Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə104/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   119
2015-332

 
199 
Mövzu 29: Məhkəmə nitqi. 
 
Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, təsir 
funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bü-
tün dil üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi 
terminlər, hüquqi kateqoriyalar, standart formullar işlədilir ki, bu 
da təbiidir. Ona görə ki, məhkəmə prosesində hüquqi təhsili və 
müəyyən hüquqi savadı olanlar danışır, fikir və mülahizələrini 
söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq 
üslublarından – ictimai-siyasi məlumat vermək, təbliğat və təşvi-
qat məqsədilə publisistik, nitqin təsirini artırmaq, onun mahiyyə-
tini uğurlu bir tərzdə verə bilmək üçün bədii üslublardan da isti-
fadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim, şahid, hakim 
və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir 
qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə 
(vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur. 
İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və ay-
dın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, fakt-
lara, obyektivliyə, ədalətə, qanun aliliyinə əsaslandığı təqdirdə 
təsirli və inandırıcı olur. 
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. 
Məhkəmə prosesində qaldırılan vəsatət hadisələrin dərin təhlilin-
dən alınan məntiqi nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, sə-
mimiliyə, qanunun aliliyinə riayət etməlidir. 
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan 
əvvəl qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin 
bu növünə böyük əhəmiyyət verilmişdi. Məşhur Solon qanunlarının 
müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün 
məhkəmədə nitq söyləməyi hər bir afinalının borcu hesab edirdi. 
Bu qanun qədim Yunanıstanda, eləcə də Roma respublikasında 
məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey, 
Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar. 


 
200 
XIX əsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunə-
lərinə Qərbi Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast 
gəlinir. Rusiyada dövrün qabaqcıl ziyalıları, alimlər və başqaları 
məşhur vəkillərin, ittihamçıların, bəzən də müttəhimlərin nitqini 
dinləmək üçün məhkəmə salonlarına gedirlər. Azərbaycanda da 
məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə salonla-
rında alovlu nitqlər söyləyən, adamların hüquqlarını müdafiə et-
məyi bacaran vəkillərin nitqi ictimaiyyət tərəfindən həmisə qiymət-
ləndirilmiş, təqdir olunmuşdur. Uzun illər xalq hakimi, sonra da 
vəkil işləmiş adlı-sanlı ədliyyə müşaviri İman İmanovun natiqliyi 
barədə dəfələrlə eşitmişdik. Bir dəfə təsadüfən ali məhkəmə zalında 
bir müdafiəçi kimi onun çıxışını dinləmək bu sətirlərin müəllifinə 
müyəssər oldu. Bir qədər pafosla söylənilən bu nitq adamı valeh 
edirdi. O, söz alıb ayağa qalxdı, ani olaraq susdu. Bu başlanğıc fasi-
ləsində natiq auditoriya ilə əlaqə yaradır, diqqəti cəlb edir, özü haq-
da ilk təssürat yaradırdı. Natiq nisbətən yavaş, bir qədər asta templə 
ifadə etdiyi ―Möhtərəm hakimlər‖ müraciəti ilə nitqinə başladı. 
Natiq fikrini aydın ifadə etmək üçün olduqca münasib sözlər
ifadələr işlədir, dediklərini əsaslandırmaq məqsədilə yeri gəldikcə 
faktlara, dəlillərə müraciət edir, şərhini məntiqi əsasda qurmağa 
çalışırdı. Onun nitqi rabitəli idi, fikirlər bir-birini tamamlayır, ikinci 
dərəcəli məsələlər əsas fikrin, mətləbin açılmasına, dinləyiciyə 
çatdırılmasına xidmət edirdi. Natiq yeri gəldikcə obrazlı ifa-
dələrdən, zərbi-məsəllərdən, aforizmlərdən, rəngarəng müraciət 
formaları və sairdən istifadə edirdi. Bu nitq intonasiya cəhətdən 
zəngin və xoşagəlimli idi. Nitqin sonu başlanğıcla əlaqələndirildi 
ki, bu onun kompozisiya baxımından tamlığını təmin etdi. Natiqə 
qulaq asan dinləyicilər hiss etdilər ki, daha hər şey aydındır. 
Məhkəmə natiqliyindən söhbət düşəndə İ.İmanov onun 
uğurlu nəticələr verməsi üçün aşağıdakıları əsas sayırdı: 
1) Natiq nitqin predmetini yaxşı bilməli, onun müsbət və 
mənfi cəhətləri natiq üçün aydın olmalıdır; 


 
201 
2) Natiq ana dilinin zənginliklərindən, ifadə vasitələrindən 
istifadə etməyi bacarmalıdır. 
3) Yalan danışmamalıdır. 
Məhkəmə praktikasında belə natiqlər çox olmuşdur. Təəssüf 
ki, onların natiqlik məharəti ilə bağlı müəyyən bir vəsait yazılma-
mışdır. Hazırda ədliyyə sistemində işləyənlərin, xüsusilə hüquq 
təhsili verən müəssisələrin məhkəmə natiqliyinə dair vəsaitə bö-
yük ehtiyac vardır.Bu gün universitetlərin hüquqşünas fakültələ-
rində tələbələr həm də mahir natiq kimi yetişməli, formalaş-
malıdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin