D ədə Qorqud ● 2017


Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi



Yüklə 2,56 Mb.
səhifə159/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   155   156   157   158   159   160   161   162   ...   184
Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi

Qardaş türk folklorundan örnəklər


QƏHRƏMANLIQ SALNAMƏSİ – “EDİGEY” DASTANI
“Edigey” dastanı özündə canlı tarixi əks etdirən əvəzsiz mənbələrdən biridir. Das­ta­nın təxminən 30 müxtəlif variantı mövcuddur – Krım-tatar, başqırd, qazax, qaraqalpaq, no­qay, özbək, baraba tatarları, dağlı altaylara və s.

Yazılı mənbələrdə XVI əsrdən etibarən rast gəlinməsinə baxmayaraq, bu gün rus ədə­biyyatında “Edigey” dastanının XIX əsrdən etibarən geniş və ciddi tədqiq olunduğunu müşa­hidə edirik. Dastanın ilk dəfə qazax variatını 1820-ci ildə məşhur tarixçi və Sankt-Peterburq Elmlər Akademiyasının akademiki Qriqori Spasski (1784-1864) rus dilində özünün təsisçisi olduğu “Сибирский вестник”1 junalında yayın­lat­mışdır. Şərqşünas və diplomat Aleksandr Xodzkonun (1804-1891) 1830-1844-cü il­lər­də İranda diplomat olarkən xalqdan topladığı hekayələr arasında Edigey haqqında bir türkü də olmuş və bu türkü 1842-ci ildə əvvəl rusca, sonradan ingiliscə yayın­ladığı “Specimens of the Popular Poetry of Persia” adlı kitabının “Koroğlu”ya həsr etdiyi bölməsində yer almışdır.

İ.N.Berezin (1818-1896) 1862-ci ildə yayınlatdığı üç cildlik “Турецкая хрес­то­ма­тия” (1857-1878, 3 томаx) əsərində “Edigey” dastanının türkmən varian­tına yer vermiş­dir. Müəllif bu variantın “çox güman ki, tatar variantı olması ehti­malı”nı da qeyd etmişdir2. 1869-cu ildə isə “Toxtamış xanın məzarı” adlı çalış­masında N.So­ro­kin Edigeyin şəxsiy­yətin­dən bəhs etmiş, onun apardığı mübari­zələrdən söz açmışdır3.

Bunu xüsusilə qeyd etmək lazımdır ki, Qriqori Spasskidən sonra “Edigey” dastanını sistematik və tam mətn halında Çoqan Vəlixanov (1837-1865) və V.V.Rad­lov (1837-1918) ya­yınlatmışdır. 1878-1907-ci illər arasında V.V.Radlov “Türk tayfa­larının xalq ədəbiyya­tın­dan nümunələr” (Образцы народной литературы тюркских племен)4 adlı əsərində “Edi­gey” dastanından da bəhs etmişdir. V.Radlo­vun bu əsəri tarixi və elmi yönü ilə çox əhə­miy­yətli əsərlərdən biridir. Bu baxımdan da əsər “Edigey” dastanının öyrənilməsində çox ciddi mənbələrdən hesab olunur.

Məşhur ispan səyyahı və diplomatı Rey Qonzales de Klaviyo (?-1412) gəzib gördüyü yerlərlə bağlı bir gündəlik yazmışdır. Onun bu əlyazması Milli Madrid kitabxanasında mü­ha­­fizə edilir. Bu gündəlik ilk dəfə 1582-ci ildə Arqote de Molina tərəfindən “Böyük Teymu­run imperatorluğuna aid torpaqların təsviri, həyatı və fəaliyyəti” (Vida y hazañas del Gran Tamorlán, con la descripción de las tierras de su imperio y señorío) adı ilə yayınlanmışdır. Bu gündəlikdə Teymurun Qızıl Orda torpaqlarına səfərindən, oradakı savaşlarından bəhs edilir. Bu, Edigeyin tarixi şəxs olmasını təsdiqləyən ən qədim mənbələrdən biridir.
1880-1881-ci illərdə məşhur şərqşünas və türkoloq N.Semenov dastanın noqay va­rian­tını yazıya almış və 1885-ci ildə Şimal-şərqi Qafqaz yerli əhalisi (Туземцы северо-вос­точ­ного Кав­каза) adı ilə kitab halında yayınlatmışdır. Kitabın “No­qay­lar” bölümündə “Noqay yurdunda həyat. Murza Edige”, Murza Edigeylə bağlı das­tana olunan iki əlavə – N.Qulakın “Qafqaz” qəzetində yayınlanan “Edigey haqqında türkü və Edigey haqqında türkü ilə bağlı Ni­kolay Qulakın qeydləri”1 əsərləri də yer alır. N.Semenovun bu əsəri dastanın noqay va­riantının öyrənilməsi baxımından çox dəyərlidir.

Rus şərqşünası və türkoloq P.M.Melioranski tərəfindən 1889-cu ildə yayın­lanan “Edigey və Toxtamış haqqında nağıl” (Сказание об Едигее и Токтамыше. Проиложение к сочине­ниям Ч.Ч.Валиханова)2 adlı əlyazma əsəri sonralar dasta­nın ilk toplayıcısı və təd­qiqatçısı Çoqan Vəlixanovun övladları tərəfindən rus folk­lorçusu və etnoqrafı Q.N.Po­taninə (1835-1920) verilmiş, Q.N.Potanin də bunların əsasında 1897-ci ildə “Edigey haqqında türk nağılı. Canlı tarix” (Тюркская сказка об Идиге. Живая старина) adlı əsər yazmış və ya­yınlatmışdır. Bu əsər 2011-ci ildə Rusiyada yenidən nəşr olunmuşdur3.

Dastanın qaraqalpaq variantı 1903-cü ildə Yevgeni Aleksadroviç Belyayev (1895-1964) tərəfindən toplanmış, lakin buna baxmayaraq, dastanın rus dilində tər­cüməsi ilə 1917-ci ildə nəşr etdirə bilmişdir. 1920-1930-cu illərdən sonra Qazaxıstan Milli Elmlər Akade­miyasıın Folklor Arxivində “Edigey” dastanının daha beş mətni aşkarlanmışdır.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitusunun elmi arxivində mü­ha­fizə edi­lən əlyazma Krım və Sibir variantlarının mövcudluğundan xəbər verir. Bu əlyazma4 P.A.Fa­levə (1888-1922) aiddir. XX əvvəllərində P.Falevin yazdığı “Edigey və Toxtamış haqqında noqay nağılı” (Ногайское сказание об Эдигее и Тохта­мыше) əsəri özünəməxsusluğu ilə diq­qəti cəlb edir. Qeyd edək ki, P.Falevin bu əsəri qızıl medala layiq görülmüşdür.

Tatar folklorçusu, şair Nağı İsanbet (1899-1992) mədəni inqilab edərək “Edi­gey” das­tanı üzərində bədii bərpa işləri gördü və 1940-cı ildə dastanı yayınlatdı5. Dastan ya­yınlandıqdan bir ay sonra dövlət qurumları tərəfindən mənfi qarşılandı. Bu zaman o, dastanı yeni versiya ilə nəşr etdirmək istədi, lakin yayına etiraz, ardından mü­haribənin başlanması (1941-1945-ci illərdə Rusiya ilə Almaniya arasında başla­nan Böyük Vətən müharibəsi) və daha sonra dastan üzərinə qoyulan qadağa bu ya­yını təxirə saldı.

Sovet İttifaqı qurulandan sonra bu birliyə daxil olan türk xalqlarının qəhrə­manlıq dastanları bir qayda olaraq qadağan edildi. “Edigey” dastanı da bunlardan biridir. Bunu qeyd etmək vacibdir ki, 40-cı illərin əvvəllərində ruslar “Edigey” dastanından “tatar mə­dəniyyətinin uğuru”1 kimi bəhs edirdilər. Uzun illər “Edigey” dastanının üzərinə qoyulan qa­da­ğanın bir digər səbəbi də rusların iddiasına görə, dastanın mövzusu rus-tatar düş­mən­liyini ehtiva etməsidir.

Beləliklə, Sovet İttifaqı Kommunist Partiyası Regional komitəsi 28 noyabr 1944-cü ildə dastanla bağlı “N.İsanbetin qüsurlu nəşri” adlı hökm çıxardı. 1980-ci ildə dastan nəhayət ki, N.İsanbetin hazırladığı sonuncu variantda yayınlandı, lakin burada müəllifin adına istinad edilmədi. Bundan sonra artıq “Edigey” dastanının təd­qiqatından bəhs etmək mümkün olmadı. Ara-sıra dastanı toplamaq və yayınlatmaq istəyənlər oldusa da, sovet rejimi onlara qarşı sərt qanunlar tətbiq etdi. Uzun zaman “Edigey” dastanı unuduldu. 1960-cı illərin əvvəllərində A.N.Samoy­loviç (1880-1938) və V.M.Jirmunskinin (1891-1971) ayrı-ayrı dərgilərdə “Edigey”lə bağlı kiçik də olsa, müqayisəli araşdırmaları dastana olan marağı yenidən yavaş-yavaş can­landırdı.

1962-ci ildə V.M.Jirmunski “Xalq qəhrəmanlıq dastanı”2 adlı əsərində “Edi­gey” das­tanından bəhs etmiş, dastanla bağlı şərh və izahlar vermişdir. Bu, V.Jir­mun­skinin dastanla bağlı ilk tədqiqatlarından biri idi. Sonrakı illərdə o, “Edigey”lə bağlı daha böyük və ciddi araşdırmalar aparmışdır. Bunun ardınca 1963-cü ildə V.V.Bar­told (1869-1930) “Seçilmiş əsərlər”inin II cildində “Edigeyin atası” (Отец Едигея)3 adlı tədqiqat işini yayınlatdı.

1972-1973-cü illərdə “Тюркологический сборник”in bir sayı “Edigey” das­tanına həsr edilmişdir4. Qeyd edək ki, V.M.Jirmunski 1973-cü ildə jurnalda nəşr et­dirdiyi “P.M.Me­lioranski və “Edigey” dastanının tədqiqi”5 adlı məqaləsində, demək olar ki, dastanın bütün variantlarını əski yazılı mənbələrlə müqayisəli şəkildə təhlil etmişdir. Bir il sonra isə “Türk qəhrəmanlıq dastanı” (Тюркский героический эпос)6 adlı tədqiqat işində dastan üçün “Edigey haqqında hekayə” (Сказание об Едигее) adlı xüsusi bir bölüm ayırmış və daha əvvəl yazdığı adı çəkilən əsərini də bir az daha geniş və təkmilləşmiş variantda buraya yer­ləşdirmişdir.

1980-cı ildə A.İ.M.Sikaliyev “Noqay qəhrəmanlıq dastanında cəmiyyət və qəh­rəman” (Общество и герой в ногайском героическом эпосе) adlı məqaləsində qəh­rə­man­lıq das­tanlarından bəhs edərkən “Edigey” dastanından da söz açmış, das­tanın şeir dilini təhlil et­miş, Edigeyin yaşadığı dövrlə bağlı geniş məlumat vermiş­dir1. O, bu əsərini tək­milləşdirərək 1994-cü ildə “Noqay qəhrəmanlıq dastanı” (Но­гайский героический эпос) adı ilə nəşr etdirmişdir2. Bundan başqa, o, 1991-ci ildə Mahaçqalada yayınladığı “Noqayın qırx batırı”3 adlı kitabda da Edigeydən bəhs etmişdir.

1984-cü ildə E.M.Meletinski (1918-2005) “Noqay qəhrəmanları haqqında qıp­çaq das­tanı” (Кипчакский эпос о ногайских богатырях) adlı geniş araşdır­masında Edigeydən də bəhs etmişdir4. Dastanın təqdim etdiyimiz aşağıdakı variantı isə A.İ.M.Sikaliyev tərəfin­dən yırav Aji-İshak Kumukovun dilindən yazıya almışdır.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin