82
7. aksept hesablaşması;
8. banklararası hesablaşmalar.
Ödəyici və vəsait alan arasında hesablaşma formaları
müqavilə əsasında müəyyən olunur. Hər bir nağdsız hesablaşma
forması, onun müxtəlif ölkələrdə istifadə xüsusiyyətlərinə və ya
hər bir ölkənin müxtəlif tarixi inkişaf mərhələlərinə baxmayaraq,
özünəməxsus ümumi xüsusiyyətlərə malikdir (sənəd dövriyyəsi
qaydası, hesablaşma
sənədinin növü, ödəniş vasitəsi).
Müqavilə və sazişlər bağlanarkən tətbiq edilən hesablaşma
formalarının müxtəlifliyi, bu və ya digər hesablaşma formasının
seçilməsi prinsipləri ölkədəki konkret iqtisadi vəziyyətdən asılıdır
və təsərrüfat sahəsində islahatlar edildikdə mühüm dəyişikliklərə
uğrayır.
Hesablaşma formalarının seçilməsi əsasən aşağıdakılarla
müəyyən olunur:
Kontragentlər arasında olan təsərrüfat əlaqələrinin
xüsusiyyəti ilə;
Tədarük olunan məhsulların xüsusiyyəti və onların
qəbul şərtlərilə;
Müqavilə baglayanların olduğu yerlə;
Yüklərin
nəql edilmə vasitəsilə;
Hüquqi şəxslərin maliyyə vəziyyəti ilə.
Hesablaşma formalarının seçiminə hesabat işlərinin
aparılmasının müəyyənləşdirilmiş qaydalarına müvafiq olaraq
bank tərəfindən nəzarət edilməlidir. Bank müştərilərinə
hesablaşma formasını seçərkən onların maksimal dərəcədə sürətli
olması zərurətinə, sənəd dövriyyəsinin sadələşdirilməsinə,
kontragentlər
arasında
vəsaitlərin
qarşılıqlı
yenidən
bölüşdürülməsinin istisna olunmasına əməl etməli olduqlarını
məsləhət görməlidir.
Məsələn, qəbul-təhvil sənədləri üzrə qəbul olunmuş mal-
material dəyərlilərinə görə eyni və başqa şəhərin hesablaşmaları
və ya onların həyata keçirilməsi bir gündən artıq olarsa, ödəniş
tapşırıqları və ya qəbz kitabçalarının qəbzləri ilə rəsmiləşdirilir.
83
Mal-material qiymətlilərinin daimi tədarükü və xidmətlərin
göstərilməsi planlı ödəniş hesablaşmalarının tətbiq olunma
imkanlarını qabaqcadan təyin edir.
Dostları ilə paylaş: