55
məsələ ictimaiyyatın nəzər-diqqətini cəlb etmişdir. C.Məmməd-
quluzadə öz elmi və bədii fəaliyyətində ədəbi tələffüz məsələlə-
rinə xüsusi fikir vermişdir. Onun ―Sirkə‖ hekayəsində bu məsələ
daha qabarıq şəkildə öz əksini tapmışdır.
Sovet dövründə Azərbaycan ədəbi
dilinin orfoepik normala-
rının qaydaya salınması yeni şəkildə meydana çıxmışdır. Məlum-
dur ki, sosialist mədəniyyətinin tərəqqisində dil mədəniyyəti in-
kişafının da xüsusi rolu vardır. Buna görə də sovet dövründə nitq
mədəniyyəti məsələləri ziyalılarımızın
nəzər-diqqətini daha çox
cəlb etmişdir. Hazırda Azərbaycan orfoepiyasının əsasını ziyalı-
larımızın tələffüzü təşkil edir ki, bunların da əksəriyyəti Bakıda
mərkəzləşmişdir.
Məlum olduğu kimi, sovet hakimiyyəti qurul-
duqdan sonra ölkənin hər yerindən Bakıya köçən çox olmuş və on-
lar öz danışıqlarının ən yaxşı cəhətlərini ədəbi dilə gətirmişdir. Elə
buna görə də məhz müasir ədəbi tələffüz bir dialektin yox, ümumi
Azərbaycan dilinin ən yaxşı cəhətlərini özündə cəmləşdirmişdir.
Azərbaycan ədəbi tələffüz normalarının formalaşma və inki-
şaf tarixini də öyrənməyin böyük nəzəri
və praktiki əhəmiyyəti
vardır. Lakin orfoepiya qaydalarının formalaşma və inkişaf ta-
rixini müəyyənləşdirmək olduqca çətindir. Çünki müxtəlif dövr-
lərdə işlənən hər bir orfoepik norma yazıda əks olunmur. Bu mə-
sələlər
bəzi klassik bədii əsərlərdə, müxtəlif tarixlərdə yazılmış
dilçilik materiallarında, xüsusən dilə aid vəsaitlərdə axtarıldıqda
az və ya çox dərəcədə fakt verə bilir.
Azərbaycan dilinin orfoepiyası əsasən son illərdə tədqiq
olunmağa başlanmışdır. Orfoepiya məsələlərinə dair prof. Ə.Də-
mirçizadənin, Kazım Ziyanın, Ə.Əfəndizadənin və başqalarının
əsərləri vardır. Ə.Əfəndizadə özünün ―Azərbaycan
dilinin orfo-
epiyası‖ adlı dissertasiyasında Azərbaycan dilinin orfoepiya qay-
dalarını imkan daxilində geniş şərh edə bilmişdir. Həmin əsər
Azərbaycan dili orfoepiyasının qaydalarını
öyrənmək üçün çox
faydalı vəsaitdir.