Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə55/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   206
kitab tercume

İctimai-ərazi bölgü modeli. 4
İctimai-ərazi yenidən paylanma modeli islahatlar zamanı əhalinin miqrasiyası, urbanizasiya və kapitalist istehsalatının inkişafı, əhalinin kasıblaması, müxtəlif ictimai təbəqələrin yoxsulluğu ilə əlaqədə yaranır. Mövcud olan model üçün dəstəyin birgə yaşayışın icma və prixod (aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadığı yer) sistemləri, prikaz sistemi kimi arxaik formalarının bir araya gəlməsi səciyyəvidir. Eyni vaxtda dəstəyin torpaq, şəhər kimi yeni növləri də müşahidə olunur, sosial sığorta və pensiya təminatı meylləri qeydə alınmağa başlayır. Xeyriyyə cəmiyyətlərinin inkişafı davam edir, onlar təkcə müxtəlif qruplara dəstək göstərmirlər, eləcə də işsizlik ilə mübarizə mexanizmlərinin axtarılmasından tutmuş, azyaşlı cinayətkarların tərbiyəsi, sosial xəstəliklərlə bağlı mübarizə və körpələr üçün süni qidalanma sisteminin yaradırlmasınadək – bu qəbildən olan problemlərin yetərincə böyük spektrinin həlli ilə məşğul olurlar. İnkişaf etməyən vergi sistemi, dövlət maliyyələşdirilməsinin olmaması, sosial siyasət sahəsində tədbirlərin həyata keçirilməsində sosial aksiyaların demərkəzləşdirilməsi bu modelin səciyyəvi xüsusiyyətləridir.
Sosial təminat modeli. 5
Sosial təminat modeli sosial siyasət sistemində birinciliyin zəhmətkeş əhaliyə aid olduğu dövlət paternalizmi modelidir. Bu modelin əsasında sosialist yenidən paylanma dururdu, lap əvvəldə paylanmada, sığortada və pensiya təminatında sinfi yanaşma həyata keçirildi. İstehsalat vasitələrinə olan özəl mülkiyyətə qarşı mübarizə sosial riskin bütün hallarında dövlətin dəstəyin əsas subyekti olaraq çıxış etməsinə gətirib çıxarır. Lakin 1960-cı illərdə ümumi pensiya islahatına keçid, ümumi sosial xidmətin rəsmiləşdirilməsi əlillər və aztəminatlı ailələr üçün müavinətlərin müxtəlif növlərinin inkişafı ilə dövləti yaşayışla təmin olunma, sağlamlığın qorunması, sosial infrastrukturun təminatı problemlərini öz üzərinə götürən müəssisələri bu fəaliyyətə cəlb etməyə məcbur edir.
Dövlət paternalizmi sistemi xeyriyyəçiliyin müxtəlif formalarını istisna edirdi. Sosial təminatın monopoliyalaşdırılması və mərkəzləşdirilməsi ictimai problemlərin həllinə olan reaksiyanı ləngidirdi, başqa insanın hesabına yaşamağın yeni formalarını yaradırdı, müavinətlər və sosial xidmət sistemi təminatın çox aşağı səviyyəsi ilə səciyyələnirdi.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin