Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Hemoqlobinin yaranması üçün həddindən artıq porfirin sintezi harada gedir?



Yüklə 1,96 Mb.
səhifə12/17
tarix22.06.2018
ölçüsü1,96 Mb.
#54483
1   ...   9   10   11   12   13   14   15   16   17

736) Hemoqlobinin yaranması üçün həddindən artıq porfirin sintezi harada gedir?
A) Limfa düyünlərində

B) Əzələlərdə

C) Dalaqda

D) Qaraciyərdə

E) 12 barmaq bağırsaqda
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
737) Düztəsirli antikoaqulyantın antaqonisti hansıdır?
A) Protamin sulfat

B) Vikasol

C) Epsilon - aminokapron turşusu

D) Rutin


E) Kalsi qlyukonat
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
738) Qaraciyərüstü sarılıqda nəyin artması qeyd olunur?
A) Sərbəst bilirubinin qanda artması

B) Qələvi fosfatazanın artması

C) Birləşmiş və sərbəst bilirubinin artması

D) Birləşmiş bilirubinin qanda artması

E) Birləşmiş bilirubinin və qələvi fosfstszanın artması
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
739) Sadalanlardan hansında eritrositlərin miqdarı və hemoqlobinin səviyyəsi artır?
A) Mədə xorasının penetrasiyasında

B) Hemoxromatozda

C) Qaraciyər sirrozunda

D) Kəskin pankreatitdə

E) Qaraciyər damarların zədəlməsində
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
740) Hemofiliyanın əsas kliniki əlaməti hansıdır?
A) Petexial səpki

B) Oynag boşluğunda qansızma

C) Bağırsaq ganaxması

D) Hematuriya

E) Hematomezis
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
741) Sulema sınağının müsbət olduğu nədən xəbər edir?
A) Hiperaminotransferazadan

B) Disproteinemiyadan

C) Hiperbilirubinemiyadan

D) Hiperprotrombinemiyadan

E) Hiperlipidemiyadan
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
742) Hb-nin əsas fraksiyasında Hb A2 neçə faiz tutur?
A) 0, 1 faiz

B) 3, 5 faiz

C) 1, 5 faiz

D) 5, 0 faiz

E) 96, 0 faiz
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
743) Misi bədəndən kənarlaşdıran preparat hansıdır?
A) Antasid dərmanlar

B) Desferal

C) Unitiol

D) Panangin

E) Kuprenil
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
744) Kəskin transmural miokard infarktı keçirən xəstədə mikrohematuriyanı aşkar etmək üçün hansı taktika tələb olunur?
A) Heparini təcili ləğv etmək

B) Təcili olarag heparini dərialtı vurmagla problemi həll etmək

C) Heparinin dozasını saxlamag uyğun qanlaxtalanma müddətinə görə

D) Vikasol dərialtı təyin etmək, amma heparini həmin dozada saxlamaq

E) Kalsitərkibli dərmanları damardaxili təyin etmək
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
745) Hipotireozun müalicəsində ömürlük əvəzedici terapiya üçün seçim preparatı hansıdır?
A) Tireoidin

B) Tireotom

C) Tireokomb

D) L - tiroksin

E) Triyodtironin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
746) Endemik urun profilaktikasında istifadə olan preparatlar hansılardır?
A) Qlukokortikoidlər

B) Vitaminlər

C) β - blokatorlar

D) Yod preparatları

E) Anaboliklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
747) Kəskin tireoidit nə ilə bitir?
A) Sağalma ilə

B) Hipotireoz ilə

C) Qalxanvarı vəzidə düyünlərin əmələ gəlməsi ilə

D) Xroniki formaya keçid ilə

E) Yarımkəskin tireoidit ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
748) Yarımkəskin tireoiditin yaranma səbəbləri hansılardır?
A) Stafilokoklar və streptokoklar

B) Rikketsiyalar

C) Göbələklər

D) İbtidailər

E) Viruslar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
749) Fibroz tireoidit zamanı qalxanvari vəzi palpasiya zamanı necə olur?
A) İstidir

B) Bərk və ağrısız

C) Bərk və müəyyən sahədə ağrılı

D) Flyuktuasiya edir

E) Bərk və ağrılı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
750) Fibroz tireoiditin müalicə metodları hansılardır?
A) Fizioterapevtik

B) Lazeroterapiya

C) Cərrahi

D) Konservativ

E) Rentgenoterapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
751) Diffuz toksiki ur zamanı tireostatik terapiyanın kontrolu qanda hansı göstəriciyə görə aparılır?
A) TSH

B) Tireoqlobulinlərə anticismlər

C) Sərbəst T4

D) Sərbəst T3

E) Tireoperoksidazaya anticismlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
752) Tireotoksikozun əsas simptomu hansıdır?
A) Diffuz hiperhidroz

B) Əzələ zəifliyi

C) Səirici aritmiya

D) Arıqlama

E) Taxikardiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
753) Tireotrop hormon hansı hormonun sintezini artırır?
A) Noradrenalinin

B) Kortizolun

C) Adrenalinin

D) Testosteronun

E) Tiroksinin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
754) Qanda tiroksinin miqdarı artanda nə baş verir?
A) TSH sekresiyasının azalır

B) Tireoliberinin miqdarı dəyişmir

C) Tireoliberinin miqdarı artır

D) TSH səviyyəsi dəyişmir

E) TSH sekresiyasının artır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
755) Orqanizmdə yodun yodid formasında sorulması harada baş verir?
A) Mədə-bağırsaq traktının hər yerində

B) Mədədə

C) Nazik bağırsaqda

D) Yoğun bağırsaqda

E) Ağız boşluğunda
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
756) Tireoid hormonların artıq olması nəyə səbəb ola bilər?
A) Lipidlərin sintezinə təsir göstərmir

B) Zülalların sintezinin sürətlənməsi

C) Zülal sintezinə təsir göstərmir

D) Lipidlərin sintezinin sürətləndirir

E) Zülalların katabolizminin sürətləndirir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
757) Fibroz tireoidit zamanı cərrahi müdaxiləyə göstərişlər hansıdır?
A) Kaxeksiya

B) Hipotireoz

C) Tireotoksikoz

D) Eutireoz

E) Traxeyanın və qan damarlarının sıxılması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
758) T4 T3 - ə çevrilməsini hansı preparatlar blokada edir?
A) Konkor və kaliy yodid

B) Merkazolil və anaprilin

C) Ca - antaqonistləri

D) Qlyukokortikoidlər

E) Anaboliklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
759) Diffuz toksiki urun müalicəsində qlyukokortikoidlərə göstərişlər hansıdır?
A) Taxikardiya

B) Göz simptomları

C) Kaxeksiya

D) Oftalmopatiya və tireotoksikozun residivi

E) Tireoid anticismlərin orta titri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
760) Cərrahi əməliyyat zamanı şəkərli diabet xəstələrinin sutkalıq insulin dozası neçə V təşkil edir?
A) İnsulin çatışmazlığının dərəcəsindən asılı olaraq doza individual seçilir

B) 0, 1 V/kg

C) 1 V/kg

D) 0, 6 V/kg

E) 0, 3 V/kg
Ədəbiyyat:
761) Biquanidlərin təyini aşağıdakı hallarda göstərişdir?
A) Toxuma hipoksiyası ilə müşayiət olunan xroniki xəstəliklər

B) Kaxeksiya

C) I tip şəkərli diabet

D) II tip şəkərli diabet piylənmə ilə birgə və piylənmə

E) Hipoqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
762) Şəkərli diabeti olan xəstələrdə miokard infarktının kliniki gedişatının xüsusiyətləri hansılardır?
A) Mikroinfarktlar, aritmiyalar

B) Residivin yaranmaması

C) İnfarktın geniş yayılması, ürək çatmamazlığının əlamətlətinin meydana çıxması, tromboemboliyaların yaranması

D) Təkrari infarktın yaranmaması

E) İnfarktın tipik qedişatı (ağrı ilə)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
763) Hipoqlikemiyanın yaranmasına nə səbəb ola bilməz?
A) Stress

B) İnsulinin dozasının artırılması.

C) Alkoqol qəbulu

D) Qida rejiminin pozulması, fiziki aktivlik

E) İnsulinin dozasının azaldılması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
764) Hipoqlikemiya nəyin yaranmasına səbəb olur?
A) Mikrioanqiopatiyaların proqressivləşməsinə

B) İnsulinrezistentliyə

C) Qaraciyərin piylənməsinə

D) Retinal qansızmalara

E) Beyin qan dövranının pozulmasına
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
765) Disproteinemiya nə deməkdir?
A) Ümumi zülalın azalması

B) Albuminin azalması, qlobulinlərin artması

C) Albuminin artması

D) γ - qlobulinin artması

E) Qlobulinlərin artması
Ədəbiyyat: Клиническое руководство по лабораторным тестам // Под ред. Н.У. Тица, Юнимедпресс, 2003. – 542 с.
766) Kəskin revmatik qızdırma haqqında ifadələrin hansıları düzgündür?
A) Kəskin revmatik qızdırmanın inkişafında degenerativ proseslər durur

B) Kəskin revmatik qızdırmanın inkişafının kəskin streptokok yoluxması ilə əlaqəsi var

C) Xəstələrin hamısında revmatik poliartrit inkişaf edir

D) Kəskin revmatik qızdırmanın inkişafı yaşla əlaqədar deyil

E) Kəskin revmatik qızdırmanın müalicəsinin müassir antibakterial taktikasında penisillinlərə əhəmiyyət verilmir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 61- 62
767) Karditin başlanğıc obyektiv əlamətlərinə hansılar aiddir?
A) Sistolik küy, ürək ölçülərinin hər iki tərəfə böyüməsi

B) Diastolik küy, ürək tonlarının zəiflənməsi, bradikardiya

C) Sistolik küy, ürək döyüntülərinin çoxalması, ürək tonlarının zəiflənməsi

D) Ürək ölçülərinin sağa böyüməsi, taxikardiya

E) Diastolik küy, I tonun aksenti, ürək döyüntülərinin çoxalması
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону, 2007. – «Медицина»., стр. 118- 126
768) Mitral qapaqlarının prolapsının əsas klinik əlamətlərinə hansılar aiddir?
A) Artralgiyalar, splenomeqaliya, sürətlə inkişaf edən ürək çatışmazlığı

B) Termorequlyasiyanın pozğunluqları, ödemlər, ağciyərin massiv tromboemboliyası

C) Kardiomeqaliya, hepatomeqaliya, periferik tromboemboliyalar

D) Periferik sinir siteminin pozğunluqları, vegetativ əlamətlərlə keçən kardial sindromu

E) Ürək döyüntülərinin artması, sinkopal vəziyyətlər, döş qəfəsində ağrı
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону, 2007. – «Медицина», 573 с.
769) Mitral qapaqlarının prolapsı üçün xarakterik auskultativ əlamətlərə hansılar aiddir?
A) Flint küyü, xəncərəbənzər çıxıntı üzərində sistolik küy

B) II qabırğa arasında döş sümüyün sağında diastolik küy

C) Təcrid olan sistolik çırtmalar, qolosistolik küylər

D) II qabırğa arasında kobud, iyəbənzər sistolik küy

E) Qolosistolik küylər, ağciyər arteriyasının üzərində pandiastolik küy
Ədəbiyyat: Кардиология — Национальное руководство по кардиологии под ред. Ю.Н.Беленкова – М.: Гэотар-Медиа, 2008. – стр. 1086 - 1099
770) Mitral stenozu olan xəstələrdə ürəyin zirvəsində I ton necə dəyişilir?
A) Zəifləyir

B) Dəyişilmir

C) Güclənir (çırpınır)

D) Eşidilmir

E) İkiləşir
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
771) Kəskin revmatik qızdırmanın prinsipial müalicə sxeminə nə daxildir?
A) Fitoterapiya, puls-terapiya, D-penisillamin

B) Yarımyataq rejimi, antibiotiklər, sulfonilamidlər, kortikosteroidlər

C) Qızıl duzların preparatları, kortikosteroidlər, enzim terapiya

D) Opioidli analgetiklər, miorelaksantlar, qlükokortikoidlərlə davamlı müalicə

E) Yataq rejimi, qlükokortikoidlər, iltihab əleyhinə qeyri steroid preparatları, penisillinlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва., 2008., «ГЭОТАР-Медиа», 35-66 с.
772) Müsbət kapillyar nəbzi hansı ürək qüsurlarının birində qeyd oluna bilər?
A) Aortal stenoz

B) Mitral çatışmazlığı

C) Kombinə olunmuş mitral-aortal qüsuru

D) Mitral stenoz

E) Aortal çatışmazlığı
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.70
773) Sistemli sklerodermiyanın gedişində hansı variantlar ayırd edilir?
A) Residivləşən, persistəedən, kəskin

B) Kəskin, yarım kəskin, xroniki

C) Residivləşən, kəskin, yarım kəskin

D) Residivləşən, kəskin, xroniki

E) Kəskin, yarım kəskin, persistəedən
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
774) Sklerodermik dəri zədələnmələri bədənin hansı hissəsində daha tez qeyd olunur?
A) Əl və topuqda

B) Üz və qarında

C) Boyun və döş qəfəsinin ön tərəfində

D) Üz və boyunda

E) Üz və əllərdə
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
775) Sistemli sklerodermiya zamanı sümük zədələnmələri hansı xüsusi əlamətin inkişafı ilə səciyələnir?
A) Osteomielitlə

B) Osteolizis ilə

C) Osteomalyasiya ilə

D) Osteonekrozla

E) Osteoxondropatiya ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
776) Sistemli sklerodermiya zamanı inkişaf edən damar zədələnmələrin müalicəsi üçün hansı seçim preparatı tövsiyə olunur?
A) β - blokatorlar

B) Kalsium - D3 Nikomed

C) Kalium preparatları

D) Kalsitonin

E) Kalsium antaqonistləri
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону., 2007. – «Медицина», 334 с.
777) Qırmızı qurdeşənəyi vaxtı oynaq sindromu ilə olan xəstələrdə əgər daxili orqanların zədələnmələri yoxdur – hansı müalicə taktikasını seçmək olar?
A) Malyariya əleyhinə preparatların təyini

B) Mabteranın tətbiqi

C) Azatioprinin tətbiqi

D) İltihab əleyhinə qeyri-steroid preparatların tətbiqi

E) Yüksək dozalı kortikosteroidlərlə müalicə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
778) Şeqren sindromu zamanı daha çox hansı sekresiya edən vəzilərin zədələnməsi baş verir?
A) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, hipofiz

B) Gözyaşını, tər ifrazını edən vəzilər, qaraciyərin vəziləri

C) Ağciyərlərin, böyrəküstü, limfatik vəziləri, mədəaltı vəzilər

D) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, mədənin selikli qişası

E) Tüpürcək, gözyaşını ifrazını edən vəzilər, limfatik vəzilər, böyrəküstü vəzilər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
779) Tüpürcək vəziləlrin funksyalarının qiymətləndirmək üçün aparılan müayinə necə adlanır?
A) Ssintiqrafiya

B) Salpinqoqrafiya

C) Sialoqrafiya

D) Veloerqometriya

E) Elektromioqrafiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
780) Qadınlarda keçən podaqranın xüsusiyətlərinə hansılar aiddir?
A) Podaqra menopauzadan sonra inkişaf edir, poliartrit şəklində və həmçinin revmatoidli artrit, vaskulitlər inkişaf edir, Buşar düyünləri xarakterikdir

B) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə, bir neçə oynaq zədələnir, osteoartiritlə zədələnmiş oynaqlarda tofusların yerləşməsi

C) Podaqra menopauzadan sonra inkişaf edir, bir neçə oynaq zədələnir və həmçinin osteoartrit, arterial hipertenziya, xroniki böyrək çatmamazlığı inkişaf edir, Qeberden düyünləri xarakterikdir

D) Qadınlarda podaqra kişilərnən bərabər yaşda inkişaf edir, 1 oynağın zədələnməsi, həmçinin osteoartrit, arterial hipertenziya

E) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə və oynaqların defiqurasiyaları ilə inkişaf edir; tofuslar olmur
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
781) Psevdopodaqra nədir?
A) Kalsium pirofosfatın çökmə xəstəliyin xroniki forması

B) Miluoki sindromu

C) Kalsium pirofosfatın çökmə xəstəliyin latent forması

D) Kalsium pirofosfatın çökmə xəstəliyin kəskin və yarımkəskin forması

E) Qadınlarda inkişaf edən podaqra prosesi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
782) Rentgenoqrammalarda osteoartrit üçün xarakterik olan dəyişikliklərə hansılar aiddir?
A) Uc falanqaların akroosteolizi, «qağayi qanadları» şəklində eroziyalar, «duzla bibər» şəklində kəllə sümüyünün dəyişiklikliyi

B) Sindesmofit, osteofit, burxulmalar, oynaq yarığın bərabər daralması, sekvestorlar

C) «Dolça qulpu» şəklində asimmetrik sindesmofitlər, «qu quşu boynu» simptomu, oynaq yarığın qeyri bərabər daralması

D) «Pilləkan» simptomu, «aypara» simptomu, sklerodaktiliya, oynaqətraflı osteoporoz, xondrokalsinoz

E) Osteofitlər, osteoskleroz, «qağayı qanadları» şəklində eroziyalar, oynaq yarığın qeyri bərabər daralması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
783) Osteoartritin müalicə taktikasına hansı preparatlar daxildir?
A) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, oynaq daxili davamlı təsir göstərən qlyukokortikosteroidlər

B) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, vitaminoterpiya, sitostatiklər, kiçik dozalı kortikosteroidlər

C) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, opioidli analgetiklər, yüksək dozalı kortikosteroidlər, metotreksat

D) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, biostimulyatorlar, kalsium preparatları, D3 vitamini, kiçik dozalı kortikosteroidlər

E) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, periferik qan dövranını bərpa edən preparatlar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
784) Ankilozlaşdırıcı spondiloartritin tipik rentgenoloji əlamətlərinə aiddir?
A) Birtərəfli sarkoileit, osteofitlər, «qapağlı karandaş» simptomu, osteoskleroz, «kvadratlaşma» simptomu

B) Çox saylı eroziv artritlər, ankilozlar, osteofitlər, qığırdağın kalsinozu, periostit

C) Sümük ostosklerozu, osteofitlər, «sıçovul dişdəmi», «bambuk ağacı» simptomu, sümük eroziyaları

D) İkitərəfli simmetrik sarkoileit, ikitərəfli nazik kənar sindesmofitlər, «bambuk ağacı», «kvadratlaşma» simptomları

E) İkitərəfli simmetrik sarkoileit, sümük eroziyaları, oynaq ətraflı osteoporoz, sindesmofitlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
785) Kəskin piyelonefritlə differensial diaqnostika zamanı hansı kliniki əlamət kəskin qlomelonefrit üçün daha xarakterikdir?
A) Birtərəfli ağrılar

B) Bakteriuriya

C) İkitərəfli ağrılar

D) Leykosituriya

E) Üşütmə
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
786) Hansı kliniki əlamət kəskin qlomelonefritlə differensial diaqnostika zamanı KBÇ daha xarakterikdir?
A) Latent dövr

B) İnfeksiya ilə əlaqə

C) Qanda kreatininin yüksək səviyyəsi

D) Ödemlər

E) Arterial hipertenziya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
787) Hansı instrumental müayinə xroniki pielonefrit zamanı aparılmır?
A) Oftalmoskopiya

B) Radioizotop müayinə

C) Xromosistoskopiya

D) Böyrəklərin tam ölçülü rentgenoqrafiyası

E) USM
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
788) Xroniki pielonefrirdən fərqli olaraq hansı kliniki əlamət xroniki qlomerulonefrit üçün daha xarakterikdir?
A) Ödemlərin olmaması

B) Antibakterial terapiyanın təsiri altında XBÇ əlamətlərinin azalması

C) Anamnezdə keçirilmiş streptokok infeksiyası

D) Üşütmə

E) Anamnezdə böyrəkdaşı xəstəliyinin olması
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
789) Hansı diaqnostik əlamət kəskin qlomerulonefritdən fərqli olaraq xroniki qlomerulonefrit üçün xarakterik deyil?
A) Anemiya

B) USM zamanı böyrəklərin ölçülərinin böyüməsi

C) Angioretinopatiya

D) Azotemiya

E) Sol mədəciyinin hipertrofiyası
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
790) Hansı diaqnostik əlamət “durğun böyrək” üçün xarakterik deyil?
A) Streptokok infeksiyası ilə əlaqədar

B) Taxikardiya

C) Qan dövranının çatışmazlığı

D) Akrosianoz

E) Ödemlərin günün axırı əmələ gəlməsi, gecə ərzində keçməsi
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
791) Kəskin qlomerulonefritin hansı klinik forması zamanı göz dibi damarlarında dəyişikliklər qeyd olunmur?
A) Nefrotik forma

B) Qarışıq forma

C) Latent forma

D) Hipertonik forma

E) Hamısı
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
792) Hansı diaqnostik əlamət xroniki qlomerulonefritin latent forması üçün xarakterikdir?
A) Albuminuriya

B) Anemiya

C) Hiperxolesterinemiya

D) Hipoproteinemiya

E) Azotemiya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
793) Hansı diaqnostik əlamət kəskin interstisial nefrit üçün kəskin qlomerulonefritdən fərqli olaraq daha xarakterikdir?
A) Ödemlər

B) Leykosituriya

C) Dərman qəbulundan sonra inkişafı

D) Sidiyin yüksək sıxlığı

E) İnfeksiyadan sonar inkişafı
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
794) Hansı klinik əlamət kəskin interstisial nefritdən fərqli olaraq kəskin pielonefrit üçün xarakterik deyil?
A) Keçirilmiş infeksiyadan sonar inkişafı

B) Bakteriuriya

C) Birtərəfli yerləşən ağrı

D) Temperaturun yüksəlməsi zamanı üşütmə

E) Dərman qəbulundan sonra inkişafı
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
795) Hansı diaqnostik kriteri kəskin qlomerulonefritdən fərqli olaraq KBÇ üçün xarakterikdir?
A) Na + konsentrasiyasının sidikdə aşağı olması

B) Sidiyin normal sıxlığı

C) Latent mərhələnin olması

D) İnfeksiya ilə əlaqə

E) Toksinlər ilə əlaqə
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
796) Nefrotik kriz zamani hansı əsas müalicə tədbiri yerinə yetirilir?
A) Sadalananların hamısı

B) Antibiotiklərlə müalicə

C) Heparinin yeridilməsi

D) Prednizolonun yeridilməsi

E) Reopoliqlükinin yeridilməsi
Ədəbiyyat: Окороков А.А. «Лечение болезней внутренних органов» 2001г.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin