SOSİAL SİYASƏTİN DÖVLƏT-YENİDƏN PAYLANILMA MODELİ Sosial siyasətin yenidən paylanılma modeli sosial-demokrat ideologiyasının inkişafı və zəhmətkeşlərin mənafelərinin müdafiəsi istiqamətində həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində yaranıb. Bu modelin əsasında kapitalist mülkiyyətinin sosiallaşdırılması, funksional sosiallaşdırma doktrinaları dayanıb. Bu doktrina əhalinin gəlirlərinin bərabərləşdirilməsi yolu ilə nail olunan sosial bərabərlik prinsiplərini, eləcə də cəmiyyət tərəfindən mülkiyyətin sərəncam vermə, istifadə etmə, paylanılma və yenidən paylanılma kimi müxtəlif vasitələr sisteminin köməkliyi ilə nəzarət olunmasını nəzərdə tutur.
Skandinaviya ölkələri, eləcə də bu məsələlərin həllində dövlətin rolunun əsas rol olaraq qaldığı Almaniya, daha çox bu modeli təqdim edirlər.
Belə ki, Danimarkada sosial siyasət sisteminin digər Skandinaviya ölkələri ilə oxşarlığına baxmayaraq, sosial gəlirlərin və sosial xidmətlərin müdafiə sistemi prioritet istiqamətlər hesab olunur. Sosial siyasət strategiyası cəmiyyətin iqtisadi və dövlət strukturunun yenidən təşkilinə və reformasiyasına, vətəndaşların tələbatlarının təmin olunmasına yönəlib. Bu məqsədlə gəlirlərin yenidən paylanılması sistemində, xidmət şəbəkəsinin genişləndirilməsində dövlətin rolu artır. Bununla yanaşı yerlərdə sosial təminat məsələlərinin həllində yerli özünüidarəetmənin əhəmiyyəti artır.
SOSİAL XİDMƏTLƏR – sosial qulluğun növlərinə müvafiq olaraq sosial xidmətin kliyentinə yardımla bağlı hərəkətlər. Almaniyada sosial sığorta, sosial təminat, sosial yardım prinsipləri sosial siyasət sistemində üstünlük təşkil edirlər. Dövlət sığorta prinsipləri həm dövlət iştirakını, həm də işə götürənlərin təminatında yardımı nəzərdə tutur. Almaniyada sosial sığorta təkcə risklərin ödənilməsi vasitəsi yox, eləcə də sosial yenidən paylanma vasitəsidir. Bu yanaşmalardan da vətəndaş sosial təminatının vergi ödəyicisi qismində öncədən verdiyi ödəmələrdən asılı olmayaraq hər bir vətəndaşa yaşayış minimumu təqdim etdiyi halda sosial təminat prinsipləri reallaşır. Sosial yardım konkret fərdi vəziyyətə əsaslanaraq köməyin təqdim olunması durumunda, maliyyələşdirmə mənbəyi kimi isə ictimai fondların çıxış etdiyi halda fərdiləşmə və subsidarlıq prinsipləri əsasında həyata keçirilir.
SOSİAL TƏMİNAT – işin itirilməsi, xəstəlik, qocalıq, əlillik, ailə başçısının itirilməsi – bu kimi sosial risklərdən cəmiyyətdə vətəndaşların müdafiəsi üçün görülən tədbirlərdir. “Frankfurt məktəbinə” aid olan alman sosioloqları və filosofları sosial siyasətin bu modelini yetərincə kəskin şəkildə tənqid edirdilər. Onlar hesab edirdilər ki, vətəndaşların rifahına dövlət paternalist yanaşma təkcə fərdi təşəbbüsü məhdudlaşdırmır, eləcə də öhdəliklər tələbatını və meyllərini, təminatın minimal səviyyəsində istənilən totalitar rejimi dəstəkləyən sosial mühiti formalaşdırır.