D ədə Qorqud ● 2017


S.Rzasoy “sabahın xəbəri” kimi



Yüklə 2,56 Mb.
səhifə175/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   171   172   173   174   175   176   177   178   ...   184
S.Rzasoy “sabahın xəbəri” kimi
Hörmətli həmkarım Seyfəddin Rzasoy, Amerikadan, Avropadan (folklorşünas­lığın­dan) etnik məkanca uzaq ol­san da, yazdığın əsərlər dünya elminin kiçik zərrəsi, ayrılmaz hissə­si və milli elmin sabahının xəbəridir.


Qalib SAYILOV

Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi


Folklorşünas təqvimi


65


SEYFƏDDİN

QƏNİYEV

FOLKLORŞÜNAS SEYFƏDDİN QƏNİYEV
Azərbaycanın müstəqilliyi milli düşün­cə­nin oyanışına xüsusi önəm verdi. Bütün sahələr­də olduğu kimi, folklorşünaslıqda da bu məsələ bir nömrəli problem olaraq diqqət mərkəzində saxlandı və deyərdim ki, ən çox da qazanan elə xalqın milli-mənəvi mədəniyyəti oldu. Daha doğ­ru­su, uğurlu bir hərəkat xarakteri aldı. Bun­lar son olaraq böyük bir folklorşünaslar nəslinin yaranması ilə nəticələndi. Həmin nəslin öncül­lə­rin­dən biri də filologiya üzrə elmlər dok­to­ru, AYB Şamaxı bölməsinin sədri Seyfəddin Həmzə oğlu Qəniyevdir. Onun Azərbaycan folk­lorşünaslığı üçün gördükləri bir sonsuzluq­ladır. Xalq ədə­biy­­yatının toplanması, nəşri, təd­qiqi sahəsində apardığı işlər ancaq və ancaq fədakarlıq nümu­nəsi hesab edilə bilər.

Folklorşünas S.Qəniyevlə bağlı qənaətləri­mi­zi bölüşməzdən öncə onu da əlavə edək ki, Azərbaycan folklorşünaslığı zəngin, həm də uğurlu bir inkişaf yolu keç­mişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən başlayan bu yol həmişə çoxalan, xalq mədəniyyətinə marağın ar­tan istiqamətə getməsi ilə səciyyələnmişdir. Ə.Qa­­­racadağinin, M.Mahmudbəyovun, R.Əfən­di­­ye­vin, S.S.Axundovun, E.Sultano­vun, Y.V.­Çə­­­mənzəminlinin, Ə.Abidin, F.Köçərlinin, C.Əfən­­dizadənin, S.Mümtazın, V.Xuluflunun, Əb­­dürrəh­man Dainin, H.Əlizadənin, M.H.Təh­masibin və başqalarının gördüyü böyük işlər özlüyündə ənənənin formalaşmasına, milli dü­şün­cənin oyanışına yönlən­dirilmiş hadisədir. Ona görə də hesab etmək olar ki, Azərbaycan folk­lorşü­naslığı möhkəm özül üzərində bərqərar olmuşdur və bu gün də onun üzərindədir. Bura­ya digər məsələni də əlavə etmək lazımdır, bu da böyük klassiklərimizin zəngin yaradıcılığı ilə bağlı olanlardır...

Azərbaycan ədəbiyyatı keçib gəldiyi yolda həmişə uğurlarla, yeni-yeni yaradıcı ruhların ədə­­biyyata gəlişi ilə səciyyələnmişdir. Klassik ədə­biyyatın görkəmli nüma­yəndələri öz dünya şöhrətli əsərlərini məhz xalqın zəngin şifahi ədə­­­­biyyatından ya­rar­lanmaqla yaratmışlar. Q.Təb­­­­ri­­zinin, M.Gəncəvinin, X.Şirvaninin, N.Gən­cəvinin, A.Ərdəbilinin, M.Əvhədinin, Ə.Təb­­rizinin, Q.Bür­ha­nəd­dinin, Ş.İ.Xətainin, M.Füzu­li­nin, M.Əma­ninin, Fədainin, Məsihinin, S.Təbrizinin, M.V.Vi­dadinin, M.P.Vaqifin, A.M.Şir­vaninin, Ş.Şir­vaninin. Q.Zakirin, M.Aşi­qin, C.Nə­vanın, X.Na­tə­vanın, S.Ə.Şir­­­­va­ni­nin, M.Ə.Sabirin, A.Səh­hətin, S.Vurğunun və başqalarının yaratdığı böyük sənət abidələri­nin qaynağında xalq ədəbiyyatı daya­nır. Məhz xalq ədəbiyyatı bir motiv, hadisə, əhv­alat, forma, məz­mun hadisəsi kimi bu sənət­karların yara­dıcı­lığını və düşüncəsini cilala­mış­dır. Bir növ et­nosun qəlb çırpıntılarını, ruhunu ifadə etmək ki­mi müqəddəs amala xidmət et­miş­dir. Gör­kəm­li alim B.Humbolt vurğu­layırdı ki, “xalqın dili onun ruhu, ruhu isə onun dili­dir”. Azərbay­can ədəbiyyatının klassikləri təkcə xalqın əfsa­nə, əsatir, rəvayət, nağıl, dastan, nəğ­mə, bayatı, atalar sözü örnəklərindən yararlan­maqla kifa­yətlənməmiş, həm də bunlardan bəh­rələn­mə­nin istiqamət və yolunu göstər­mişlər. Bir növ bu nü­munələrin gələcəyə ötürülməsi kimi müqəd­dəs vəzifəni yerinə yetirmişlər. N.Gəncəvinin ya­ra­dı­cılığı bu müstəvidə zəngin xəzinədir.

Folklorşünas alimimiz S.Qəniyev bir isti­qa­mətdə klassiklərin yaradıcılıq ənə­nə­­lərini, on­la­rın əsərlərində olanları mənimsəmiş və bütün təfərrüatları ilə öyrən­mə­yə çalışmışdır. Digər tə­rəfdən o, zəngin, həm də ucu-bucağı görün­mə­yən bir mühi­tin, Şirvan ədəbi-mədəni mühiti­nin yetirmə­sidir. Bu mühitin əhatə elədiyi dü­şün­cə onun sərhədlərindən çox-çox genişdir və bəlkə də insan ağlının gedib çata bilə­cəyi bir əha­təliliklə müqayisə oluna bilər. Bu səbəbdən də S.Qəniyevin folklor­şünas­lıq fəaliy­yətində olan­ların əzəməti və əhatəsi elə qaynağını bura­dan, daha doğrusu, boya-başa çatdığı, bütün var­lığı ilə bağlandığı Şirvanın ədəbi-mədəni zən­gin­liyindən alır. Etiraf edək ki, Şirvan icti­mai, siyasi, mədəni düşüncəmizin, dövlət­çi­lik tari­xi­mizin ən qədim məkan­la­rın­dandır. Tək­cə onu etiraf etmək lazımdır ki, Şir­va­nın döv­lət­­çilik baxımından min ildən çox olacaq bir tarixi vardır. Bu özlüyündə digər məsələlərə, bütün­lük­də ədəbi, mədəni sahədə olanların hamısına işıq salır. X.Şir­vani, K.Ömər, İ.Şirvani, F.Şir­vani, V.Şirvani, Z.Şirvani, B.Şirvani, İ.Nəsimi, M.Şir­vani, A.M.Şir­vani, Ş.Şirvani, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Hadi, A.Səhhət və s. onlarla, bəl­kə də, yüzlərlə sənətkarlarımız bütün varlığı, ru­­hu etibarilə mədəniyyə­ti­mizin, ədəbiy­yatı­mızın çiçəklənməsinə xidmət ediblər və bu sahədə və­təndaşlıq nü­mu­nəsi göstəriblər. X.Şir­vani “şeir səmasının günəşiyəm mən” deyirdi. Z.Şirvani “Mə­nanın canı mənəm, çünki bu dünya qədəri var hünərim, o uca çərx mənəm, çünki bir özgə fələk olmuş qədərim” söyləyirdi. B.Şirvani “get­di Xaqani, mənəm indi mədh edən, şeir elmində bu gün bir kimsə deyil həmtayi-mən” qənaətinə gəlirdi. Bütün bunlar və bu kimi nü­munələr mü­hiti ifadəyə, onun zəngin­liyi­nin təq­diminə he­sab­lanmışdır.

Belə bir zənginliyin öyrənilməsinə və in­ki­şaf texnologiyasının izlənməsinə hə­mi­şə ehti­yac olmuş və bu gün də vardır. Müsbət haldır ki, ədəbi-nəzəri fikrimiz bu isti­qamətdə həmişə cid­di addımlar atmaq, mühitin spesifikasını araşdır­maq yolunu tut­muşdur. Əlbəttə, buraya maraq bir tərəfdən Azərbaycan ədəbi-nəzəri fikri ilə bağ­lanırsa, digər tərəfdən bütünlükdə türk, Şərq və Avropa elmi mühiti ilə əlaqələnir. S.Qə­niyevin bir folklorşünas kimi bu mühitə bağ­lantılarının genetikası məhz milli düşüncə, etnos təsəvvürləri ilə əhatələnir. Son dövr Azər­baycan folklor­şünaslığı ciddi uğurlarla səciyyə­lə­nir və bunlar çoxşaxəliliyi, müxtəlifyönümlü­lüyü, məzmun mün­dəricəsinin əhatəliliyi ilə ma­raq doğurur. Toplama, nəşr tədqiq sahəsində olan­lara diq­qət yetirmək kifayətdir ki, lazımı təsəvvürü əldə edəsən. Məsələn, “Dərbənd folk­lor antologiyası”, “Bakı folklor örnəkləri”, “Bor­çalı folklor örnəkləri” “Şəki-Zaqatala folk­lor antologiyası”, “Ağbaba folklor antologi­yası”, “Naxçıvan folklor anto­lo­giya­sı”, “Göyçə folklor antologiyası”, “Qarabağ: folklor da bir tarixdir” külliyyatı və s. Azərbaycan folklor­şü­nas­lığında gedən işlərin dönməzliyini səciyyə­ləndirir. AMEA-nın Folklor İnstitutu bu möh­tə­şəm işlərin başında durmaqla pers­pek­tiv­­ləri, gedi­ləcək yolu müəyyənləşdirir və bu yolun baş­lanğıcı isə bizim böyük-böyük ziyalılarımız tə­rə­findən qoyulmuşdur. Folklor İnstitutu və onun əməkdaş­larından biri olan S.Qəni­yev bü­tün var­lığı ilə bu müqəddəs işə köklənmişdir. Biz re­gion fol­klo­ru­nun öyrə­nil­məsi sahəsində antologiyaların adını çəkdik. Onu da əlavə edək ki, “Şir­van folklor antologiyası”nın toplan­ma­sı məhz folklorşünas ali­mimiz S.Qəniyevin adı ilə bağlıdır.

Folklorşünas S.Qəniyev Şirvan folklor mü­­­hi­ti­nin tədqiqatçısıdır. Onun Şirvan fol­kloru­nun toplanması, nəşri, tədqiqi sahəsində etdik­ləri bəlkə də bir institutun görə biləcəkləri qə­də­rin­dədir. O, Şirvanı el-el, oba-oba gəzib do­laş­mış, müdriklərin, el ağ­saq­qallarının, ağbir­çək­lə­ri­nin dizinin dibində oturmuş, onların söz box­çasını, yad­da­şında olanları yazıya gətirmiş­dir. Daha doğrusu, böyük bir vətəndaşlıq missi­yası ye­rinə yetirmişdir. “Aşıqlar və el şairləri” (1993), “Şirvan aşıqları” (1993), “Şamaxı” (1994), “Şirvan şairləri” (1994), “Beytüs-Səfa davamçıları” (1994), “Bu yol Şirvan yolu­dur” (1994), “Şirvan folklor antologiyası” (1994), “Övliyalar, ziyarət­gahlar, müqəddəs­lər və din xadimləri” (1995), “Sənətdə yaşa­yan ömürlər” (1995), “Mən bir elin oğluyam” (1995), “Dağdan ağır elim var” (1996), “Şirvan qadın şairləri” (1996), “Şirvan aşıq­ları” (1997), “Şirvanın 350 şairi” (1999), “Aşıq Xanış” (1999), “Adım Aşıq Şakir, mahalım Şirvan” (2001), “Mən Abbasam, Cəyirlidi məkanım” (2002), “Şirvanlı Aşıq Mirzə Bilal” (2003), “Şirvanlı Aşıq Xan­musa” (2004), “Şirvanlı Aşıq Yanvar” (2004), “El şairi Naburlu Badam” (2005), “El şairi Qobustanlı Qara” (2005), “Şirvanlı Aşıq Hacalı” (2005), “Şirvan aşıqları” (2007), “Şirvanlı Aşıq Ağa­lar” (2011), “Şirvanlı Aşıq Şakir” (2012), “Şirvanın 555 şairi” (2013), “S.Ə.Şirvani ocağı” (2014) və s. Ona görə və sair dedim ki, bunlar onun toplayıb tərtib etdiyi ki­tab­ların hamısı deyildir. Elə adını xatırladığım kitabların siya­hı­sı folklorşünas ali­mi­miz haqqın­da ciddi təsəvvür yaradır və nə qədər gərəkli işlər gördüyünü aydın­laş­dırır. Adi halda bunları etmək çox çətindir, düşünürəm ki, bunlar onun xalqın milli-mənəvi mədəniyyətinə vur­ğunlu­ğu­nun göstəricisidir.

Bir reallığı da etiraf edim ki, folklor­şünas­lıqda toplama və tədqiq kimi iki ciddi istiqa­mə­tin paralel aparılması çətindi və hər kəsə də nə­sib olmur. Bizim az-az fol­klor­şünasımız bu sahələrin hər ikisində də gərəkli uğura imza atıblar. Bəziləri top­lama sahəsində ciddi işləri ilə diqqəti cəlb etmişsə, digər bir hissəsi nəzəri müla­hi­zə­lə­ri ilə diqqət mərkəzində olmuşlar. S.Qə­niyevdə hər iki xətt paralel şəkildə özü­nü göstərir və onun gördüyü işlərin ağırlıq mərkə­zində toplama sahəsində etdik­lə­ri du­rur. Şirvan aşıqları onun toplamaları sayəsində bir bütöv ki­mi kitab­la­şaraq Azər­bay­can ədəbi icti­maiy­yə­tinə çatdırılmışdır və bu gün də çatdı­rılır. Ar­tıq Sey­fəddin müəl­lim altmış beş yaşın­dadır və bu altmış beş illik ömürdə o, ancaq xalqın mənəvi mədə­niy­yətinə sahiblik missi­yasını ye­rinə ye­tir­mişdir. Onun vurğun­luğu­nun mahiyyətində xalqın yaratdığı böyük mədə­niyyətə münasibət dayanır. Bütün fəaliy­yəti öz qayna­ğını oradan götürür. Ola bilsin ki, biz onun bu işlərinin za­ma­nımızda qədrini bilmə­yək, bir qədər biganə­lik göstərək. Ancaq illər ötdükcə, zaman keç­dik­cə onun dəyəri və qiy­məti daha çox bilinə­cək. Elmimiz, folklor­şünas­lığımız ona bir mən­bə kimi mü­raciət edə­cək­dir. Bir qədər də də­qiq desək, biz bir istiqa­mətdə Şirvan mühi­ti­ni, onun folklor mənzə­rə­sini S.Qəniyevin ki­tab­ların­dan öyrənəcə­yik. Necə ki, indi M.Mah­­­­­mud­bə­yovun, E.Sulta­novun, S.Müm­ta­zın, V.Xuluf­lu­nun, H.Əliza­də­nin və bu sıradan olanların ki­tab­ları bizim üçün əvəzsiz mənbədir... Təkrar edi­rəm, vaxt gələ­cək folklorşünas alimi­miz S.Qəni­ye­vin kitabları da bu sıraya daxil olacaqdır. “Aərbay­can folklo­runun ilkin nəşr­ləri” seriya­sın­dan olan kitablara baxmaq kifa­yət­dir...

...Seyfəddin Qəniyev Şirvan folklor mühiti­nin tədqiqatçılarındandır. Onun ağır­lıq mərkəzi­ni isə aşıqlarla bağlı gördüyü işlər təşkil edir. “Şirvan folklor mühiti” (1997), “Aşıq şeirinin poetikası” (1999) və s. monoqrafiyaları uzun il­lə­rin araş­dır­ma­sı­­nın yekunu kimi ortaya çıx­mış­dır. Düzdür, onun ciddi araşdırmalarının baş­lan­ğı­cın­da M.F.Axundovla bağlı apardığı tədqiqat­lar dayanır. Elə namizədlik dis­sertasiyası da M.F.Axundovun “Kəmalüddövlə məktubları” ilə bağlı olmuşdur. Uğurlu bir təd­qi­qat əsəri yaz­mışdır. Müdafiəsində Azərbaycan elminin gör­kəmli alim­ləri bu əsərlə bağlı özlərinin fikir və mülahizələrini söylədilər və S.Qəniyevə öz­ləri­nin xeyir-duala­rı­nı verdilər. Lazımı qədər zən­gin, həm də fəlsəfi xarakterli mövzudan sonra onun xalq ədəbiyyatına gəlişi uğurlu alındı. Gə­rəkli və bö­yük işlə­rin görülməsi ilə ədəbi-nəzəri fikrimiz bir qədər də zənginləşdi...

Azərbaycan elmi-nəzəri fikri filologiya elm­ləri doktoru S.Qəniyevi bir folklor­şü­nas ki­mi tanıyır. Lakin onun zəngin yaradıcılığında folklorşünaslıq bir tərəfdir və tək­rar edirik ki, həm də aparıcı tərəfdir. Gördüyü gərəkli işlərin mühüm bir hissəsi klas­sik ədəbiyyatla bağlıdır. O, Şirvan mühitində yaşayıb yaratmış klassik ədəbiy­yatın nümayəndələrinin əsərlərinin bir ye­­rə toplanması və haqqında informativ baza­nın yaradılması sahəsində də ciddi işlərə imza at­mış­­dır. Onun “Şirvanın 350 şairi” (1999), “Şir­vanın 555 şairi” (2013) kitabları fakt bol­luğu və Şirvan ədəbi mühitinin inkişaf tarixini öyrənmək baxımından mənbədir. Bu kitablara, ümumiy­yət­lə, S.Qəni­yevin yara­dıcılığı ilə bağlı olanlara həmişə maraqlı olmuş, həssaslıq göstər­mişəm. Bəzən mətbuat səhifə­lə­rində fikirlərimi də bölüşmüşəm. O qənaətə gəlmişəm ki, Şirvan mühiti bir bütöv olaraq S.Qə­ni­­yevin tədqi­qat­­larında özünə yer alır...

Əfsanəvi İran hökmdarı vurğulayırdı ki, “günlərin səhifəsi ömür səhifəsidir, ona ən gözəl əməl­lər və ən gözəl əsərlərdən başqa heç nə yaz­­mayın”. Seyfəddin müəl­­lim də belə bir dü­şüncə ilə məhz altmış beş ilə gəlib çatmışdır. Və ömür səhi­fə­sinə ən gözəl əsərləri, xalqın zəngin yara­dıcılığını, mənəvi sərvətini toplamaq işini yaz­­mış­dır. Belə bir müqəddəs əməllə yaşamaq isə hər kəsə nəsib olmur...




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin