183
xüsusi işarə ilə – hərflə göstərilirdi. 1930-cu ildən sonra həmin
səs fonetik normativliyini itirdi. Yaxud bir neçə il bundan əvvələ
kimi ədəbi dilimizdə işlənən sosializm, kolxoz, sovxoz, raykom,
kommunizm, partkom və s. bu kimi sözlər artıq fəal nitq pro-
sesindən çıxmışdır. Ədəbi dilin normasında həmişə sabitlik olur.
Amma bu sabitlik də nisbi xarakter daşıyır. Leksik normada hə-
min nisbilik özünü daha çox göstərir, yəni leksik normada də-
yişmə daha tez gedir. Fonetik və qrammatik normalarda isə də-
yişmə daha ləng gedir.
Nitq normalarının tarixliyi ədəbi dilin inkişafının, təkamü-
lünün nəticəsidir.
Ədəbi dilin müəyyən inkişaf
mərhələsində norma ilə yanaşı,
nitq istisnaları – qeyri-normativ hallar da olur. Nitq istisnaları
iki halda ortaya çıxır:
1. Ədəbi dildə işlənməyən, öz dövrünü keçirmiş nitq
vahidləri bu və ya digər üslubda özünü göstərir;
2. Yeni yaranmış nitq vahidləri norma halına düşmür –
normativləşə bilmir.
Dostları ilə paylaş: