70
pul nişanlarıdır. Bu, bütövlükdə ölkədə nağd pul verilməsinin
banklara daxil olan puldan artıq olmasının nəticəsidir.
Mərkəzi Bankın sadələşdirilmiş balansından görünür ki,
banknot emissiyası Mərkəzi Bankın passiv əməliyyatıdır.
”Banknotlar tədavüldə” balansının passiv maddəsinin artımı
Mərkəzi Bankda aktiv əməliyyatların aparılması zamanı baş verir.
Beləliklə, iqtisadiyyata daxil olan nağd pulların əsas mənbələri
aşağıdakılardır:
● Mərkəzi Bankın kommersiya banklarını kreditləşdirməsi;
● Mərkəzi Bankın dövlət qiymətli kağızlarının alınması;
● Mərkəzi Bankın xarici valyutanı və qızılı alması.
Qeyd etmək lazımdır ki, tədavüldə olan banknotların
həcmi, ancaq Mərkəzi Bankın cari daxili və xarici aktivlərinin
artması zamanı baş verir.
Mərkəzi Bankın kommersiya banklarına və hökumətə
verilmiş kreditlərnin məbləğinin artması emissiyaya təsir edir. Bu
vəsaitlər Mərkəzi Bankın hesabında saxlanılır və burada yaranmış
fərq Mərkəzi Bankın kommersiya banklarına və hökumətə
kreditlərin verilməsi zamanı nəzərə alınır. Mərkəzi Bankda eyni
zamanda bu məbləğ qədər kommersiya banklarının hesablarında
vəsait həcmi artarsa, o zaman “Banknotlar tədavüldə” balansı
maddəsinin artımı bu mənbələr hesabına baş verməyəcəkdir.
Mərkəzi Bankın real xarici aktivi xarici valyutanın alış və
satış saldosu deməkdir. Bu Mərkəzi Bankın xarici valyutanı
alması zamanı əldə olunan məbləğə ( xarici valyuta satışı
əməliyyatı zamanı əldə olunmuş vəsait məbləğini çıxmaq şərti ilə)
bərabərdir.
Emissiya hesabına Mərkəzi Bankın əldə etdiyi
xarici valyuta
təcrübədə əsasən geniş bir amil kimi qəbul edilməlidir. Xarici
aktivlər ölkənin xarici hesablaşma və ödəmələrini yerinə
yetirilməsi üçün zəruridir. Bu həm də Mərkəzi Bank tərəfindən
milli valyutanın alıcılıq qabiliyyətinin və dəyişmə məzənnəsinin
sabit saxlanılması üçün ehtiyatdır.
71
Mərkəzi Bankın sadəlşdirilmiş balansından görünür ki,
“Banknotlar tədavüldə” maddəsinin böyüklüyünə Mərkəzi Bankın
aktiv əməliyyatlar həcmindən əlavə pul bazasının quruluşu da
təsir edir. Kommersiya banklarının ehtiyatları artıdıqca,
banknotların emissiyası bu şəraitdə az olur.
Beləliklə, nağd pulların emissiya kanalı Mərkəzi Bankın
aktiv əməliyyatlarına aiddir. Bilavasitə emissiya Mərkəzi Bankın
passiv balansının artması nəticəsində baş verir və emissiya üçün
banknotların təmin edilməsi Mərkəzi Bankın aktivləridir.
Beləliklə, müasir dövrdə banknotların buraxılışı qızılla təmin
olunmamışdır, onların tədavülü ölkə əhalisinin banknotların
emitentinə etibarı ilə hesablanıb.
Müasir pul emissiyası banknotların kredit xarakterli təminatı
ilə bağlıdır. Kommersiya bankları kreditləşmə nəticəsində
emissiya yerinə yetirirsə, onda kommersiya banklarının
öhdəliklərindən biri banknotların təmin edilməsidir. Hökumətin
kreditləşməsi nəticəsində emissiya baş verir, bu emissiyanın
təminatı hökumətin öhdəliyidir (dövlət qiymətli kağızları).
Emissiya zamanı bərabər valyuta əməliyyatı keçirilərsə,
emissiyanın təminatı xarici valyuta olur, buna isə xarici Mərkəzi
Bankların öhdəliyi kimi baxmaq olar.
Banknot emissiyasının təminatı milli pul vahidinin sabitli-
yinə bilavasitə təsir edir, ölkələrin çoxunda belə təminat qabi-
liyyəti və normaları qanunçuluq qaydası ilə təyin olunur. Hər bir
ölkənin öz xüsusiyyəti mövcuddur, amma bir qayda olaraq
təminat növündə yalnız tam, etibarlı, qısa müddətli öhdəliklər
zəruridir.
Nağd pulların emissiyası Mərkəzi Bank tərəfindən yerinə
yetirilir. Bu o məqsədlə edilir ki, təsərrüfatçılıq subyektlərinin və
əhalinin əlavə tədavül vəsati və ödəniş tələblərini yerinə yetirmək
mümkün olsun. Kommersiya banklarının depozit hesabında
nağdsız pul vəsaitlərinin həcmi iqtisadi
inkişaf nəticəsində artarsa,
onda müştərilərin nağd pula tələbi də müvafiq surətdə artır.