DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu



Yüklə 1,49 Mb.
səhifə66/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   62   63   64   65   66   67   68   69   ...   131
Ключевые слова: Балакен, хайла, дамбыр, Сэнэм, ашыг
Giriş. Bizim dambırla və hayla sənəti ilə ilk tanışlığımız 2005-ci ilin avqus­tun­­dan başlayır. 2005-ci ilin avqust ayında biz Balakən rayonun Tülü kəndində Dam­bırçı Nizamla görüşərək ondan bir kasetlik material toplamışdıq. Ancaq o zaman na­mi­zədlik dissertasiyası üzərində işlədiyimiz üçün dambırçıları və hayla sənətini araşdıra bilmədik. 2014-cü ilin may ayında və ondan sonra dəfələrlə dambırçılığın ge­niş yayıldığı Zaqatala və Balakən rayonlarında olduq və həmin ərazilərdə toplama apardıq. Balakənlilərin haqqında çox danışdıqları dambırçılardan biri də Haylaçı Sə­nəmdir. Ancaq çox təəssüf ki, Əzizə Cəfərzadənin “Azərbaycanın aşıq və şair qa­dın­ları” kitabına saldığı 213 haylanı və Sənəm haqqında yazdığı 6 cümləlik mə­lu­matı nə­­­zə­rə almasaq, Haylaçı Sənəmin həyatı və yaradıcılığı demək olar ki, öyrə­nilmə­mişdir. Əzizə xanım yazır: “Balakən rayonunda Gülüzən kəndində dün­yaya gəl­miş, ora­da da vəfat etmişdir. Aşıq Sənəm uzun ömür sürmüş, 1928-ci ildə I Aşıq­lar qurul­ta­yında öz tamburu ilə iştirak etmişdir. Sənəm bu yerlərdə Muğal adla­nan Azə­ri tay­fa­­larından biri arasında yayılmış “hayla gecələri”nin iştirakçısı olmuş­dur. El şən­lik­lərinin sevimli aşığı külli miqdarda hayla–bayatı qoşmuşdur. Bunları gö­zəl, məlahətli səsi ilə, çaldığı tamburun müşayiəti ilə oxumuşdur. Qədim musiqi alət­ləri­miz­dən olan tamburda, “Çay daşı, çaylaq daşı” və s. kimi el havalarını məharətlə ifa edən Aşıq Sənəm yaradıcı sənətkar olmuşdur.” [Azərbaycanın aşıq və şair qadın­ları. Səh. 212]. Onu qeyd edək ki, prof. Əzizə Cəfərzadənin işlətdiyi “Muğal adlanan Azəri tay­faları” ifadəsi kökündən yanlışdır. Muğal həmin bölgədə yaşayan Dağıstan mən­şəli xalqların Azərbaycan türklərinə verdikləri addır. Həmçinin Balakən rayonu­nun təəs­süb­keş ziyalısı, Balakən rayon “Mədəniyyət və turizm şöbəsi”nin əməkdaşı, şairə-publisist Tahirə Sultan (Tahirə Bayramova) “Mədəni həyat” jurnalında Sənəm haqqında bir neçə publisistik yazı çap etdirmişdir.

Biz bu yazımızda onun həyatı və yaradıcılığı haqqında məlumat verməyə ça­lış­mışıq.





Haylaçı Sənəmin Balakən rayon Rəssam Elnur Rəsulovun çəkdiyi bu şəkli

Tarix-diyarşünaslıq muzeyində də Balakən rayon Tarix-diyarşünaslıq

saxlanan şəkli muzeyindən götürmüşük.

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin