180
Mövzu 14.Orfoqrafik normalar.
Orfoqrafiya
yunan sözü olub orhos doğru, düzgün, qraphos
yazıram deməkdir.Bu orfoqrafiyanın lüğəvi mənasıdır. Onun bir
termin kimi mənası söz və qrammatik formaların vahid və sabit ya-
zı qaydalarının məcmusu, toplusu deməkdir: ―Orfoqrafiya – yazılı
dil vahidlərinin yazılışını təmin edən qaydalar sistemidir‖.
Milli
dilimiz üçün cəmiyyət tərəfindən qəbul edilən orfoqrafik qaydalar
xalqa, milyonlara xidmət edir. Bu qaydalar dövlət tərəfindən təsdiq
olunur, onun tələblərinə əməl etmək hamı üçün vacib sayılır.
Orfoqrafiyamızın təkmilləşdirilməsi istiqamətində aparılan
dəyişikliklər, yeniliklər hər dəfə layihə şəklində respublikanın ali
və orta məktəblərində, yazıçıların, mətbuat orqanlarının və digər
əlaqədar təşkilatların yığıncaqlarında geniş bir şəkildə müzakirə
olunmuş və orfoqrafiyada müəyyən dəyişikliklər aparılmışdır. Bu
dəyişikliklərlə bağlı orfoqrafiya lüğətləri də hər dəfə yenidən
tərtib olunaraq nəşr olunmuşdur. İlk orfoqrafiya lüğəti 1929-cu
ildə (1925-ci ildə qəbul edilmiş orfoqrafiya qaydaları əsasında)
nəşr edilmişdir.1939-cu ildə yeni
əlifbaya keçməklə əlaqədar
orfoqrafiya qaydalarında xeyli dəyişikliklər edilmiş, həmin
dəyişikliklər 1940-cı ildə nəşr olunan
orfoqrafiya lüğətində öz
əksini tapmışdır. Bu lüğətə 21 mindən artıq söz daxil edilmişdir.
1958-ci ildə qəbul olunmuş orfoqrafiya qaydaları əsasında 1960-
cı ildə növbəti lüğət (üçüncü lüğət) nəşr olunmuşdur. Lüğət 58
minə qədər sözü əhatə edir. Bu lüğət dilimizin müasir leksikasını
əks etdirə bilmək baxımından, təbii ki, köhnəlmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 26 may 2004-cü
il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
təsdiq etdiyi yeni orfoqrafiya qaydaları bu sahədəki ehtiyacı
ödəmək baxımından olduqca önəmli rol oynadı. Hal-hazırda yeni
orfoqrafiya qaydaları əsasında tərtib olunmuş orfoqrafiya lüğəti
çapdan çıxmışdır. Latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya
lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir.
181
Dildə, xüsusilə onun lüğət tərkibində otuz ilə yaxın müddət
ərzində
baş vermiş yeniliklər, dəyışikliklər yeni orfoqrafiya
lüğətində öz əksini tapmışdır.
Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas
götürülür: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip.
Dostları ilə paylaş: