Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


Müəssisənin gəliri və onun növləri



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə90/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   101
10.4 Müəssisənin gəliri və onun növləri 
 
Hər  bir  fəaliyyətin  nəticəsi  müəyyən  bir  məhsul  is-
tehsal  etmək,  xidmət  göstərmək  və  yekunda  gəlir  almaq-
dır. Müəssisə ictimai tələbatın ödənilməsi və əlavə xərc et-
diyindən  çox  vəsait  alması  məqsədilə,  istehsal  amillərini 
birləşdirməklə məhsul istehsal edib satan işlər görüb, xid-
mətlər göstərən hüquqi şəxs olan təsərrüfat subyektidir. 
Gəlirlər  müəssisənin  il  ərzində  onu  maliyyələşdirən 
kapitaldır, o pul vəsaitləri və digər əmlak şəklində aktivlə-
rin  daxil  olması,  öz  öhdəliklərini  yerinə  yetirməklə  kapi-
talın    həcmcə  çoxalması  nəticəsində  təşkilatın,  müəssisə-


 
 
284 
nin  bu  dövr  ərzində  əldə  etdiyi  məcmu  (ümumi)  iqtisadi 
fayda, götürdüyü xeyirdir. 
Müəssisənin  gəliri  özündə  onun  illik  mənfəətini  və 
digər  fəaliyyət  növlərindən  (məsələn,  kommersiya  fəaliy-
yətindən, mənzil-kommunal təsərrüfat fəaliyyətindən, yar-
dımçı  təsərrüfatlardan,  əmək  kollektivinə  pullu  xidmətlə-
rin göstərilməsindən və s.) əldə edilən vəsaitləri əks etdi-
rir. Gəlirin əsas hissəsini müəssisənin mənfəəti təşkil edir. 
Deməli,  müəssisənin  gəliri  kəmiyyətcə  yalnız  onun  isteh-
sal-təsərrüfat fəaliyyətindən əldə edilən vəsaiti deyil, eyni 
zamanda  onun  qeyri-istehsal  sahələrindən  əldə  edilən  və-
saitləri özündə birləşdirir. 
Müəssisənin gəlirlərinin mahiyyətini, məzmununu və 
əmələ  gəlməsi  prosesi,  onun  yaranması,  hansı  mənbələr-
dən formalaşmasını bilmək vacibdir. 
Gəlirlərin yaranmasına görə, təyinatına, yerinə yetir-
diyi funksiyalara müvafiq olaraq, onlar müəyyən xüsusiy-
yətlərə malikdirlər. 
Hesablaşma mərhələsi kimi pul vəsaitlərinin nağd və 
nağd olmayan formalarda müəssisənin hesablaşma hesabı-
na daxil edilməsi aktlarıdır. 
Gəlirlərə daxil olan vəsaitlər, əsasən, ilk əvvəl məh-
sulun  satışından  daxil  olan  məbləğdir.  İstehsal  prosesində 
məhsulun  satışından  pul  vəsaitləri  il  ərzində  müəssisənin 
xalis əmlakını artıran pul formasında dəyərlərin mədaxili-
dir. Onun hesabına daxil olan pul vəsaitlərinin heç də ha-
mısı onun xalis əmlakını artıra bilmirlər və elə buna görə 
də onlar gəlir hesab oluna bilməzlər.  
Burada vəsaitin çatışmaması hallarda müəssisə bank-
dan kredit götürür, onu vacib istiqamətlərə yönəldir, lakin 
o  müəyyən  müddətdən  sonra  bu  borcu    qaytarmalıdır  və 


 
 
285 
onun vəsaitindən çıxmalıdır. Bu səbəbdən bu kredit müəs-
sisənin  xalis  əmlakının  dəyər  məbləğini  dəyişdirmir. 
Müəssisənin  gəlirinə  aid  olmayan  vəsaitlərə  təsisçilərin 
qoyduqları əmanətlər. Baxmayaraq ki, onlar kapitalın həc-
mini  artırırlar,  onlar  ilk  təsərrüfatçılığın  yaranmasına  və 
fəaliyyətinə yönəldilir. Bundan başqa, gəlirlərin əldə edil-
məsi pul vəsaitlərinin, aktivlərin və digər əmlakın daxil ol-
ması ilə əlaqədar olduğundan müəssisənin üçüncü şəxsdən 
(hüquqi və  ya fiziki) aldığı ixracatdan  gömrük rüsumları, 
əlavə dəyər vergisi, aksizlər – sonradan büdcəyə köçürül-
düyündən – müəssisə üçün gəlir sayılmır. 
Müəssisənin gəlirləri onların xarakteri, istiqamətləri, 
alınma şərtlərinə və özünün yaranma mənşəyinə görə aşa-
ğıda göstərilən fəaliyyət növləri ilə bağlı olurlar: 
- müəssisənin adi (əsas) fəaliyyətindən daxil olan gə-
lirlər; 
- müəssisənin icra etdiyi əməliyyatlardan gələn gəlirlər. 
- məhsulların, göstərilən xidmətlərin və görülən işlə-
rin satılması ilə bağlı olmayan gəlirlər; 
- fövqəladə hallarla əlaqədar daxil olan gəlirlər. 
Yuxarıda  göstərilənlərdən  yalnız  birincisi  müəssisə-
nin əsas (adi) fəaliyyəti ilə, qalanları isə sair daxilolmalar-
dan əldə edilən gəlirlər hesab edilir. 
Gəlir  növlərinin  təsnifləşdirilməsində  onların  daha 
iki əlaməti əsas kimi götürülür: 
a)  gəlirlərin əldə olunmasının daimiliyi – mütəmadi 
və təsadüfi. 
Gəlirlərin  daimiliyi,  fasiləsizliyi  baxımından  istisna 
təşkil  edən  “fövqəladə  hallarla  bağlı”  gəlirlərdir.  Bunlar 
gözləniləndirlər,  lakin  zəruri,  arzu  olunan  deyildirlər;  bu 


 
 
286 
gəlirlər təsadüf mahiyyətli, vaxtaşırı mahiyyət daşıyan gə-
lirlərdir.  
b)  hesabat  dövrünə  aidiyyətinə  görə  –  cari  gəlirlər 
və gələcək dövrün gəlirləri. 
Gəlirlərin təsnifləşdirilməsində istifadə olunan başqa 
bir əlamət də cari gəlirlərin müəssisənin xərcləri ilə qarşı-
lıqlı əlaqəsidir. Bu əlaqələrdən birincisi cari hesabat döv-
rünün xərcləri ilə əlaqədar olan cari hesabat dövrünün gə-
lirləridir.  İkincisi  isə  yaranması  cari  hesabat  dövrünün 
xərcləri ilə əlaqədar olmayan gəlirlərdir.  
Müəssisəyə  daxil  olan  gəlir  növlərinin  iqtisadi  məz-
mununa görə səviyyələri aşağıda təsvir olunduqları kimidir.  

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin