Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Mövzu 24: Rəsmi-iĢgüzar üslub. Rəsmi sənədlərin dili



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə101/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   119
2015-332

 
Mövzu 24: Rəsmi-iĢgüzar üslub. Rəsmi sənədlərin dili. 
 
Rəsmi-işgüzar üslub – rəsmi və işgüzar sənədlərin dilidir. Bu 
üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və 
olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiy-
yəti də elə budur. Rəsmi-işgüzar üslub hamı üçün eynidir – stan-
dartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast 
gəlinmir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara 
nisbətən gec formalaşır. Bunun da əsas səbəbi əvvəllər ərəb və 
fars dillərinin, sonra isə rus dilinin Azərbaycanda ya bütünlüklə, 
ya da əsasən həmin funksiyanı daşımasıdır. 
Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəs-
mi-işgüzar üslub müəyyən tarixi təkamül prosesinin məhsuludur. 
Buna görə də bu üslubda bir sıra arxaik sözlər və köhnəlmiş sin-
taktik qəliblər (konstruksiyalar) uzun müddət qorunub saxlanılır. 


 
195 
Hər hansı bir dilin dövlət dili olması dövlətin rəsmi-işgüzar 
üsluba münasibəti ilə müəyyən edilir. İdarə və müəssisələrdə 
rəsmi ünsiyyət dövlət dilində olur. Beynəlxalq münasibətlərdə də 
dövlət bu dildə təmsil olunur. 
Rəsmi-işgüzar üslub iki yerə ayrılır: rəsmi sənədlərin dili, 
işgüzar sənədlərin dili. 
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qay-
dada (rəsmi şəxsin imzası, möhür və s.) təsdiq olunan sənədlər 
(məsələn, prezident fərmanları, hökumət sərəncamları, nazirlərin 
əmrləri, konstitusiya və s.) rəsmi sənədlər sayılır. 
Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlanır, yerlərdə 
müzakirə edilir, sonra isə təsdiqlənir. 
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır: 
– Dilin maksimum mükəmməlliyi; 
– Fikrin tam aydınlığı; 
– Fikrin (sözlərin) birmənalılığı; 
– Fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması); 
– Dil yığcamlığı. 
Hər bir dövlətin ən mühüm rəsmi sənədləri konstitusiya, qa-
nunlar, sərəncamlar, nazirlərin əmrləri və s.dır. Rəsmi sənədlər 
mühüm hüquqi məzmun daşıyır, dövlətdaxili münasibətlər bu 
sənədlərin köməyi ilə həyata keçirilir. 
Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil 
yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini 
əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə 
xüsusi diqqət yetirilir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin