GİRİŞ VƏ ÇIXIŞ İŞARƏVERİCİLƏRİN YERİ VƏ SİQNALLARI
İşarəvericilər qatarın hərəkəti istiqamətində dəmir yolunun sağ tərəfində qoyulur. Bəzən işarəvericilər əlavə yol tikintisi üçün hasarlanmış yolun oxu üzərində qoyulur. İşarəverici elə qoyulmalıdır ki, o qonşu yola aid edilə bilməsin. Siqnalların işıqlanmaları bütün gün ərzində yaxşı görünən olmalıdır.
Yoldan asılı olaraq hər siqnal göstəricisi sürətin vaxtında azaldılması və qatarın dayanması üçün maşinistə məlumat verməlidir.
Qadağan siqnalından əlavə hər siqnal göstəricisi əsas (işarəvericini ötmə sürəti) və xəbərdarlıq (sonraki işarəvericini ötmə sürəti) əmrləri verir.
Beləliklə hər siqnal göstəricisi müvafiq sürət pilləsinə uyğun müəyyən edilir. Dəmir yolunda müəyyən Vy sürəti mövcuddur ki, o da bütün məntəqələrdə maksimum buraxıla bilən sürətə uyğun götürülür. Bundan başqa ifrat kiçik V0 «sıfır» sürəti də müəyyənləşir.
Məsələn 1/9 çarpaz markalı yolçeviricilər üçün yan yolu keçərkən sürət 40 km/saat; 1/11 çarpazı üçün 80 km/saat ola bilər.
İşarəvermənin əsas prinsipi qırmızı işıqda qatar işarəvericisinin qarşısında dayanmalı; sarı və yaşıl işıqda isə onu ötməlidir. Məsələn, bir sarı işığın daima və ya fasilələrlə işıqlanmasında qatar işarəvericini əvvəlcədən müəyyən edilmiş sürətlə ötməlidir, fasiləli yaşıl işıqda isə növbəti işarəvericini 80 km/saat sürəti ilə ötə bilər. Fasiləli sarı və daima yanan yaşıl işıqda qatar sonrakı işarəvericini V1=40 km/saat sürətilə ötməli, əgər əlavə yaşıl zolaq mövcuddursa bu sürət V3 =80 km/saat ola bilər.
İşarəvericinin yuxarıdan birinci işıqlanması sonrakı işarəvericini ötmə sürətini xarakterizə edir. Əgər bu daima yanan sarı işıqsa qatar sonrakı işarəvericinin qarşısında dayanmalı; fasiləli yanan sarı işıqda sürət V1 qədər azaldılmalı; fasiləli yaşıl işıqda V3 qədər artmalıdır. Əgər işarəvericinin alt sarı işığı yanırsa, deməli qatar yan yola keçməlidir. Göy işıq manevr etməyi qadağan edir və qatarın hərəkətində əhəmiyyətsizdir. Bəzən bu məqsədlə qırmızı işıqdan da istifadə edilir.Daima yanan ağ-bəyaz işıqlanmada manevr etməyə icazə verilir. Əgər bu siqnal fasiləlidirsə onda qatar həmin işarəvericini 20 km/saat sürətlə ötməli və istənilən vaxt dayana bilən olmalıdır.
Stansiyalarda mənzillər tərəfdən giriş işarəvericiləri yerləşdirilir. Onlar cüt qatarların daxil olduğu tərəfdən Ç hərfi ilə, tək qatarlar üçün H hərfi ilə işarələnir.
Giriş işarəverici istilik lokomotiv dartısında giriş dönməsindəki yolçeviricidən 50 m məsafədə qoyulur. Elektrikləşmiş yolda mənzillə stansiya arasında kontakt şəbəkəsinin izolə edildiyi yerin qarşısında giriş işarəvericisi qoyulur. O, giriş yolçeviricidən 30 m-dək məsafədə yerləşdirilir.
Çıxış işarəvericiləri qatarın mənzillərə çıxmasını idarə edir (şəkil 4).
Marşrut işarəvericilər eninə və ya qismən eninə yerləşən yollarda, həmçinin böyük stansiyalarda qoyulur. Onlar qatarları stansiyanın bir sahəsindən digərinə keçirməyi tənzimləyirlər. Onları böyük stansiyaların boğaz hissəsində və ardıcıl yerləşmiş yol ayırıcılarının yolçeviriciləri qarşısında qoyurlar. Bu yolçeviricilərdə yolun istiqaməti və nömrəsi işarələnir.
Elektrik mərkəzləşmiş stansiyalarda çıxış və marşrut işarəvericilərə fasiləsiz yanan ağ-bəyaz manevr etməyə icazə verən işarəli siqnal əlavə edilir. Belə işarəvericiyə dəvətedici fasiləli yanan siqnal qoyula bilər.
Baş yolda və qatarı dayanmadan ötürən yolda uzun dirəkdə çıxış və marşrut işarəvericilərdən, yan yollarda isə karlik (cırtdan) tipli işarəvericilərdən istifadə olunur. Manevr işarəvericilərinin yerləşdirilməsində stansiyanın iş texnologiyasını bilmək lazımdır. Bu işarəvericilər M hərfi ilə işarələnir. Giriş işarəvericilərdən başlayaraq ardıcıl nömrə ilə cüt boğazda cüt, tək boğazda tək ədədlə nömrələnir (M1,M3 və M2, M4).
İşarəvericilərin rəngləri aşağıdakı kimidir:
İşarəvericilərin siqnalları aşağıdakılara əməl etməyi tövsiyə edir:
Qırmızı işıq – dayan, getmək qadağandır (bütün əsas, ötürücü, giriş, çıxış və marşrut göstəricilərində qoyulur).
Bir sarı işıq – hərəkət edə bilər, lakin dayanmağa hazır olmalıdır, növbəti işarəverici bağlıdır.
Bir yaşıl işıq – əvvəldən nəzərə alınmış sürətlə hərəkət edə bilər, sonrakı işarəverici açıqdır.
İki sarı işıq – işarəvericini kiçik sürətlə ötə bilər və növbəti işarəvericidə dayana bilən olmalıdır (adətən giriş işarəvericilərdə qoyulur).
Bir sarı fasiləli yanan və ya bir yaşıl və bir sarı daima yanan – müəyyən edilmiş sürətlə hərəkət etməyə icazə verilir, növbəti işarəverici açıqdır və onu kiçik sürətlə qatar ötməlidir. Dörd işarəli aralıq, üç işarəli giriş və xəbərdaredici işarəvericilərdə yanaşı qoyulur.
Böyük fasiləli sarı işıq – 40 km/saat sürətlə hərəkətə icazə verilir (aralıq keçid işarəvericilərdə qoyulur).
Fasiləli bir sarı işıq – 80 km/saat sürətlə hərəkətə icazə verilir.
Kiçik fasiləli bir yaşıl işıq – 120 km/saat sürətlə hərəkətə icazə verilir.
İki sarı işıq, onlardan yuxarıdakı fasiləli – işarəvericilərdən kiçik sürətlə ötərək yan yola keçməlidir, növbəti işarəverici açıqdır.
Göy və ya qırmızı işıq – manevr etmək olmaz.
Bir ağ-bəyaz işıq – manevr etmək olar.
Bir qırmızı və bir fasiləli ağ-bəyaz işıq – giriş işarəvericisini 20 km/saat sürətlə ehtiyatla keçə bilər.
Dostları ilə paylaş: |