Transsərhəd təsirin qiymətləndirilməsi potensialı
Transsərhəd təsirin baş verməsi üçün Layihənin fəaliyyətlərinin Xəzər dənizinin sahilyanı ölkələrinin Müstəsna İqtisadi Zonanın (MİZ) sərhədləri əsasında müəyyənləşdirilən milli yurisdiksiyalar ilə kəsişmək ehtimalı olan təsir əmələ gətirməsi lazımdır. Layihənin standart əməliyyatları üçün müəyyənləşdirilən təsir sahəsi Şəkil 8.1-də təsvir edilir (Fəsil 3-dəki 3.4.2 bölməsinə istinad edin). Təsir sahəsinin sərhədindən qonşu MİZ-in sərhədlərinə qədər məsafələr aşağıdakı kimidir:
Qazaxıstan – təxminən 6,8 km;
Türkmənistan - təxminən 11,3 km; və
Rusiya – təxminən 91,4 km.
(Hazırki ƏMSSTQ sənədinin 6-cı fəslində ətraflı təsvir edildiyi və Şəkil 8.1-də göstərildiyi kimi) bu məsafələri və planlaşdırılan Layihə fəaliyyətləri ilə əlaqədar ekoloji və sosial təsirlərin baş verəcəyi ehtimal edilən gözlənilən məsafələri nəzərə alaraq, sualtı səs-küyün, su fazası atqılarının və ya gəmilərin və avadanlıqların fiziki mövcudluğunun nəticəsində beynəlxalq dəniz və sahilyanı reseptorların üzərində transsərhəd təsirlər gözlənilmir.
Potensial transsərhəd təsirlər ilə nəticələnə bilən yeganə planlı fəaliyyətlər atmosfer emissiyalarının, o cümlədən, istixana qazlarının (İQ) və turşu yağışına (kükürd dioksidə və azot oksidlərinə) səbəb olacağı məlum olan qazların əmələ gəlməsi ilə əlaqədardır və Birləşmiş Millətlərin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiyasının əsasında tənzimlənir. D230 saylı Blokda Seysmik Tədqiqat proqramının maksimum müddəti (6 ay) ərzində əmələ gələn İQ-ların (CO2 and CH4), NOX və SO2 emissiyalarının təxmini həcmləri Cədvəl 8.1-də yekunlaşdırılmışdır.
Dostları ilə paylaş: |