Kosmik başlanğıc – arxaiklik və maarifçilik;
Antropoloji mərhələ – antiklik və klassizm;
İlahilik – orta çağların xristianlığı və müsəlmanlıq.
Bir halda ki, mütləqdə hər şey ayrılmaz və əriməz sintezdədir, romantiklər də “mütləq mifologiya”nın parametrlərini bölünməz üçlük şəklində təqdim edirlər: “Kainat (kosmos) – İnsan – Allah”.
Romantiklərin “mütləq mifyaratma”ya maksimal yaxınlaşmaq təşəbbşləri onunla şərtlənir ki, onlar öz əsərlərində dialektik-ierarxik xarakteri ilə əvvəlki mifoloji modellərdən seçilən xüsusi dünya (universium) obrazı yaratmağa çalışırdılar. Romantik universiumun fiziki səviyyəsi dünyanın ”cismani” (“kosmik”) – məkan xarakteristikasını əks etdirir. Universiumin bu xüsusiyyətini F.Şellinq “İncəsənətin fəlsəfəsi” əsərində «Təbiətə oxşar universium» adlandırmışdır (11, 18).
Dostları ilə paylaş: |