Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Əhaliyə sosial qulluğun inzibati idarə edilməsi və ona rəhbərlik edilməsi



Yüklə 0,73 Mb.
səhifə63/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   206
kitab tercume

Əhaliyə sosial qulluğun inzibati idarə edilməsi və ona rəhbərlik edilməsi sosial xidmətlərin təşkil olunması, müxtəlif səviyyədə mütəxəssislərin, sosial xidmətlərin effektivliyinin inkişafına yönələn idarəçilik proqramlarının hazırlanması ilə bağlıdır. İdarəetmə funksiyası ixtisasartırma kursları, universitetlər, kolleclər çərçivəsində müxtəlif sosial xidmət müəssisələrində çalışmaq üçün heyətin hazırlığı məqsədi ilə təhsil və təlim proqramlarının təminatını özünə daxil edir.
Əhaliyə sosial qulluq müəssisələrində sosial iş müəyyən vaxtda sosial təminatla eyniləşdirilirdi. Lakin sosial işin ehtiyacı olanların dəstəyinin yalnız iqtisadi metodlarına yönəldilməsi düzgün hesab olunmur, çünki bu sadəcə sosial fəaliyyətin aspektlərindən biridir. Yaşayış standartının müvafiq səviyyəsinin dəstəklənməsi öhdəliklərdən biridir və sosial iş kontekstində o, instrumental cəhətdən müəyyən şəklə salınmanın müxtəlif səviyyələrinə malikdir:

  • insan resurslarının inkişaf etdirilməsi;

  • sosial və iqtisadi resursların və rifahların paylanılması və yenidən paylanılması;

  • yoxsulluğun qabağının alınması, kasıblığın və sosial fəlakətlərin azaldılması;

  • ayrı-ayrı şəxslərin və qrupların həyati, iqtisadi və sosial risklərdən qorunması.


ƏHALİYƏ SOSİAL QULLUĞUN İNZİBATİ İDARƏ EDİLMƏSİ VƏ ONA RƏHBƏRLİK EDİLMƏSİ sosial dəyişikliklərə aparan, vətəndaşların problemlərinin həllinə təsir göstərən, sosial qanunvericiliyə və ehtiyacı olanlara dəstək proqramlarına korrektivləri daxil edən sosial hərəkətin xüsusi növüdür.

SOSİAL İNSTİTUTmüəyyən təşkilatçı strukturla əlaqəli olan normalar, əmrnamələr və tələbatlar məcmusudur və bu normalar vasitəsi ilə cəmiyyət insanların fəaliyyətinə nəzarət edir və onu tənzimləyir.
Bununla bərabər sosial iş insanlara öz institusional və sosial rol və statusları çərçivəsində ictimai əlaqələrdə optimal şəkildə fəaliyyət göstərmək imkanını təqdim edir. Sosial iş insan potensialını aktuallaşdırmağa imkan yaradır, özünü aktuallaşdırma isə sosial fəaliyyətdə təzahür edir, bu isə ictimai həyatın inkişafına gətirib çıxarır. Sosial iş birləşdirməyə, insanlar arasında vasitəçilik etməyə, əhalinin müxtəlif qruplarını müdafiə etməyə və davranışın deviant formalarının qabağını almağa imkan yaradır. Sosial iş sosial intizamı və cəmiyyətin institusional strukturunu qoruyub saxlamağa şərait yaradır:

  • Sosial institutlara yardım etmək;

  • Sosial adaptasiyanın və reabilitasiyanın effektiv metodlarını həyata keçirmək;

  • Sosial münaqişələrin qarşısını almaq və onlar haqda xəbərdarlıq etmək;

  • Deviant davranışda və sosial intizamın qaydasızlığında düzəlişlər etmək və onları idarə etmək.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin