Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Mövzu 22: Publisistik üslub və onun



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə99/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   119
2015-332

 
Mövzu 22: Publisistik üslub və onun 
digər funksional üslublarla əlaqəsi. 
 
Publisistik üslub – milli ictimai təfəkkürün ifadəsidir. Bu 
üslub mətbuatın (qəzetlərin, bədii-siyasi və ictimai jurnalların, 
elmi-kütləvi kitabların və s.), radio-televiziyanın dilidir. Publi-
sistik üsluba bəzən ―mətbuat dili‖ də deyilir. ―Qəzet dili‖, ―radio 
dili‖, ―televiziya dili‖ anlayışları da bu mənada işlənir. Əsasən 
mətbuatda funksionallaşan publisistik üslub müxtəlif mövqeləri, 
maraqları əks etdirir. Radio və televiziya dili publisistik üslubun 
şifahi forması, qəzet və jurnalların dili isə onun yazılı formasıdır. 
Bu iki forma arasında elə bir kəskin fərq yoxdur. Publisistik 
üslubun hər iki formasının əsas xüsusiyyəti fikrin hamı tərəfindən 
anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır. Publisistik 
üslubda yazan müəllif ilk növbədə çalışır ki, toxunduğu məsələ 
mümkün qədər kütləvi şəkildə hamıya çatsın və oxucularda müs-
bət reaksiya doğursun. Məhz buna görə də publisistik üslubda ək-


 
192 
səriyyət tərəfindən anlaşılan ümumişlək sözlərdən daha çox 
istifadə olunur. Publisistik üslub kütləvi nitq forması olduğu üçün 
bütün dil göstəricilərinə görə adi danışıq dilinə çox yaxın olur. 
Mətbuat dilində gedən proseslər (yeni yaranan sözlər və s.) 
ümumxalq danışıq dilinə də təsir göstərir. 
Publisistik üslub ən ictimai nitq forması olduğu üçün bu üs-
lubda başqa üslubların da xüsusiyyətləri özünü göstərir. Bu ba-
xımdan publisistik üslubun, əsasən, üç növü var: bədii-publisistik 
dil, elmi-publisistik dil, rəsmi-publisistik dil. 
Bədii publisistik dil qəzet dilidir. Bu üslub növündə publisis-
tik üslubun əsas xüsusiyyətləri gözlənilməklə yanaşı, yeri gəldik-
cə obrazlılığa, bədiiliyə də yer verilir. Publisistik üslubun bu qolu 
oçerk və felyeton adları ilə tanınır. 
Elmi-publisistik dil dedikdə isə elmi-kütləvi jurnal və kitab-
ların dili nəzərdə tutulur. Müxtəlif elm sahələrinə (məsələn, si-
yasətə, dinə və s.) aid publisistik məqalə və ya kitabların dili el-
mi-publisistik dildədir. Buna elmi-kütləvi dil də deyilir. 
Rəsmi-publisistik dil isə publisistik məzmunlu rəsmi, yaxud 
işgüzar sənədin dilidir. 
Publisistik üslub XIX əsrin II yarısında milli qəzetlərin nəşrə 
başlaması ilə formalaşmışdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin