271
q) qiymətli kağızların satışından əldə edilən pul və-
saiti;
d) banklarda saxladıqları pullar üçün alınan dividentlər;
e) hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə və-
saitləri və s.
İstehsal və digər fəaliyyət növlərini həyata keçirər-
kən müəssisələrdə maliyyə çətinlikləri əmələ gələrsə, on-
ların aradan qaldırılması üçün kreditlərdən istifadə edilir.
Kreditləşdirmənin iki növünü: uzun müddətli və qısa müd-
dətli növlərini fərqləndirirlər.
Uzunmüddətli kreditlər, adətən, investisiya
qoyuluşu,
yeni texnikanın tətbiqi, istehsalın mexanikləşdirilməsi və
avtomatlaşdırılması, texnoloji maşın və avadanlıqların
modernləşdirilməsi, məhsulun keyfiyyətinin yaxşılaşdırıl-
ması, mövcud istehsalın genişləndirilməsi, yenidən qurul-
ması və yeni texnika ilə silahlanma səviyyəsinin yüksəl-
dilməsi və s. üçün verilir.
Qısamüddətli kreditləşdirmə isə əsas etibarilə tapşı-
rıqların, sifarişlərin yerinə yetirilməsi gedişatında dövriyyə
vəsaitlərinə əlavə tələbat olduğu hallarda həyata keçirilir.
Maliyyə planı – müəssisənin istehsal, təchizat, satış
və maliyyə fəaliyyətinin nəticələrini dəyər ifadəsində əks
etdirir.
Maliyyə planı iki hissədən: gəlir və xərc hissədən
ibarət olaraq rüblərə bölünməklə illik plan işlənib hazırla-
nır. Gəlirin və daxil olan vəsaitlərin cəmi xərcin, büdcə
ayırmaları və ödəmələrinin cəminə bərabər olmalıdır (bu-
na difesitsiz, kəsirsiz maliyyə planı deyilir). Müəssisənin
maliyyə resursları dedikdə, onun öz maliyyə öhdəliklərini
yerinə yetirməsi, cari xərcləri və öz istehsalının genişlən-
dirilməsi ilə əlaqədar olan özünün pul vəsaitləri və borc
272
alınmış (kənardan daxil olmuş) vəsaitlərin məcmusu nə-
zərdə tutulur.
Müəssisənin
maliyyə resursları yaranma mənbəyinə
və mənşəyinə görə xüsusi və cəlb edilmiş (borc)
vəsaitləri-
nə bölünürlər. Müəssisələr müxtəlif mülkiyyət, təşkilati-
hüquqi və təşkilati-iqtisadi formalarda olduqlarından, on-
ların xüsusi vəsaitlərinin yaranma mənbələri də xeyli dərə-
cədə fərqlənir.
Dostları ilə paylaş: