Cədvəl 8.1: D230 saylı Blok üzrə Seysmik Tədqiqat Proqramı ərzində əmələ gələn təqribi İQ-lər (CO2 və CH4), NOX və SO2 emissiyaları
Emissiya
|
Təqribi həcm (tonla)
|
CO2
|
14035
|
NOx
|
260
|
CH4
|
1.2
|
SOx
|
35
|
İQ-lərin ümumi miqdarı
|
14324
|
Qeydlər:
1. Gəmiləri üçün emissiya amilləri E və P Forumun Hesabatından götürülmüşdür (№ 2.59/197);
2. Gəmilərin sayı 4-cü fəslin 4.4 bəndində təqdim edilmiş məlumatın əsasında hesablanmışdır;
3. Hesablamalarda dənizdə tədqiqatın aparıldığı müddətdə 1 tədqiqat gəminin və 1 köməkçi gəminin eyni vaxtda fəaliyyət göstərməsi nəzərdə tutulub;
4. Hesablamalarda tədqiqat gəmisinin yanacaq təchizatı üçün ikinci köməkçi gəminin təxminən 4 səfər həyata keçirəcəyi nəzərdə tutulur;
5. Tədqiqatın müddətinin maksimum 6 ay olması nəzərdə tutulur;
6. Gəminin gündəlik əməliyyat saatları və yanacaq sərfiyyatı 4.3.1 bölməsində təchiz edilmiş məlumata əsaslanır.
7. Bütün SO2 və SOx həcmlərinin bərabər olduğu güman edilir.
|
Şəkil 8.2-də Layihə üzrə hesablanmış İQ emissiyalarının 2016-cı ildə AGT Regionunda BP Azərbaycanın kəşfiyyat və hasilat əməliyyatları üzrə məlumat verilmiş illik İQ emissiyası həcmlərinin təxminən 0,40%-ni təşkil etdiyi göstərilir2.
Azərbaycan üçün ən son nəşr edilmiş İQ emissiyaları məlumatlarında 2010-cu ildə cəmi 48209 kiloton İQ emissiyalarının atıldığı hesablanmışdır3; bunlardan 76%-nin mənbəyinin enerji sektoru olduğu hesablanmışdır. 2016-cı il üçün İQ emissiyalarının ümumi miqdarının təqribən 67000 kiloton təşkil edəcəyi proqnozlaşdırılmışdır. Buna əsasən, təklif edilmiş D230 seysmik tədqiqatı üçün hesablanmış İQ emissiyaları 2016-cı ilin hesablamasına əsasən yerli İQ emissiyalarının təxminən 0,0214%-ni təşkil edir.
D230 saylı Blokda Seysmik Tədqiqat ərzində kükürd oksidinin və azot oksidinin əsas mənbələri tədqiqat gəmilərinin və köməkçi gəmilərin göyərtəsindəki mühərrikləri, kompressorları və elektrik generatorlarını işə salmaq üçün yanacağın (gəminin dizel yanacağının) yandırılması olacaqdır. Gəminin göyərtəsindən atılan bütün emissiyalar qlobal SOx, NOx emissiyalarını azaltmaq məqsədi daşıyaraq, dənizdə havanın gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında MARPOL 73/78 qaydalarına (Əlavə VI) uyğun olacaqdır. Buna görə, Xəzər dənizində gəmiçilik fəaliyyətlərinin ümumi emissiyaları ilə müqayisədə Layihə üzrə kükürd oksidi və azot oksidi emissiyalarının minimum səviyyədə olacağı hesab edilmişdir.
Nəticədə, planlaşdırılan Layihə fəaliyyətlərinin transsərhəd təsirlərinin əhəmiyyətli olacağı gözlənilmir.
Ş əkil 8.1: Transsərhəd kontekstdə D230 Seysmik Tədqiqat Sahəsi.
Azəri-Çıraq-Günəşli
Bahar Qum dəniz
Dan Ulduzu – Əşrəfi
Qarabağ
Şahdəniz
Dayazsulu Abşeron
Yalama D-222
D230 saylı Blok
3Ö seysmik tədqiqat profili sahəsi (əsas)
3Ö seysmik profillər (digərləri)
Standart fəaliyyətlər üçün Layihənin göstərici təsir sahəsi
Müstəsna İqtisadi Zonanın sərhədi
Batimetriya konturları
Qəsəbə
Qonşuluqdakı kontrakt sahələri və bloklar
Şərti işarə
Məsafə = 6,8km
Məsafə = 11,3km
Məsafə = 91,4km
Şəkil 8.2: BP Azərbaycanın 2016-ci ildə məlumat verilmiş illik İQ emissiyaları ilə müqayisədə D230 seysmik tədqiqatı üçün hesablanmış İQ emissiyalarının ümumi miqdarı
3Ö seysmik tədqiqat üzrə hesablanmış İQ emissiyalarının ümumi miqdarı
BP Azərbaycan tərəfindən məlumat verilmiş 2015-ci il üçün illik İQ emissiyaları
İQ emissiyaları (kton)
Dostları ilə paylaş: |