Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3.32 Mb.
səhifə32/32
tarix14.06.2018
ölçüsü3.32 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   32

1325) Amerika Kardiologiya Kolleci və Amerika Ürək Assosiasiyasının ürək çatışmazlığın (ÜÇ) təsnifatı nəyə əsaslanır?
A) ÜÇ əlamətlərinə və fiziki fəaliyyətinə

B) xəstənin şikayətlərinə və fiziki fəaliyyətinə

C) funksional - morfoloji dəyişikliklərə

D) xəstənin şikayətlərinə və obyektiv müayinələrə

E) ürək əzələsinin struktur zədələnməsinə və ÜÇ simptomatikasının qiymətləndirilməsinə
Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
1326) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı B mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası).
A) Sinif IV

B) Sinif III

C) Sinif V

D) Sinif II

E) Sinif I
Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
1327) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan şikayətlər hansılardır?

1. sakit vəziyyətdə və ya fiziki gərginlik zamanı təngnəfəslik

2. ümumi zəiflik, tez yorulma

3. üzün şişkinliyi

4. baş qicəllənmə

5. aşağı ətraflarda ödem
A) 1 , 3, 5

B) 1, 2, 5

C) 1, 3, 4

D) 2, 3, 5

E) 2, 3, 4
Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
1328) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan əlamətlər hansılardır?

1. taxikardiya, taxipnoe, ağ ciyərlərin aşağı paylarında kiçik qabarcıqlı yaş xırıltılar

2. plevra boşluqlarında transudat (mayenin) yığılması, vidaci venalarda şişkinlik (venoz təzyiqin artması nəticəsində)

3. əllərdə tremor

4. sağ ətrafların zəifləməsi

5. periferik ödemlər, hepatomeqaliya
A) 1, 3, 5

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 2, 5

E) 3, 4, 5
Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
1329) Ürəyin işemik xəstəliyi ürək çatışmazlığı olan xəstələrin neçə faizində başlanğıc səbəb kimi çıxış edir?
A) 3 %

B) 100 %


C) 70 %

D) 50 %


E) 0, 01 %
Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
1330) Nikotin turşusunun qəbulu hansı xəstəliklər zamanı əks göstəriş deyil?
A) podaqrada

B) xroniki qastritdə

C) arterial hipertoniyanın ağır formalarında

D) mədə və onikibarmaq bağırsaq xorasında

E) hamiləlik və döş əmizdirmədə
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
1331) Nikotin turşusunun qəbulu hansı xəstəliklər zamanı əks göstərişdir?
A) qara ciyərin funksional vəziyyətinin zəifləməsi və ağır xəstəliklərində

B) böyrəklərin xroniki xəstəliklərində

C) preparata yüksək həssaslıq olmadıqda

D) sinus düyününün zəifləməsi sindromunda

E) böyrəklərin funksional vəziyyətinin enməsində
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
1332) Normada kiçik damarlarda qanaxma onların zədələnməsi zamanı neçə dəqiqə ərzində dayanır?
A) 1 - 3

B) 8 - 9


C) 10 - 11

D) 4 - 5


E) 6 - 7
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.377
1333) Kiçik damarlarda qanaxmanın dayanmasında hansı səbəb rol oynamır?
A) qan damar divarının zədələnməsi

B) zədələnmiş endoteldən azot oksidi və prostasiklin PGl2 - in ifraz olunması

C) subendotelial toxuma strukturasının, xüsusilə, kollagenin çılpaqlaşması

D) kiçik damarların spazmı

E) trombositlərin adqeziyası və aqreqasiyası
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1334) Hansı xəstəlik və ya sindromun adı ürəyin işemik xəstəliyinin nisbi nadir səbəbi kimi ingilis dilli ədəbiyyatda çəkilmir?
A) Iltihablaşmış koronaritlər

B) Sifilitik aortit

C) Irsiyyət və emosional stres

D) Döş aortasının laylanan anevrızması

E) Koronar arteriyalarda anadangəlmə inkişaf anomaliyaları
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
1335) Kiçik damarların zədələnməsi zamanı yaranan qanaxmanın dayanmasında hansı proses təkanverici rol oynamır?
A) Kollagen və Villebrand faktorunun təsirindən trombositlərin aktivləşməsi

B) Simpatik-adrenal sistemin aktivliyinin və katexolaminlərin qatılığının azalması

C) Kollaqen liflərin və trombositlərin Ib reseptorları arasında körpünün əmələ gəlməsi

D) Trombositlərin aqreqasiyası və trombositar trombun əmələ gəlməsi (ağ trombun)

E) Zədələnmiş damarların subendotelinə trombositlərin adqeziyası (yapışması)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1336) Zədələnmiş hüceyrələrdən ayrılan hansı toxuma elementinin təsirindən trombositlərin aqreqasiya qabiliyyəti yüksəlmir?
A) Elastinin

B) Katexolaminlərin

C) Serotoninin

D) Adenozin difosfatın

E) Kollagenin
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1337) Kollagenin və subendotelidə olan Villebrand adlanan faktorun təsirindən, trombositar - damar və koaqulyasion sistemin normal fəaliyyətini saxlamag məqsədilə trombositlərdə nə baş vermir?
A) Şişərək, tikan uclu cıxıntılar əmələ gətirməsi

B) Öz formasını dəyişməsi

C) Həcmin artması və partlaması

D) Adgeziyaya uğraması

E) Tez aktivləşməsi
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1338) Hansı faktorlar birincili damar - trombositar hemostazına təsir etmir?
A) Trombositlərdə araxidon turşusundan tromboksan А2 və prostasiklinin normal sintezi

B) Trombositlərin membranlarında Ib və IIb qlikoproteinlərin olmaması

C) Qanda trombositlərin sayı, adgeziyası və aqreqasiyasına səbəb olan VIII Villebrand faktoru

D) Zədələnmiş damarın kollagen liflərinə lövhəciklərin adgeziyasını təmin edən trombositlərin membranlarında Ib qlikoproteinin mövcudluğu

E) Fibrinogenlə spesifik reaksiyaya girən aktivləşmiş trombositlərin membranlarında IIb və IIIа qlikoproteinlərın mövcudluğu
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 50, 380
1339) Stabil stenokardiyalı xəstələrdə stenozlaşmış koronar ateroskleroz fonunda gərginlik stenokardiyasının əmələ gəlməsi əsasən hansı dəyişikliyin hesabına provokasiya olunur?
A) Həcmli damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın qlükozaya tələbatının artmasıyla

B) Kapilyarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın qlükozaya tələbatının artmasıyla

C) Rezistiv koronar arteriyaların adekvat genişlənməsiylə müşayiət olunmayan miokardın oksigenə tələbatının artmasıyla

D) Kompensasiya edici damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın oksigenə tələbatının artmasıyla

E) Periferik damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın oksigenə tələbatının artmasıyla
Ədəbiyyat:1) Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 50, 388. 2) Н. Н. Зайко, Ю. В. Быць и др. Патологическая физиология. Москва, 1996, стр. 425.
1340) Hansı bəzi xəstəlik və sindromları, eyni zamanda ürək əzələsinin zədələnməsi ilə müşayiət olunan, işemik xəstəliklərinin nisbətən nadir səbəbi hesab etmirlər?
A) Koronar arteriyanın anadangəlmə inkişaf anomaliyaları

B) Sifilitik aortit

C) Iltihablaşmış koronaritlər (düyünlü periarteriitlər, birləşdirici toxumanın sistem xəstəlikləri)

D) Koronar arteriyanın trombozu (eyni zamanda mikrotrombların əmələ gəlməsi)

E) Döş aortasının laylanan anevrizması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
1341) Hansı hallarda adenozin (ATF) seçim preparatı sayılır?
A) “piruet” tipli mədəcik taxikardiyaların qarşısını almaq ücün

B) Digər antiaritmik maddələrə refrakter hesab olunan mədəcik taxikardiyasında

C) Atrioventrikulyar resiprok taxikardiyaların qarşısını almaq ücün

D) Qulaqcıqların səyriməsində ürək vurğularının sayına nəzarət məqsədilə

E) Tez-tez baş verən mədəciküstü ekstrasistoliyalı xəstələrin müalicəsi ücün
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1342) Hansı elektrolit dəyişikliklərində daha tez ritm pozğunluqları əmələ qəlmir?
A) Hiperkalsiemiya

B) Hiponatriemiya

C) Hipomaqniemiya

D) Hiperkaliemiya

E) Hipokaliemiya
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
1343) Trombositar hemostazın aktivləşməsi, ən azı damardaxili trombun əmələ gəlməsinə, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissə ilə distal yerləşmiş tac damarın embollarla tutulmasına səbəb olan vəziyyət hansı xəstəlikdə, əsasən, tez - tez öz əksini tapır?
A) Miokardın infarktından sonrakı kardiosklerozda

B) Qeyri stabil stenokardiyada

C) Hipertrofik kardiomiopatiyalarda

D) Kəskin miokarditdə

E) Stabil stenokardiyada
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
1344) Mikrovaskulyar disfunksiyada əsas dəyişikliklər ölçüsü neçə mkm olan hansı damarların səviyyəsində baş verir?
A) 100 - 120 olan venulalar

B) 150 - 350-ni keçməyən prearteriolaların

C) 350 - 400-ü keçməyən arteriolaların

D) 50 - 100-ü keçməyən postarteriolaların

E) 20 - 40 olan kapillyarlar
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
1345) Kalsium antaqonistlərinin terapevtik effektinə hansı xüsusiyyət aid deyil?
A) koronarospazmın qarşısının alınması

B) mənfi xronotrop təsir (sinoatrial düyünün avtomatizminin zəifləməsi)

C) mənfi inotrop təsir

D) koronar arteriyaların dilatasiyası

E) sistem vazokonstriksiya (önyüklənmənin artması)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 444
1346) Xroniki ürək çatışmazlıqlı xəstələrdə bumetanidinin başlanğıc dozası sutkada necə milliqramdır?
A) 0,2-0,4

B) 2-4


C) 0,5-1,0

D) 1-2


E) 4-8
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1347) Sabit stenokardiya adlanan klinik sindrom nə vaxt meydana çıxmır?
A) Sakitlikdə, çox vaxt gecələr yuxuda

B) Emosional stressdə

C) Soyuqda, çoxlu miqdarda qida qəbulunda

D) Fiziki gərginlikdə (hərəkət, yüksəkliyə qalxma, ağırlıq qaldırma)

E) Arterial təzyiqin yüksəlməsində
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1348) Aşağıdakı hansı ağrı şikayətləri və ya simptomlar sabit stenokardiyalı xəstələrdə əsasən təsadüf olunmur?
A) Adətən 3-5 dəqiqə davam edən ağrı

B) Adətən 15-20 dəqiqə davam edən və kalsium kanalı blokatorunun qəbulundan sonra keçib gedən

C) Döş sümüyünün arxasında lokalizasiya olunan, tutmaşəkilli, sıxıcı, təzyiqedici ağrı

D) Sakitlik halında, sublinqval nitroqliserin qəbulundan sonra bir neçə dəqiqə ərzində keçib gedən simptomlar

E) Sol qola, boyuna, çənəyə irradiasiya edən ağrı
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1349) Sabit stenokardiyanın Kanada ürək-damar cəmiyyəti təsnifatına əsasən I funksional sinfə xas simptomlar nə zaman meydana çıxır?
A) Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur. Ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən sonra

B) Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur və ya “sakitlik stenokardiyası” olduqda

C) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Normal sürətlə bir və ya iki kvartal məsafə yeriyərkən (100-200 metr) və ya bir mərtəbə pilləkən qalxarkən

D) Adi fiziki aktivlikdə yüngül məhdudiyyət. Sürətlə və ya soyuq havada yeriyərkən, pilləkənlə qalxarkən, stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

E) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Emosional stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
1350) Sabit stenokardiyanın diaqnostikasında miokardın işemiyası ilə bağlı narahatlıq hissi hansı xüsusiyyətlərlə ayırd edilmir?
A) Xarakteri

B) Lokalizasiyası

C) Müddəti

D) Sublinqval nitroqliserin qəbulundan bir neçə dəqiqə sonra keçib getməsi

E) Həyəcan və gərginliklə, şiddətləndirici və yüngülləşdirici amillərlə əlaqəsi
Ədəbiyyat:Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 10
1351) Stenokardiyalı xəstələrdə hansı instrumental müayinənin aparılmasının əhəmiyyəti yoxdur?
A) Fonokardioqrafiyanın

B) Döş qəfəsi rentgenoqrafiyasının, EKQ-nin

C) Exokardioqrafiyanın

D) Kompüter tomoqrafiyanın



E) Koronar arterioqrafiyanın
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 13

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə