Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə53/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   114
bank emeliyyatlari

  
3.5.Banklarda nağd pul dövrüyyəsi 
 
Nağd pul dövrüyyəsi (tədavülü) öz iqtisadi məzmununa görə 
pul  hərəkətinin  (tədavülü)  fasiləsiz  prossesidir,  pul  tədavülünün 
hissəsidir.  
 Nağd  pul  tədavülü  pulların  tədavül  vasiitəsi  funksiyasında 
və ödəmələrdə istifadə olunması ilə xarakterizə olunur. Nağd pul 
tədavülü  öz  həcminə  görə  müəyyən  vaxt  ərzində  nağd  pulla 
ödəmələrin  yekunudur.  Əhalinin  mədaxil  (gəlir)  və  məxaricinin 
(xərclərinin) formalaşmasına ən çox bu tədavül xidmət edir.  
 Nağd  pullar  öz  hərəkətini  (tədavülünü)  bankların  kassa-
larından  və  ən  əvvəl  Mərkəzi  Bankın  emissiya  mərkəzindən 
başlayır.  Pullar  bankın  tədavül  kassalarından  kommersiya 
banklarına  daxil  olur.  Müəssisələr,  təşkilatlar,  sahibkarlar  öz 
hesablarında  olan  vəsaitlərin  və  ya  onlara  verilmiş  kreditlərin 
hesabına  kommersiya  banklarının  kassalarından  nağd  pul  alırlar. 
Bu  pul  məbləği  əməkhaqlarının  ödənilməsi  və  onlara  bərabər 
ödənişlər  və  başqa  ödənişlərin  nağd  pulla  ödənilməsi  üçün  təyin 


 
 
 
 
95 
olunub.  Bankın  kassasında  olan  pulun  bir  hissəsi  başqa  banklara 
satıla  bilər  və  bilavasitə  əhaliyə  ödənilə  bilər  (əmanətlərin  faizi, 
təqaüdlərin  ödənilməsi,  yardım  və  dividentlər  və  s.  ).  Bütün 
müəssisə,  təşkilat,  fərdi  sahibkarların  kassasından  əhaliyə  nağd 
pul ödənilir, bu da banklarda məqsədyönlü təyin olmuş pullardan 
ibarətdir. Müəssisə və təşkilatlar arasında hesablaşmaq üçün cüzi 
məbləğdə nağd puldan istifadə olunur.  
 Nağd pul hərəkətinin növbəti mərhələsi əhali tərəfindən mal 
alınmasına  xərclənmə  (istifadə  edilmə),  ödənişlərin  dövlət, 
hüquqi, fiziki şəxslərə verilməsidir.  
 Pul  hissəsinin  xərclənməsi  (əhalinin  əmanətləri)  təşkil 
olunmuş  və  təşkil  olunmamış  formalarda  qeyd  etmək  olar. 
Əhalidən  nağd  pullar  yenidən  müəssisə,  təşkilatların  kassalarına 
daxil  ola  bilər,  amma  bu  təşkilat  və  müəssisələr  bu  pullardan 
bankdan  kənar  hesablamalar  üçün  istifadə  edə  bilməzlər,  əksinə 
pullar  hesablara  daxil  edilməlidir.  Beləliklə,  bank  kassalarından 
öz  hərəkətlərinə  başlamış  nağd  pullar  bütün  tədavül  kanallarını 
keçərək yeni tədavülə başlamaq üçün geriyə, banklara qayıdırlar.  
 Nağd pulların tədavülünün (hərəkət) təqribi sxemi belədir:  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin