Fabionizmin (sosialistlərin) arqumentasiyası islahatçı yanaşmaların əsaslandırılması ilə, ictimai münasibətlərin, sosial bərabərliyin təminatı üçün vəsaitlərin daha çox cəlb olunması əsasında əhalinin rifah sisteminin tədricən və mərhələ-mərhələ dəyişməsi ilə bağlıdır.
“Arzu olunmayan kollektivizm” rəqabət bazarında uğursuzluq yaşanacaq hallarda fərdin həyat ssenarisində düzəlişlərin aparılmasını mümkün edən “qarışıq iqtisadiyyat” prinsiplərini əsaslandırır. Zəmanətlər sistemi, sosial təhlükəsizlik sistemi, zəmanətli yardım – bu yanaşmanın əsas dominantlarıdır.
“Antikollektivizm”- fərdi azadlıq dəyərlərini elan edir. Antikollektivizmin tarixi variantı Adam Smitin liberalizmidir. Əsasında ayrı ayrılıqda götürülən insanın taleyinə dövlətin müdaxiləsini minimuma endirmək durur. Bazar ictimai tənzimləmə və nizama salmanı təmin edən sistem kimi nəzərdən keçirilir. Bazar münasibətlərinə dövlətin müdaxiləsi baş verəndə, fərdi yardım göstəriləndə mövcud doktrinanın mövqeyinə əsasən sosial təhlükəsizlik prinsipləri pozulur, bu isə ictimai sabitliyi təmin etməyə imkan vermir. Neoliberalizm azadlığı bazar iqtisadiyyatının əməli kimi əsaslandırır. Stress və azadlıq isə həmən bazar iqtisadiyyatının əsasını korrektə edir. Bununla əlaqəli olaraq dövlət sosial təminatı öz məqsədli aksiyaları ilə şəxsi azadlığa təkcə bədxərc və qeyri effektiv müdaxilə kimi yox, eləcə də cəmiyyət üçün təhlükə kimi çıxış edir, çünki ictimai bölgüyə səriştəli şəkildə nəzarət edə bilmir.
Lakin ideoloji mövqelərin dəyişilməsinin mühüm amili kimi partiyaların siyasi mübarizəsi çıxış edir. İdeoloji modellərin məzmunu daha mürəkkəbdir və sosial aləmlə birbaşa bağlı deyil, çünki ictimai rifah proqramları müxalifətçi partiyaların mövqelərinin qarşıdurması nəticəsində formalaşır, lakin onlar real sosial şəraitlə korrektə olunurlar.
Siyasi ənənələr və dövlət rifahının ideologiyasına olan münasibət sənaye baxımından inkişaf edən ölkələrdə müəyyən dərəcədə özünü büruzə verən sosial təminatın başlıca ideoloji modellərini ayırmağa əsas verdi.