205
bu verilişlərdə həmin qaydalara xüsusi qayğı və tələbkarlıqla
yanaşılır. Hər bir söz, söz qrupu ədəbi tələffüz normalarına uyğun,
aydın, emosional və təsirli bir şəkildə tələffüz edilsin.
Ədəbi tələffüz təkcə səs və sözlərin düzgün deyiliş qayda-
larından ibarət deyildir. Vurğu, ritm, tembr, pauza kimi prosodik
ünsürlər də anlayışa daxildir, Bu mənalı səslənmə vasitələrində
düzgün
istifadə telenitqin gözəlliyi, təsir effekti baxımından
olduqca əhəmiyyətlidir.
Tamaşaçılar televiziya verilişlərindən etalon səviyyəli nitqi
eşidir və əxz edirlər. Məktəblərimizdə telekranda səsləndirilən
nitqdən, aktyor və ya diktor oxusundan xarakterik parçalar nü-
munəvi lentə köçürülərək nitq inkişafı məqsədi ilə aparılan
məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur.
Əlavə materiallar:Görkəmli ictimai-siyasi xadim
Azərbaycan xalqı yetirdiyi görkəmli dövlət xadimləri ilə fəxr
edə bilər. Buna Ş.İ.Xətaini, Nadir şahı, Pənah xanı, Fətəli xanı,
M.Ə.Rəsulzadəni, N.Nərimanovu və onlarca başqalarını
misal
göstərmək olar.Biri dövlət xadimlərindən biri də Azərbaycan
Respublikasının Prezidenti olmuş Heydər Əlirza oğlu Əliyevdir.
H.Ə.Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan
olmuşdur. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra
1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunda oxumuş,
1942-ci ildə Naxçıvan MR-ın Xalq Komissarlar Sovetində
işləmişdir. 1944-cü ilin mayında H.Əliyev dövlət təhlükəsizliyi
orqanlarındaişə göndərilir və bu orqanlarda 1969-cu
ilə qədər
məsul vəzifələrdə işləmiş, Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsinin sədri olmuşdur.
H.Əliyev 1957-ci ildə BDU-nun tarix fakültəsini bitirmişdir.
H.Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan KP-nin birinci
katibi vəzifəsinə seçilmiş və bu vəzifədə 13 ilə qədər fəaliyyət
göstərmiş, 1982-ci ildə daha yüksək vəzifəyə – SSRİ
Nazirlər So-
206
veti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir.
H.Əliyev burada 1987-ci ilin payızına qədər işləmiş və bundan
sonra təqaüdə çıxmışdır.
H.Əliyev Moskvada işlədiyi illərdə həmişə Azərbaycanla
maraqlanmış, 1990-cı ilin 20 yanvarında Bakıda sovet qoşun-
larının törətdiyi qanlı cinayətə öz dərin etirazını bildirmişdi.
Respublikamızın həyatı üçün bir çox tarixi hadisələr H.Əli-
yevin yorulmaz fəaliyyəti ilə bağlıdır. 1993-cü il iyun ayında
xalqın iradəsi ilə yenidən hakimiyyətə gələn H.Əliyev
əvvəlcə
Azərbaycan Milli Məclisinin sədri, 1993-cü il oktyabr ayının 3-
də isə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalq
1998-ci ilin oktyabrın 18-də H.Ə.Əliyevə etimad bəsləmiş və o,
ikinci müddətə Azırbaycan Respublikasının Prezidenti olmuşdur.
H.Ə.Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuş, 2
dəfə Sosialist Əməyi Qəhrəmanı, 4 dəfə Lenin ordeni, Qırmızı
Ulduz ordeni və medallarla təltif edilmişdir.
Dostları ilə paylaş: