimin hazırlanması prosesində eskiz qrafikasına olduqca ətraflı yer verilir, həmçinin kostyum eskizlərinin yerinə yetirilməsi vərdişlərinə və təsvirçilik savadına yiyələnməyin sirləri açılır.
“Kostyumun kompozisiyası” fənni üzrə 050321–“Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisası üçün tərtib edilmiş tədris proqramı Ali təhsil müəssisələrinin Bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Kursun həcmi 60 saatdır: mühazirə 30 saat, məşğələ dərsləri 30 saat təşkil edir. Fənnin tədrisi P4 semestrdə nəzərdə tutulur və imtahan ilə nəticələnir.
№
|
Mövzuların adı
|
Tədris saatların sayı
_________
mühazirə
|
1.
|
Müasir geyim haqqında əsas məlumatlar
|
2
|
2.
|
Dəb və kostyum
|
2
|
3.
|
Kostyumun uslub həlli
|
2
|
4.
|
Kostyumun kompozisiyasının elementləri
|
4
|
5.
|
Kostyumun kompozisiyasının ifadəlilik vasitələri
|
4
|
6.
|
Kostyumda rəng
|
4
|
7.
|
Eskizləndirmənin ifadəli qrafik vasitələri
|
2
|
8.
|
Rəngli eskizlərin yerinə yetirilməsi üçün materiallar
|
2
|
9.
|
Boyalarla işləmə üsulları
|
2
|
10.
|
İnsan fiqurunun qurulması
|
4
|
11.
|
Kostyum eskizlərinin növləri
|
2
|
|
Cəmi
|
30 saat
|
1. Müasir geyim haqqında əsas məlumatlar
Geyimin meydana gəlmə tarixi. Geyimin funksiyaları: qoruyucu, dini-mistik, estetik, sosial, gigiyenik. Müasir geyimin təsnifatı: istifadə sahələrindən aslı olaraq siniflərə bölünməsi; mövsümü əlamətlərə görə növlərə bölünməsi; təyinatına görə fərqlənməsi. Geyimin kütləvi və fərdi istehsalı vasitələri.Geyimin kütləvi və fərdi hazırlanmasının üstünlükləri və qüsurları. Kütləvi istehsal şəraitində geyimin hazırlanma prosesinin mərhələləri. Fərdi istehsal şəraitində (tikiş atelyelərində) geyimin hazırlanma prosesinin mərhələləri.
2. Dəb və kostyum
“Dəb” anlayışının tərifi. Dəbin tarixi kostyumun inkişafı tarixi ilə bağlılığı. Cəmiyyətin iqtisadi, mədəni və sosial həyatında dəbin əhəmiyyəti. Dəbin meydana gəlmə yolları. “Haute couture” assosiasiyasının yaranma tarixi və səbəbləri. Sənaye istehsalına yönəmlənmiş və kütləvi istehlakçılar üçün nəzərdə tutulmuş müasir kostyumun inkişaf istiqaməti - “pret-a-porte”.
3. Kostyumun uslub həlli
XX əsrin dəbində təşəkkül tapmış aparıcı üslublar. Klassik üslubun xüsusiyyəti. İdman üslubun formalaşması və inkişafı. Romantik üslubun əsas əlamətləri. Folklyor üslubun əsas əlamətləri və xüsusiyyəti. Müasir kostyumda eklektika.
4. Kostyumun kompozisiyasının elementləri
Kostyumun kompozisiyası haqqında anlayış. Layihələndirən predmetin kompozisiya həllinə təsir göstərən faktorlar. Kompozisiyanın əsas xassələri. Kostyumun forması və onun xüsusiyyətləri. Siluet. Müasir kostyumda siluet formaların növləri: düz siluet, trapez görkəmli siluet, yarıyapışan siluet, yapışan siluet – “siluet X” və “qum saatı”. Kostyumda xətlər. Kostyumda konstruktiv və dekorativ xətlərin əhəmiyyəti. Proporsiya. Proporsiyanın mövcud olan növləri. “Qızıl kəsik” prinsipinin mahiyyəti. Miqyaslıq. Kostyumda proporsiya ilə miqyaslığın əlaqələndirilməsi.
5. Kostyumun kompozisiyasının ifadəlilik vasitələri
Simmetriya və assimetriya. Təbiətdə və bədii yaradıcılıqda mövcud olan simmetriya növləri: güzgü simmetriyası, mərkəzi-məhvər simmetriyası, vint və spiral simmetriyası. Simmetriya, assimetriya və dissimetriya kompozisiyanın bədii vasitəsi kimi. Kontrast və nyuans. Kostyumun ritmik təşkili. Sükunət və dinamika. Sükunət və dinamika kompozisiyanın digər ifadəlilik vasitələri (simmetriya və assimetriya, kontrast və nyuans, ritm və metr) ilə əlaqəsi. Kostyumun kompozisiyasında dinamika yaxud sükunətin seçilməsini müəyyən edən faktorlar.
6. Kostyumda rəng
Rəng haqqında əsas məlumatlar. Rəngin əsas xarakteristikaları: rəng tonu, açıqlıq, dolğunluq. V.M.Şuqayevin hazırladığı rəng çevrəsinin mahiyyəti. Rənglərin harmonik uzlaşması. Rənglərin birtonlu harmonik uzlaşması. Qohum rənglərin harmonik uzlaşması. Qohum-kontrast rənglərin harmonik uzlaşması. Kontrast rənglərin harmonik uzlaşması. Rənglərin qavranılması xüsusiyyətləri.
7. Eskizləndirmənin ifadəli qrafik vasitələri
Xətt və ləkə. Eskiz qrafikasında “qrafik faktura” anlayişı. Qrafik fakturaların növləri: linear fakturalar, ləkə fakturalar, linear-ləkə fakturalar.
8. Rəngli eskizlərin yerinə yetirilməsi üçün materiallar
Eskizlərin işlənməsində akvarel boyaların xüsusiyyəti. Eskizlərin işlənməsində quaş boyaların xüsusiyyəti. Eskizlərin işlənməsində tempera boyaların xüsusiyyəti.
9. Boyalarla işləmə üsulları
Monotipiya texnikasından istifadə etməklə kostyum eskizinin işlənmə xüsusiyyəti. Şpatelin köməkliyi ilə kostyum eskizinin işlənmə xüsusiyyəti. Pulverizatorun köməkliyi ilə kostyum eskizinin işlənmə xüsusiyyəti. Kollaj texnikasından istifadə etməklə kostyum eskizinin işlənmə xüsusiyyəti.
10. İnsan fiqurunun qurulması
İnsan fiqurunun proporsiya kanonları. “Qədimlərin kvadratı”. Leonardo da Vinçinin insan fiqurunun proporsiya sxeminin mahiyyəti. Le Korbyuzyenin modulu. İnsan fiqurunun proporsiyasının yaşla dəyişilməsi. Konstruktiv qurşaqlar haqqında anlayış. Proporsiyalı və stilizə olunmuş fiqur sxemləri.
11. Kostyum eskizlərinin növləri
For-eskizlərin geyimin layihələndirilməsində əhəmiyyəti. Yaradıcı eskizlər. Reklam qrafikası – plakat, buklet yaxud prospekt, jurnal şəhifəsi. İçci eskizlərinə tələblər.
№
|
Mövzuların adı
|
Tədris saatların sayı
_________
məşğələ
|
1.
|
İnsan fiqurunun naturadan rəsmi. Sxem üzrə insan fiqurunun xətti rəsmi
|
2
|
2.
|
İllüstrasiyalı mənbələr (dəb jurnaları) üzrə geyim modellərinin rəsmi
|
2
|
3.
|
Kostyumda kompozisiya və konstruktiv xətlərin aşkarlanması. Kostyumda simmetriya və asimmetriya
|
2
|
4.
|
Müxtəlif ritmik hərəkətlərin istifadəsi ilə kostyum kompozisiyasının qurulması
|
2
|
5.
|
Kostymda xətlərin və formanın plastikası
|
2
|
6.
|
Kostyumda kompozisiyanın qurulması. Kostyumda kompozisiya mərkəzinin aşkarlanması
|
2
|
7.
|
Axromatik sıranın qurulması. Kostyumun kompozisiyasında axromatik açıq ton fərqlərinin təsviri imkanlarının aşkarlanması
|
2
|
8.
|
Ağ, boz, qara rənglərin daxil edilməsindən açıqlığa və dolğunluğa görə rəngin dəyişməsi
|
2
|
9.
|
Monoxrom kompozisiya
|
2
|
10.
|
Rəng çevrəsinin (dairəsinin) qurulması
|
2
|
11.
|
Qohum rənglərin nisbətinə (uyğunluğuna) görə kostyumun kompozisiyasının qurulması
|
2
|
12.
|
Qohum - kontrast rənglərin nisbətinə (uyğunluğuna) görə kostyumun kompozisiyasının qurulması
|
2
|
13.
|
Kontrast rənglərin nisbətinə (uyğunluğuna) görə kostyumun kompozisiyasının qurulması
|
2
|
14.
|
Materialların fakturalarının nisbətinə (uyğunluğuna) görə kostyumun kompozisiyasının qurulması
|
2
|
15.
|
Ornamentdən istifadə etməklə kostyum kompozisiyasının qurulması
|
2
|
|
Cəmi
|
30 saat
|
Ə d ə b i y y a t
-
Божко Ю.Г. Архитектоника и комбинаторика формообразования. Учебник для вузов. Киев: Высшая школа, 1991. – 296с.
-
Ворончихин Н.С. Орнаменты. Стили. Мотивы. М., 2005.
-
Гусейнов Г.М. Композиция костюма. Учебное пособие для вузов. М.: Издательский центр «Академия», 2003. - 432с.
-
Миронова Л.Н. Цветоведение. М., 1985.
-
Пармон Ф.М. Композиция костюма: одежда, обувь, аксессуары. Учебник для вузов. М.: Триада Плюс, 2002. – 312с.
-
Петушкова Г.И. Проектирование костюма. Учебник для вузов. М.: Издательский центр «Академия», 2004. – 416с.
Dostları ilə paylaş: |