Şəkil. 1 Nağd pulların tədavülü
96
M
ə
rk
ə
zl
əş
m
iş
cə
ld
ax
ın
M
ə
rk
ə
zə
qaç
am
a
ax
ın
ı
M
ərkəzi Бank
Kommersiya bankı
Müəssisələr, təşkilatlar,
Idar
ələr, sahibkarlar
Müəssisələr, təşkilatlar,
Idar
ələr, sahibkarlar
Əhalinin gəliri
Əhalinin xərcləri
97
Eyni pul nişanları bütün mərhələdə bir vaxtda dövr edə
bilərl. Nağd pulların dövr etməsi fasiləsiz davam edir, onun
mərkəzində isə banklar durur. Nağd pulların bu dövrdə mövqeyi
çox (fövqalədə) lazımdır. Bu nağd pulların banklarda
toplanmasına (yığılmasına) şərait yaradır, bu isə pul dövriyyəsini
sürətləndirir, pul dövriyyə məsrəflərini azaldır, tədricən pulsuz
sferaya keçid yaradır (qarşılıqsız puldaşıma) və nağd pulların
xərclənməsinə nəzarət yaranır. Müəssiəsənin kassalarında nağd
pulların ləngiməsinin qarşısını almaq üçün banklar onlar üçün
məbləğ həddini təyin edir, həmin pullar kassada günün axırına
qala bilər. Bir də onların banklara təhvil verilməsi üçün sərt vaxt
qoyulur. Bundan əlavə, daxil olan pul mədaxilindən (gəlirindən)
müəssisə üçün xərclərin yerindəcə həcmi təyin olunur.
Pul dövriyyəsinin (tədavülünün) təşkili prossesində çox vacib
iqtisadi məsələlər (məqsədlər) öz həllini tapır, belə ki:
● Nağd pul tədavülünün (dövriyyəsinin) həcmini, onun qu-
ruluşunu təyin etmək və toplanan ənənələrin öy-
rənilməsi;
● Pul axınının istiqamətləndirilməsi və tənzimlənməsi;
● Ölkənin ərazisində pul kütləsinin yerləşdirilməsi;
● Tədavüldə nağd formada olan pul kütləsinin, pul aqre-
qatlarının həcmini təyin etmək;
● İnkassasiya mədaxilinin, banklar tərəfindən nağd pulların
cəlb olunma metodları səviyyəsini təyin etmək
(qurmaq);
● Müəyyən olunmuş dövr üzrə emissiya hesablarının
nəticəsini təhlil etmək.
Banklar nağd pula olan tələbatı təyin etmək üçün onların
kassalarına gözlənilən mədaxilin, mümkün ola bilən nağd pul
ödənişlərinin proqnozunu tərtib edirlər. Kassa tədavülünün proqnozu
aşağıdakı məlumatlar əsasında qurulur:
1. xidmət olunacaq müəssisələr haqqında məlumatın
alınması;
2. sahibkarlar üzrə mədaxil mənbələri;
98
3. pul verilmə istiqamətləri .
Nağd pul tədavülünün birləşmiş proqnozu bütövlükdə
respubilkanın Mərkəzi Bankı tərəfindən edilir. Bunun üçün sosial
inkişaf istiqamətinin əsas proqnozu müəssisənin və bankların
kassa tədavül məlumatlarından istifadə olunur.
Bu halda Mərkəzi Bank əlavə məlumatları cəlb edir:
parakəndə mal dövriyyəsi hesabının proqnozu (iaşə müəssisələri
daxil olmaqla), pullu xidmətlərin həcmi haqqında məlumatlar
(nağd yolla) rabitə müəssisələrinin sığorta statistika təşkilatlarının
məlumatları. Respubilkada nağd pul tədavülü ilə əlaqədar
əməliyyatlarda bütün vergi təşkilatları, maliyyə idarələri və başqa
təşkilatlar bilavasitə iştirak edirlər. Bank müəssisələrində olan
nağd pulun qəbulu, ödənilməsi, saxlanılması, emissiya kassaları,
kassa əməliyyatı normativ sənəd qaydalarına əsasən yerinə
yetrilir.
Bu qaydalar aşağıdakıları əhatə edir:
1) Kassa qovşağının yaratma qaydası: layihələndirmə, kassa
qovşağının texniki möhkəmliyi; bankda kassa işçilərinin iş
yerinin təchizatı; kassaların yaradılması və s;
2) Nağd milli valyuta ilə kassa əməliyyatı aparmaq; axşam
kassalarının mədaxil, məxaric işləri;əməliyyat kassasının
etibarlılıgı; təsərüfatçılıq subyektlərinin mərkəzi kassa hesabları
ilə işləyərkən bank kassalarının işləmə qaydası, bankomatlardan
istifadə zamanı nağd pulla göstəriş verilmə;
3) Kassadaxili dövriyyə (tədavül) və nağd pulun hazırlan-
ması: kassa sənədlərinin rəsmiləşdirilməsi; sənədlər qovluğunun
formalaşdırılması; nağd pulla işləməyin təşkili (formalaşdırma,
pul kağızlarının yığma) düzəldilməsi; qəlp pul və ya şübhəli
bankomatlarla işləmə; yenidən hesablaşma kassa işçiləri arasında
qiymətli əşyaların ötrülməsi üzərində iş; pul biletlərinin
bütövlüyünü (tamlığını) ödənilmə imkanını təyin etmək;
4) Nağd pulun inkasasiyası və Rabitə Nazirliyinin müəssi-
sələrinin qiymətli ötrülmələrinin daşınması, kommersiya banklarının
inkasasiya xidməti ilə qiymətli əşyaların daşınması;
99
5) Sərvətlərin qorunmasını təmin etmək; onları saxlamaq,
sərvətlərlə işləyənlərin məsuliyyətini yoxlamaq və təftiş etmək;
sərvətlərin saxlanılmaq üçün qəbulu;
6) Xarici valyutalar üzrə ödəmə sənədləri və xarici valyu-
tanın nağd ödənilməsi üzrə kassa əməliyyatının edilməsi; bank
kassalarının xarici sərvətlərin qəbuletmə və vermə qaydaları;
xarici valyutanın formalaşdırılması və qablaşdırılması qaydası;
valyuta sərvətinin təftişi (yoxlanılması); dəyişmə məntəqələrinin
işləmə qaydaları.
Nağd pul tədavülü bütün xüsusi prinsiplər əsasında təşkil
edilir:
● müəssisələr, təşkilatlar, idarələr, sahibkarlar nağd pullarını
banklarda saxlamalıdırlar və bank kassalarından limit
daxilində pul almalıdırlar;
● bütün mülkiyyət formalarının subyeklərinin kassalarında
nəğd pulun limit qalığını bank təyin edir;
● nağd pulun tədavülü proqnoz planlaşdırılmanın obyek-
tidir;
● nağd pulun tədavülünün tənzimlənməsi mərkəzləşdirilmiş
qaydada Mərkəzi Bank tərəfindən yerinə yetirilir.
Nağd pul tədavülü öz həcminə görə nağdsız pul tədavü-
lündən nəzərə çarpacaq dərəcədə azdır, buna baxmayaraq sosial
iqtisadi plana görə dəqiq təşkilatçılıq xüsusilə vacibdir. Ona görə
ki, bu tədavül əsasən iqtisadi münasibətlərə xidmət edir. Nağd pul
tədavülündə baş verən proseslər bilavasitə əhalinin alıcılıq
qabiliyyətinin və pulun sabitliyinə təsir edir.
|