109
4. 2. Faktorinq əməliyyatları
Faktorinq – pul tələbinin güzəşt yolu ilə maliyyələşdiril-
məsidir. Belə ki, faktorinq müqaviləsinə əsasən, bir tərəf (faktor)
digər tərəf (kreditor) qarşısında kreditor və borclu (ödəyici)
arasında pul öhdəliyinin borcluya diskontla ödənilməklə güzəşt
edilməsini öhdəsinə götürür.
Faktorinq müqaviləsi:
Aşkar olduqda – borclu faktorinq müqaviləsinin bağlan-
ması barədə kreditor tərəfindən xəbərdar edilir və buna görə
kreditorun hüququ banka keçir;
Gizli olduqda - borclu faktorinq müqaviləsinin bağlanması
barədə kreditor tərəfindən xəbərdar edilməmiş və buna görə
kreditorun hüququ banka keçmir;
Reqress hüququ olmadan – bank kreditora qarşı sonrakı
ödənilməmiş pul tələbinin qaytarılması hüququ olmadan onu
maliyyələşdirir. Bu zaman bank borclu tərəfindən pul tələbinin
edilməməsi riskini daşıyır;
Reqress hüququ ilə – əgər kreditor borcluya görə bank
qarşısında öhdəlik götürdükdə və bank qarşısında ödənilməmiş
pul tələbinə görə risk daşıyırsa, bankın müəyyən müddət ərzində
borclu tərəfindən ödənilməmiş pul tələbini kreditora qaytarmaq
hüququ vardır.
Faktorinq – mal göndərən və xidmət göstərənlərin ödəniş
tələblərinin azad edilməsidir. Bu zaman burada bir qayda olaraq
qısa müddətli tələblərdən bəhs edilir. Faktorinqin məqsədi
istənilən kredit əməliyyatının ayrılmaz tərkib hissəsi olan riskin
aradan qaldırılmasıdır. Bazar iqtisadiyyatının inkişaf etdiyi
ölkələrdə ödəniş müddətlərinə xüsusi diqqət yetirilir. Faktorinq
şirkətlərinin və bankların faktorinq şöbələrinin əsas vəzifəsi mal
göndərən və alıcı arasında münasibətlərdə risk və ödəniş müddəti
problemlərinin həll edilməsi və bu münasibətlərin daha da
möhkəmləndirilməsindən ibarətdir.
«Faktor» sözü ingilis dilindən tərcümədə «vasitəçi, dəllal»
110
deməkdir. İqtisadi nöqteyi-nəzərdən bu vasitəçilik əməliyyatıdır.
Faktorinq – banka müştəri-təchizatçı tərəfindən ödənilməmiş
ödənişlərin, yəni tədarük edilmiş mala, yerinə yetirilmiş işə,
göstərilmiş xidmətə görə tələbin və müvafiq olaraq ödənişi əldə
etmə hüququnun, müştərinin debitor borclarının inkasso
edlilməsinin (ödəniş sənədləri üzrə vəsaitin əldə edilməsi) güzəşt
edilməsi ilə əlaqədar komisyon-vasitəçilik fəaliyyətidir. Bank
ödənilməmiş ödəniş tələblərinin sahibinə çevrilir və borclunun
kredit qabiliyyətinin qabaqcadan yoxlanılmasına baxmayaraq,
onların ödənilməmə riskini öz üzərinə götürür.
Qanunvericilikdə faktorinq deyildikdə pul tələbinin
güzəşt edilməsi ilə maliyyələşdirilənən müqavilə başa düşülür.
Müqaviləyə görə bir tərəf (maliyyə agenti) digər tərəf (müştəri)
qarşısında malın verilməsi, işlərin yerinə yetirilməsi və ya
xidmətin göstərilməsindən irəli gələn müştərinin (kreditor)
üçüncü şəxsə (borclu) qarşı pul tələbi hesabına pul vəsaitini
verməyi və ya vermək öhdəliyini üzərinə götürür, müştəri isə bu
pul tələbini maliyyə agentinə güzəşt edir və ya güzəşt etməyi
öhdəsinə götürür. Borcluya olan pul tələbi həmçinin müştərinin
maliyyə agenti qarşısında öhdəliklərinin icrasını təmin etmək
məqsədilə müştəri tərəfindən maliyyə agentinə güzəşt edilə bilər.
Maliyyə agentinin öhdəliklərinə müştəri üçün mühasibat
uçotunun aparılması, həmçinin müştəriyə güzəşt predmeti olan
pul tələbi ilə əlaqədar digər maliyyə xidmətlərinin təqdim
edilməsi də daxil edilə bilər. Maliyyə agenti qismində banklar və
digər kredit təşkilatları, həmçinin belə fəaliyyət növünə icazəsi
(lisenziya) olan digər kommersiya təşkilatları da çıxış edə bilər.
Maliyyələşdirilməsi üçün edilən güzəşt predmeti həm pul
tələbi, artıq başa çatmış ödəniş müddəti (mövcud tələb), həm də
gələcəkdə yaranacaq pul vəsaitini əldə etmə hüququ (gələcək
tələb) ola bilər. Güzəşt predmeti olan pul tələbi müştəri ilə
maliyyə agenti arasında olan müqavilədə müəyyən edilməlidir.
Müqavilənin bu növü «faktorinq» adı ilə beynəlxalq təcrübədə
geniş istifadə edilir.
111
Müqaviləyə müvafiq olaraq bank kontragent mal
göndərənin borclarını ödəyib-ödəməməsindən asılı olmayaraq ona
verilmiş ödəniş tapşırığında göstərilmiş məbləği ödəməlidir. Buna
görə faktorinq və bank zəmanəti arasında fərqlər mövcuddur.
Bank zəmanəti verilərkən bank müştəri tərəfindən müvafiq vaxtda
ödəniş edilmədikdə öz hesabına ödəniş etməlidir. Faktorinq
xidmətinin məqsədi ödəyicinin ödəniş qabiliyyətindən asılı
olmayaraq vəsaitin dərhal inkasso edilməsidir (və ya müəyyən
faktorinq müqaviləsində göstərilən müddətdə götürülməsi).
Faktorinqin iki növü mövcuddur:
1. konvension
2. məxfi.
Konvension faktorinq – mühasibat uçotu, mal göndərən və
alıcı ilə hesablaşmalar, sığortalı kreditləşmə, nümayəndəlik və s.
daxil edilməklə müştərilərə maliyyələşdirmə xidmətinin universal
sistemidir. Müştəri üçün ancaq istehsalat funksiyası saxlanılır. Bu
sistem müəssisəyə istehsal xərclərini məhdudlaşdırmağa imkan
verir. Eyni zamanda müştərinin faktorinq şirkətindən tam asılılıq
riski meydana çıxır ki, belə münasibətlər müştərilərin fəaliyyətləri
barədə tam məlumatlılığa, onların tabeçiliyinə və onlara nəzarətə
səbəb olur.
Belə xidmət adətən faktorinqin diskont edilməsi ilə
müşayət olunur. Bu isə onu bildirir ki, bank öz müştərisindən-
alıcıdan pul almaq hüququnu əldə edir, sonra onun hesabına
yüklənmiş malın məbləğinin təxminən 80%-i dərhal, qalan
məbləğini isə debitordan pulun daxil olmasından asılı olmayaraq
müəyyən olunmuş müddətə köçürür. Mahiyyətinə görə bu,
müştərinin müəyyən məbləğdə faiz ödədiyi, malın yüklənməsi
üçün kreditdir.
Məxfi faktorinq - son zamanlar yalnız bəzi əməliyyatların
yerinə
yetirilməsi
ilə
məhdudlaşdırılan
faktorinqdir. O,
faktorinqin malgöndərənə yüklənmiş mala görə kreditin verilmə
formasıdır. Faktorinq, eyni zamanda mal alana bank tərəfindən
kreditin
verilməsi
formasıdır.
Faktorinq
əməliyyatının
112
keçirilməsinə görə müştəri müqavilədə göstərilmiş məbləğdə
ödəniş edir, bu öz iqtisadi mahiyyətinə görə kreditə görə faizdir.
Faktorinq xidmətini təklif edən maliyyə idarələri faktor
firmaları adlandırılır. Onlar, adətən yüksək etibarlı faktorinq
sövdələşmələrini və müştərilər üçün minimum xərcləri təmin
edən iri bankların nəzdində törəmə firmaları və ya faktorinq
şöbələridir.
Dostları ilə paylaş: |