SOSİAL QULLUQ MƏRKƏZİ – təşkilatçı və praktik fəaliyyəti həyata keçirən, ahıl vətəndaşlara, əlillərə və sosial dəstəyə ehtiyacı olan əhalinin digər qruplarına müxtəlif növ sosial yardım göstərən əhalinin sosial müdafiə müəssisəsidir.
SOSİAL MÜDAFİƏ - prinsiplər, qaydalar, metodlar, qanuni şəkildə dövlət tərəfindən təsis olunmuş sosial zəmanətlər, tədbirlər və müəssisələr sistemidir. Bu sistem şəxsə, müxtəlif sosial kateqoriya və qruplara aid onlara həyatlarının optimal şəraitlərinin təqdim olunması, həyat təminatının və fəal mövcudluğunun dəstəklənməsi, tələbatlarının ödənilməsi sahəsində adı çəkilən zəmanətlər və tədbirlərin reallaşmasını təmin edir. Sosial müdafiə vətəndaşların normal həyatında yaranan riskli situasiyalara ( xəstəlik, işsizlik, qocalıq, ailə başçısının itirilməsi, əlillik və s.) qarşı yönələn dövlətin və cəmiyyətin tədbirlər, hərəkətlər və vasitələr məcmusudur. Bu iqtisadi dəyişikliklər və bu dəyişikliklərlə bağlı əhalinin zəif təbəqələrinin həyat səviyyəsinin aşağı enməsinə aid dövrdə həmin zəif təbəqələrin maddi dəstəyinin dövlət tərəfindən minimal səviyyəsinin təmin olunmasına yönələn sosial-iqtisadi və hüquqi xarakter daşıyan dövlət tədbirləri kompleksidir.
Terapevtik və reabilitasiya xidmətləri – sosial müdafiə və qəyyumluğu özünə daxil edən ( herontoloji mərkəzlər, əhaliyə psixoloji-pedaqoji yardım mərkəzləri, azyaşlıların sosial reabilitasiya mərkəzləri və s.)
Sosiallaşma və inkişaf xidmətləri - ailə və uşaqlara sosial yardımın ərazi mərkəzləri, valideyn himayəsindən məhrum olan uşaqlara yardım mərkəzləri və s.
Sosial xidmətlər lazım olan resursları təqdim edir, insanlara öz davranışlarını və təsəvvürlərini dəyişməyə köməklik göstərir, maddi çətinliklər və dəyərlər yönümləri ilə bağlı problemləri həll edir. Sosial xidmətlərin fəaliyyətinin ən vacib metodları sosial müalicə və təşkilatçı inkişaf metodlarıdır. Sosial müalicə metodları və ya konkret hadisə ilə sosial iş kliyentlərin istəklərinə uyğun sosial xidmətlərin uyğunlaşdırılması vasitəsi ilə göstərilən yardım kimi çıxış edir. Köməkçi metodlar təşkilatçı və ictimai inkişaf yanaşmalarının tətbiq olunduğu qrup işində istifadə edilir.
Dostları ilə paylaş: |