D230 saylı Blok üzrə Seysmik Tədqiqat



Yüklə 4,7 Mb.
səhifə8/21
tarix10.01.2022
ölçüsü4,7 Mb.
#107890
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

Gəmilərin toqquşması


Nəzərdə tutulan seysmik tədqiqat profilləri və gəminin manevretmə zonası müntəzəm olaraq beynəlxalq, regional və yerli gəmilərin hərəkət etdiyi gəmiçilik zonası daxilində yerləşir. Layihə Sahəsindən balıqçılıq, neft və qaz yaxud digər fəaliyyətlər üçün istifadə edən hər hansı məlum digər dəniz istifadəçiləri mövcud deyil. Tədqiqat işləri 100m və 800m arasında dəyişən su dərinliklərində həyata keçiriləcək və buna görə də, seysmik avadanlığın dəniz dibindəki obyektlərə yaxud infrastruktura hər hansı mümkün müdaxiləsi ehtimal edilmir. Layihə gəmiləri ilə digər hərəkət edən gəmilər arasında toqquşma potensialı mövcuddur. Lakin, 4-cü fəsilin 4.7.1-ci bölməsində və 6-cı fəsilin 6.4.3-cü bölməsində qeyd edilmiş dəniz və naviqasiya təhlükəsizliyi tədbirlərini həyata keçirməklə potensial toqquşma riski minimuma endiriləcək. Qabaqlayıcı tədbirlər gördükdən sonra, toqquşma nəticəsində digər dəniz istifadəçilərinə potensial təsirlərin əhəmiyyətli olacağı ehtimal edilmir.

Baş verməsi ehtimal edilməsə də belə, Xəzər suitilərinin gəmilər yaxud mənbə qrupları ilə toqquşması potensialı istisna edilə bilməz və bu hal suiti fərdləri üçün xəsarətlə yaxud ölümlə nəticələnə bilər. Tədqiqat gəmisi asta sürətlə (7.4 – 9.3 km/saat) fəaliyyət göstərəcək və gəminin göyərtəsində gündüz saatlarında heyvanların hərəkətini izləyən təlim keçmiş müşahidəçilər olacaq. Xəzər suitilərinin də artmış sualtı səs olan sahələrdən qaçacağı gözlənilir və buna görə də, toqquşma riski çox güman ki məhdudlaşacaq və populyasiya üçün az səviyyədə olacaq.



      1. Yüklə 4,7 Mb.

        Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin