Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


  AZƏRBAYCAN DĠLĠNĠN ORFOEPĠYASI



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə27/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   119
2015-332

 
52 
AZƏRBAYCAN DĠLĠNĠN ORFOEPĠYASI 
Orfoepiya haqqında məlumat 
Hər bir ədəbi dil danışıq dilindən fərqli olaraq normalaşmış 
dildir. Müxtəlif normalara malik olmaq bu dili xarakterizə edən 
başlıca əlamətlərdəndir. Ədəbi dilin bəzi normaları həm şifahi, 
həm də yazılı ədəbi dil üçün ümumi, bəzi normalar ancaq yazılı 
dil üçün, bəzi normalar isə ədəbi dilin şifahi forması üçün səciy-
yəvi olur. Şifahi ədəbi dil ücün səciyyəvi olan qaydalara orfoepik 
qaydalar deyilir. Bu qaydaların məcmusu isə orfoepiya adlanır. 
Şifahi ədəbi dil üçün səciyyəvi olan qaydalar çoxdur. Bun-
ların hamısı orfoepiyaya daxil deyildir. Orfoepiyanın obyekti 
aşagıdakılardır: 
1) ayrı-ayrı səs və səs tərkiblərinin tələffüzü; 
2) söz və ifadələrin tələffüzü; 
3) qrammatik formaların tələffüzü.
Orfoepiya anlayışı ilə ədəbi tələffüz məfhumu heç də bir-
birinin eyni su deyildir. Orfoepiya dar mənada başa düşülür. 
Lakin ədəbi tələffüz çox geniş anlayışdır. Buna görə də ədəbi 
tələffüz anlayışına orfoepiyaya aid olan qaydalardan əlavə vurğu 
və intonasiya da daxildir. Ədəbi tələffüzün məzmununda vurğu 
və intonasiyanin xüsusi yeri vardır. 
Vurğu şifahi nitqə aiddir. Dildə hər bir söz vurğuya görə düz-
gün tələffüz edilmədikdə məna pozula bilir, nitqin təsiri azalır.
İntonasiya da şifahi dilə məxsusdur. Intonasiya güclü ifadə 
vasitəsidir. Bu, danışığa emosional rəng verdiyi üçün nitqin me-
lodikası adlanır. İntonasiyaya görə cümlələrin düzgün tələffüz 
edilməməsi nitqin təsirini və effektini azaldır. Buna görə də 
intonasiya ədəbi tələffüzdə xüsusi əhəmiyyət kəsb edir. 
Orfoepiya qaydaları sabit deyildir. O, zaman kecdikcə dəyişir 
və təkmilləşir. Orfoepik qaydaların dəyişilməsi canlı bir prosesdir. 
Belə ki, hər bir qayda cəmiyyətin inkişafı ilə əlaqədar olaraq 


 
53 
təkmilləşir və qismən dəyişir. Bu təkmilləşmə və dəyişikliklərdə 
reforma olmur, burada təbii və qanuni olaraq köhnənin aradan 
çıxması və yeninin əlavə edilməsi ilə əlaqədar dəyişiklik baş verir. 
Hər bir şəxsin ən gözəl keyfiyyətlərindən biri onun zəngin 
nitq mədəniyyətinə nail olmasıdır. Yüksək nitq mədəniyyəti in-
sanın ümumi inkişafında xüsusi rol oynayır. İstər məzmun, is-
tərsə də zahiri cəhətdən düzgün olan nitq fikrin təsirli ifadə olun-
masına xidmət edir. Buna görə də yüksək və zəngin nitq mə-
dəniyyəti olmadan böyük fikirləri və hadisələri ifadə etmək 
mümkün deyildir. (Səməd Vurğun) 
Orfoepiyanin böyük ictimai əhəmiyyəti vardır. O, eyni sözün 
müxtəlif formalarda tələffüz olunmasına yol vermir. Ümumiy-
yətlə, düzgün tələffüz olunan dil vasitələri hər zaman fikrin asan 
və tez anlaşılmasına imkan yaradır. Bunun əsasında da insanlar 
bir-birini düzgün başa düşürlər. Eyni zamanda, orfoepik qaydalar 
poeziya üçün də əhəmiyyətə malikdir. Bunların vasitəsi ilə bədii 
nitqin estetik effekti, yaxud mahiyyəti daha da artır. Bütün bun-
lara görə orfoepiyanin nəzəri və praktik cəhətdən öyrənilməsinin 
çox böyük əhəmiyyəti vardır.
Orfoepik qaydaların heç kəs tərəfindən pozulmasına yol 
verilmir. Bu qaydalar hamı üçün vahid və məcburidir. Lakin 
bəzən danışıq zamanı orfoepik qaydaların pozulması halları olur. 
Orfoepiya normaları başlıca olaraq 2 səbəbdən pozula bilir: da-
nışanın öz dialektinin təsiri nəticəsində və orfoqrafiyanın təsi-
rindən. 
Danışıq zamanı orfoepik normaların pozulması dinləyicinin 
fikrini əsas məsələdən uzaqlaşdıra bilir. Belə ki, adətən biz da-
nışanı dinlərkən, onun nitqinin səs cəhətinə bir o qədər də diqqət 
etmirik; əsasən mənaya fikir veririk. Lakin danışan adam vahid 
tələffüz qaydalarını pozduqda, dinləyici sözün xarici cəhətinə, 
yəni səs cəhətinə də diqqət yetirməyə məcbur olur. Bunun 
nəticəsində isə onun diqqəti yayınır. 


 
54 
Orfoepik normalardan uzaqlaşmaq ümumi anlaşma işinə 
mane olur. Buna görə də orfoepik normaların pozulmasına qarşı 
müntəzəm mübarizə aparmaq, onu qorumaq lazımdır. Çünki bu 
yüksək nitq mədəniyəti uğrunda mübarizənin bir növüdür. 
Orfoepiya ilə orfoqrafiya arasında həm fərq, həm də möh-
kəm əlaqə var. Orfoqrafiya sözlərin düzgün yazılışını, orfoepiya 
isə düzgün tələffüzünü tələb edir. Buna görə də düzgün yazmaq 
üçün düzgün danışmağı, düzgün tələffüz etməyi bacarmaq la-
zımdır. 
Orfoepiya ilə orfoqrafiyanın fərqi ondan ibarətdir ki, dildəki 
söz və ifadələr heç də həmişə yazıldığı kimi tələffüz olunmur. 
Belə ki bəzən söz və ifadəyə bu və ya başqa səs müəyyən fonetik 
vəziyyətə düşərək yazıdan fərqli şəkildə tələffüz olunur. Lakin bu 
fərqlər çox böyük deyildir. 
Orfoepiya ilə orfoqrafiya arasındakı fərqlərin silinməsi dil 
üçün mühüm əhəmiyyətə malikdir. Hazırda qanunauyğun şəkildə 
bunlar arasında yaxınlaşma prosesi surətlə davam edir. Şübhəsiz 
ki, nəticədə bu proses bərabərləşməyə, yaxud da əhəmiyyətsiz 
dərəcəli fərqlərə aparıb çıxaracaqdır. Bunu dilin indiki vəziyyəti 
aydın göstərir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin