Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,32 Mb.
səhifə6/32
tarix14.06.2018
ölçüsü3,32 Mb.
#53671
1   2   3   4   5   6   7   8   9   ...   32

1. nəzərə çarpacaq periferik vazokostriksiya və arterial təzyiqin yüksəlməsi ilə

2. ürək əzələsində birləsdirici toxumanın (kollaqenin) aktivləşməsi ilə

3. katexolaminlərin toksiki təsirinə miokardın həssaslığının yüksəlməsi ilə

4. miokardın yığılma qabiliyyətinin zəifləməsi ilə (mənfi inotrop təsirlə)

5. nəzərə çarpacaq vazodilatasiya və arterial təzyiqin düşməsi ilə
A) 1, 2, 3

B) 1, 3, 5

C) 2, 4, 5

D) 3, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 69
159) Renin - anqiotenzin - aldоsteron sisteminin uzun müddətli hiperaktivləşməsi nəticəsində müəyyən mənfi effektlər inkişaf edir. Bunlardan hansı belə effekt hesab olunmur?
A) ürək çatmamazlığı olan xəstələrdə getdikcə ölümə səbəb ola bilən mədəcik aritmiyalarının artması riski ilə müşayiət olunan ürək əzələsinin katexolaminlərə həssaslığının yüksəlməsi

B) kollaqen sintezinin stimulyasiyası və ürək əzələsində fibrozun inkişaf etməsi

C) kardiomiositlərin nekrozunun inkişaf etməsi və mədəciklərin mioqen dilatasiya əmələ gəlməsilə baş verən miokardın proqressivləşən zədələnməsi

D) ürək və damarların remodelləşmə prosesinə təşəbbüs qöstərməsi, həmcinin miokardın hipertrofiyası və saya əzələlərin hiperplaziyası

E) mədəciklərin mioqen dilatasiyasının əmələ gəlməsilə müşayiət olunan, ürək əzələsinin katexolaminlərə həssaslığının zəifləməsi
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 69 - 70
160) Antidiuretik hormon harada ifraz olunur və böyrək kanalcıqlarından suyun keçməsinin requlyasiyasında necə iştirak edir?
A) hipofizin arxa payından ifraz olunur və suyun böyrək kanalcıqlarının proksimal hissəsindən keçməsinin requlyasiyasında iştirak edir

B) hipofizin arxa payından ifraz olunur və suyun böyrək kanalcıqlarının distal və proksimal hissəsindən keçməsinin requlyasiyasında iştirak edir

C) hipofizin ön payından ifraz olunur və suyun böyrək kanalcıqlarının distal hissəsindən və yığıcı borulardan keçməsinin requlyasiyasında iştirak edir

D) hipofizin arxa payından ifraz olunur və suyun böyrək kanalcıqlarının distal hissəsindən və yığıcı borulardan keçməsinin requlyasiyasında iştirak edir

E) ) hipofizin ön payından ifraz olunur və suyun böyrək kanalcıqlarının proksimal hissəsindən və yığıcı borulardan keçməsinin requlyasiyasında iştirak edir
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - п пресс», 2007, стр. 70
161) Orqanizmdə su çatmamazlığı və toxumaların dehidratasiyası zamanı nə baş verir?
A) sirkulə edən qanın miqdarının azalması və qanın osmotik təzyiqinin azalması

B) sirkulə edən qanın miqdarının azalması və qanın osmotik təzyiqinin artması

C) sirkulə edən qanın miqdarının artması və qanın osmotik təzyiqinin artması

D) sirkulə edən qanın miqdarının artması və qanın osmotik təzyiqinin azalması

E) sirkulə edən qanın miqdarının azalması, lakin qanın osmotik təzyiqinin dəyişməməsilə
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
162) Orqanizmdə su çatmamazlığı və toxumaların dehidratasiyası zamanı osmo - və volümoreseptorların qıcıqlanması nəyə səbəb olur?
A) hipofizin ön payından somatotrop hormonun sekresiyası artır

B) hipofizin arxa payından antidiuretik hormonun sekresiyası artır

C) hipofizin ön payından adrenokortikotrop hormonun sekresiyası azalır

D) hipofizin arxa payından antidiuretik hormonun sekresiyası azalır

E) hipofizin aralıq payından (hissəsindən) adrenokortikotrop və somatotrop hormonların sekresiyası azalır
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
163) Antidiuretik hormonun təsiri ilə suyun böyrək kanalcıqlarının distal hissəsindən və yığıcı borulardan keçiriciliyi yüksəlir və, müvafiq olaraq, bu şöbələrdə suyun fakultativ reabsorbsiyası artır. Nəticədə ifraz olunan sidiyin tərkibi, xüsusi sıxlığı və miqdarı necə dəyişilir?
A) tərkibində aşağı sıxlıqlı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik az miqdarda sidik

B) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik az miqdarda sidik

C) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik daha çox miqdarda sidik

D) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik az miqdarda sidik

E) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik daha çox miqdarda sidik
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
164) Orqanizmdə suyun həddindən artıq toplanması və toxumaların hiperhidratasiyası zamanı nə baş verir?
A) sirkulə edən qanın miqdarının artması və osmotik təzyiqinin azalması

B) sirkulə edən qanın miqdarının azalması, lakin osmotik təzyiqinin dəyişməməsi

C) sirkulə edən qanın miqdarının artması və osmotik təzyiqinin artması

D) sirkulə edən qanın miqdarının azalması və osmotik təzyiqinin artması

E) sirkulə edən qanın miqdarının azalması və osmotik təzyiqinin azalması
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», крови 2007, стр. 70
165) Antidiuretik hormonun sekresiyasının kəskin azalması və ya tamam kəsilməsi nəticəsində suyun böyrək kanalcıqlarının distal hissəsindən və yığıcı borulardan keçiriciliyi zəifləyir, halbuki Na+ - un bu şöbələrdə reabsorbsiyası davam edir. Nəticədə ifraz olunan sidiyin tərkibi, xüsusi sıxlığı və miqdarı necə dəyişilir?
A) tərkibində yüksək konsentrasiyalı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik çox miqdarda sidik

B) tərkibində aşağı konsentrasiyalı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik az miqdarda sidik

C) tərkibində yüksək konsentrasiyalı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik çox miqdarda sidik

D) tərkibində aşağı konsentrasiyalı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik çox miqdarda sidik

E) tərkibində yüksək konsentrasiyalı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik az miqdarda sidik
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
166) Qulaqcıq natriumuretik peptid hansı maddələrin ifrazını zəiflədir ?

1. reninin

2. aldosteronun

3. A, D, E2 prostaqlandinləri

4. I2 prostasiklini
A) 1, 2

B) 2, 3


C) 3, 4

D) 2, 4


E) 1, 3
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
167) Orqanizmin ilkin kompesator mexanizmlərdən biri olan qulaqcıq natriumuretik peptidin sekresiyası nələrə səbəb olur?

1. həddindən artıq vazokonstriksiyanın qarşısını alır

2. orqanizmdə Nа+ və suyun saxlanmasının qarşısını alır

3. ön və son yüklənmənin yüksəlməsinin qarşısını alır

4. həddindən artıq vazodilatasiyanın qarşısını alır

5. orqanizmdə Са2+ və suyun saxlanmasının qarşısını alır
A) 3, 4, 5

B) 1, 2, 3

C) 1, 2, 4

D) 2, 4, 5

E) 1, 3, 5
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
168) Endotelinin disfunksiyası hansı zədələyici faktorların təsirindən meydana çıxır?

1. hipoksiyada

2. katexolaminlərin həddindən yüksək qanda konsentrasiyasında

3. anqiotenzınII - in aktivləşməsində

4. qanın qan damarında laminar xarakterli axını zamanı

5. arterial təzyiqin cuzi qalxmasında
A) 3, 4, 5

B) 1, 2, 4

C) 1, 3, 5

D) 1, 2, 3

E) 2, 4, 5
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр70
169) Endotelinin disfunksiyası hansı zədələyici faktorların təsirindən meydana çıxır?

1. plazmada serotoninin artmasında

2. yüksək arterial hipertenziyalarda

3. qan axınının sürətlənməsində

4. qanın qan damarında laminar xarakterli axını zamanı

5. ürəyin işi azacıq artdırıldıqda
A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр70
170) Məlumdur ki, endotelin - 1 vacib əlamətlərindən biri hüceyrədaxili mexanizmləriişə salmaqqabiliyyətidir. Bu mexanizmlərinişə salınması “ nəyə qətirib çıxarır?

1. zülal sintezinin sürətlənməsinə

2. ürək əzələsinin hipertrofiyasının inkişafına

3. zülal sintezinin sürətinin azalmasına

4. ürəyin dilatasiyasına

5. lipid sintezinin sürətlənməsinə
A) 1, 2

B) 2, 4, 5

C) 1, 5

D) 1, 3, 4



E) 3, 4
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 71
171) Hansı üç səbəb ağ ciyərlərdə qaz mübadiləsinin zəifləməsinə və tənəffüs mərkəzinin qıcıqlanmasına səbəb olur?

1. ağ ciyərlərdə ventilyasion - perfuzion munasibətin əsaslı pozuntuları (qan axınının normal ventilyasiya edən və ya, hətta hiperventilyasiyalı alveollardan keçərkən zəiflənməsi)

2. ağ ciyərlərdə interstisiyanın ödemi və rigidliyin yüksəlməsi onun genişlənməsinin azalmasına gətirib çıxarması

3. qalınlaşmış alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması

4. ağ ciyərlərdə interstisiya ödeminin olmaması və rigidliyin zəifləməsi onun genişlənməsinin artmasına gətirib çıxarması

5. nazikləşmiş alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
A) 1, 3, 5

B) 1, 2, 3

C) 3, 4, 5

D) 2, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
172) Xroniki ürək çatmamazlığı olan xəstələrdə məhsuldar olmayan quru öskürək hansı şəraitdə meydana çıxır və o, hansı simptomu, bəzi hallarda, müşayiət edir?
A) ya xəstənin horizontal vəziyyətində, ya da sakit halda meydana çıxır və çox vaxt stenokardik agrıları müşayiət edir

B) ya xəstənin vertikal vəziyyətində, ya da sakit halda meydana çıxır və çox vaxt ürəkdöyünməni müşayiət edir

C) ya xəstənin vertikal və horyzontal vəziyyətlərində, ya da fiziki yüklənmədən sonra meydana çıxır və çox vaxt baş ağrısını müşayiət edir

D) ya xəstənin horizontal vəziyyətində, ya da fiziki yüklənmədən sonra meydana çıxır və çox vaxt təngnəfəsliyi müşayiət edir

E) ya xəstənin vertikal vəziyyətində, ya da fiziki yüklənmədən sonra meydana çıxır və çox vaxt yuxululuğu müşayiət edir
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
173) Nəzərə çarpacaq əzələ zəifliyi, tez yorulma və aşağı ətraflarda ağırlıq hissiyatı nə vaxt əmələ gəlir və xroniki ürək çatmamazlığının (XÜC) hansı əlamətlərinə aiddir?
A) yüksək fiziki yük fonunda əmələ gəlir və XÜC - ın gecikmiş əlamətlərinə aiddir

B) sakit halda əmələ gəlir və XÜC - ın gecikmiş əlamətlərinə aiddir

C) yüksək fiziki yük fonunda əmələ gəlir və XÜC - ın ilkin əlamətlərinə aiddir

D) yüksək olmayan məişət fiziki yük fonunda əmələ gəlir və XÜC - ın ilkin əlamətlərinə aiddir

E) yüksək olmayan fiziki yük fonunda əmələ gəlir və XÜC - ın gecikmiş əlamətlərinə aiddir
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 76
174) Nəzərə çarpacaq əzələ zəifliyi, tez yorulma və aşağı ətraflarda ağırlıq hissiyatı xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı səbəbdən yaranır?
A) ürək atımı həcminin azalması hesabına və venulaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu

B) ürək atımı həcminin artması hesabına və arteriolaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu

C) ürək atımı həcminin ölçüsünün azalması hesabına, və həmcinin, arteriolaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu

D) ürək atımı və vurğu həcminin ölçüsünün artması hesabına, və həmcinin, arteriolaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu

E) vurğu ölçüsünün artması hesabına, və həmcinin, arteriolaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 76
175) Nikturiya - xroniki ürək çatmamazlığı olan xəstələrdə xarakterik şikayətlərdən biridir. Nikturiya nə deməkdir?
A) axşamlar diurezin azalması

B) diurezin olmaması

C) Gecə vaxtı diurezin artması

D) səhər tezdən diurezin artması

E) Gündüz diurezin artması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.76
176) Qanda bərpaedici hemoqlobinin hansı həddi periferik sianoz - akrosianozla müşayiət olunur?
A) 50 – 60 q/l - dən yuxarı

B) 20 – 30 q/l - dən aşağı

C) 40 – 50 q/l - dən yuxarı

D) 90 – 100 q/l - dən yuxarı

E) 100 – 110 q/l - dən aşağı
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 77
177) Sağ mədəcik və ya biventrikulyar ürək çatmamazlığı olan xəstələrdə odemlərin əmələ gəlməsində hansı dəyişiklik böyük məna daşıyır?
A) qanın hidrostatik və onkotik təzyiqlərinin qalxması

B) qanın onkotik təzyiqinin qalxması

C) qanın hidrostatik təzyiqinin qalxması

D) qanın hidrostatik təzyiqinin enməsi

E) qanın hidrostatik və onkotik təzyiqlərinin enməsi
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 78
178) Periferik qan axınının venoz yatağında, normada qanın hidrostatik və onkotik təzyiqləri arasında münasibət necədir?
A) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən azacıq azdır

B) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən nəzərə çarpacaq dərəcədə çoxdur

C) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən azacıq çoxdur

D) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən nəzərə çarpacaq dərəcədə azdır

E) qanın hidrostatik və onkotik təzyiqləri bərabərdir
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 78


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin