190
sədə həyata keçirilən ayrı-ayrı texniki və təşkilatı tədbirlə-
ri daha konkret surətdə nəzərdə tutulur. Material sərfinin
operativ – texniki normalarının tətbiq müddəti həm də
bütün müəssisələr üçün eyni deyildir. Bu normalar bir ay,
iki ay, beş ay və i. a. yəni texnika və ya istehsalın təşkili
sahəsində material sərfi üzrə dəyişiklik əmələ gətirən bu
və ya digər tədbirlərin həyata keçiriləcəyi müddətə qədər
tətbiq edilə bilər.
Material sərfi normaları, onların
tətbiq miqyasında
asılı olaraq,
fərdi normalara və toplu normalara bölünür.
Müəyyən zavodda və ya müəyyən tip avadanlıqda (qazan-
da, sobada) hazırlanan konkret məhsul vahidinə sərf edilən
material normaları fərdi normalara aid edilir.
Bir neçə eyni müəssisə tərəfindən hazırlanan eyni bir
məhsula (və ya görülən eyni bir işə) material sərfi norma-
ları toplu normalara aid edilir. Məsələn, bir neçə elektrik
stansiyası tərəfindən elektrik enerjisi hasil edilməsi üçün
yanacaq sərfi normaları, bir neçə mədəndə neft çıxarılması
üçün elektrik enerjisi sərfi normaları, bir neçə zavodda
hazırlanan dəzgaha qara metal prokatı sərfi normaları
toplu norma sayılır.
Normalaşdırma
obyektindən asılı olaraq
məmulat üz-
Dostları ilə paylaş: