Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə53/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   206
kitab tercume

Sosial siyasətin yerli modelləri.

Sosial siyasətin yerli modellərini tarixi proses kontekstində nəzərdən keçirmək mümkündür, bu isə Rusiya sosial praktikasına xas olan ictimai qarşılıqlı münasibətlərin qurulması modellərini müəyyən etməyə şərait yaradacaq.
“İctimai rifahın” ideoloji konseptləri bir neçə əsrlər ərzində işlənib hazırlanırdı. Tarixi planda o, yaranan şəraitdə maddi - mənəvi nemətlərin mümkün olan ədalətli paylanılması və yenidən paylanılması, ehtiyacı olanlara dəstək praktikası, istehsalat üsulunun xüsusiyyətləri, eləcə də hakimiyyətin tarixi institutları və “ictimai rəy” ilə bağlı idi. Sosial siyasətin yaranan modelləri birinci növbədə əmək qabiliyyətini itirmiş əhalinin müəyyən təbəqələri üçün ictimai nemətlər və nailiyyətlərdən istifadə etmək imkanının təmin olunmasını; ikinci növbədə dəstəyin paylanma formalarını qanunvericiliklə təsbit edilməsini; üçüncü növbədə “ictimai rəyin” tarixi təzahürlərini nəzərə alaraq əhalinin rifahı siyasətinin həyata keçirilməsini tələb edən yenidən paylanma mexanizmlərinin prinsiplərini işləyib hazırlayırdı.

Knyazlıq və kilsə-monastır himayəsi modeli. 1.
Bu model üçün əhalinin qanuni şəkildə knyazlıq və kilsə patronajına götürülən müəyyən təbəqələrinə qəyyumluq göstərməklə səciyyələnir. Bu kliyentelanın tərkibinə təkcə kilsənin insanları yox, eləcə də qan qohumluğu münasibətləri ilə bir biri ilə əlaqəli olmayan cəmiyyətdən təcrid olanlar, dul qadınlar və ahıllarda daxil idi. Himayənin əsas vəzifəsi “qidalandırmaq” idi, yəni himayəyə götürülmüş insanın həyat tərzini qorumaq. Dəstək forması öz-özünə əmələ gələn xarakter daşıyırdı, təsbit edilmiş maliyyə mexanizmlərinə malik deyil idi, bu isə knyazlar tərəfindən bağışlanılan “desyatin”in həcminin dəyişdirilməsində öz əksini tapırdı. Tədricən qalıq prinsipi təsdiq olunurdu, bu isə “nəyinsə artıq qalmasından” dəstəyin həyata keçirilməsində öz əksini tapırdı. İnkişaf olunmamış təsərrüfatçılıq sistemi ilə əlaqəli olaraq hakimiyyət səviyyəsində olan yardım müvəqqəti və dəyişkən xarakter daşıyırdı. Lakin, ola bilər ki bu yardım ünvanlı və konkret xarakter daşıyırdı, çünki knyazın hərəkətləri müəyyən ənənələr və qanunlarla reqlamentləşdirilmişdir. Kilsələr və monastırlar xəstəxanalar, xeyriyyə müəssisələri kimi dəstək institutlarının təşkilində ilk addımlar atmağa çalışırlar, eləcə də tibbi yardımın və maarifçilik fəaliyyətinin əsaslarını qoyurlar.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin