Xəbərləşmə ilahi-kosmoqonik konsept kimi
Alimin əsərdə orijinallığı, əsasən, “xəbərləşmə” konsepti ilə də gündəmə gələ bilər. Xəbər necəliyindən asılı olmayaraq, insanların həyat tərzinin başlıca qaydalarındandır:
Kainat xəbərdi desək, yanılmarıq. Bu, alimin verdiyi “xəbər”in xəbəridir.
Sübh azanı – xəbərdir...
Günəşin çıxması xəbərdir, səhərin açılması, quşların oxuması və s., və s.
(İlk baxışda orijinal görünməsə də) Seyfəddinə görə, yuxu da xəbərdir, bu da onun tapıntısıdır (“Quran”da əsası var).
İnsan oğlu xəbərsiz yaşamayıb: çoban çöldə dağdan-daşdan, ötən quşdan xəbər alır, çarvadar yoldan xəbər alır, sarvan karvandan xəbər alır.
Gündüz örüşdən, tarladan, inşaatdan və s. ayaq yığılar. Evlərdə, ocaqlarda eşidilən, bulunan xəbərlər çeşid-çeşid incələnər, ilmə-ilmə toxunar. Xalılar, dastanlar yaranar xəbərdən! Gec gələn adamdan, örüşdən dönməyən heyvandan “xəbər çıxmadı” deyərlər. Bax, bu özü də bir xəbərdir! S.Rzasoy xəbər formulundan bir elmi monoqrafiya yazdı.
Xəbər balaca kəndlərdə, obalarda tez yayılar, böyük dünyadan uzaq olsalar belə, onlar da böyük dünyanın bir parçasıdır.
Dostları ilə paylaş: |