Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Cins-rol identikliyinin psixoloji konsepsiyaları



Yüklə 0,73 Mb.
səhifə137/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   206
kitab tercume

Cins-rol identikliyinin psixoloji konsepsiyaları
Psixoloji nəzəriyyələrin əsasında cinsin psixo-seksual differensasiyasının müxtəlif mexanizmləri haqqında təsəvvürlər durur. Fərdlərin cinsi mənsubiyyətə görə fərqləndirilməsi modelləşdirmə nəzəriyyəsi, idraki nəzəriyyə, sosial öyrənmə nəzəriyyəsi, stadial nəzəriyyə.
Modelləşdirmə nəzəriyyəsi-onun əsasını Z.Freydin identifikasiya mexanizmi təşkil edir. Uşaq özünü öz valideynləri ilə eyniləşdirir, onların davranışını yamsılayır, öz cinsindən olan böyüklərə uyğunlaşır. Bu yolla davranışın cinsi-rol mexanizmləri mənimsənilir.
İdentifikasiya - Freydə görə- fərdin digər insan və insan qrupları ilə özünü eyniləşdirməsilə əks olunan psixoloji müdafiə mexanizmidir. İdentifikasiya (lat.identifico-eyniləşdirilər) insana müxtəlif fəaliyyətlərlə məşğul olmağa, davranış normalarını və sosial dəyərləri mənimsəməyə kömək edir.
İdraki nəzəriyyi-uşaq əvvəlcə özünü hər hansı cinsin (qız, ya oğlan) nümayəndəsi kimi qəbul edir, sonra isə lazımi davranış stereotipləriniöyrənirlər ki, ona uyğun hərəkət etsinlər.
Sosial öyrənmə nəzəriyyəsi - rəğbətləndirmə mexanizmi əsasında təşkil edilmişdir. Yəni feminlik, yaxud maskulinliyin nümayiş olunmasına, yaxud olmamasına görə cəzalandırma. Davranışa görə rəğbətləndirmə və cəzalandırma.
Stadial nəzəriyyə-fərdi inkişaf prosesində cinsi differensiasiyanın inkişafının qanunauyğunluqlarını vurğulayır. O, aşağıdakı mərhələlərdən keçir. Sosial davranış standartlarının mənimsənilməsi, spesifik davranışın öyrənilməsi, digər insanlarla müqayisə olunma, interiorizasiya olunmuş təcrübə əsasında “cins qayda” larının dərk edilməsi.
İNTERİORİZASİYA (latın Interior — daxili)—xarici təzahür və əməliyyatların, daxili əqli təzahür və əməliyyatlara dəyişikliyi prosesidir.
Sosial stereotiplərin sosioloji konsepsiyaları
Sosial stereotip — sosial obyekt haqqında möhkəmlənmiş obraz və ya təsəvvürdür. Cinsi differensiasiyaya sosioloji yanaşmalar obyektlərin keyfiyyət strukturunu, sosial münasibətlər əsasında onların fərdiləşdirilməsini və ictimai qavrayışlar arasındakı fərqini aşkar edir. Belə yanaşmalar əsasında ən əhəmiyyətli keyfiyyət xarakteristikaları əsasında obyekti fərdiləşdirməyə icazə verən qütbləşmə fenomeni durur. Sorğunun köməyi ilə N. Smelzner ictimai təhlil mövqeyindən cinsi fərqləri differensiasiya etməyə icazə verən kişilərin və qadınların tipik xüsusiyyətlərini aşkar etdi.

Kişilərə xas xüsusiyyətlər

Qadınlara xas xüsusiyyətlər

Güclü, idmanla məşğul olmağa meyillidirlər

Zəif, idmanla məşğul olmağa meyilli deyil

Xarici görünüşü ilə bir o qədər də məşğul olmur, demək olar ki, ahıl yaşı barədə narahatlıq keçirmir

Öz zahiri görünüşü ilə maraqlanır, ahıl yaşdan qorxur

Ailə təminatçısı rolunu yerinə yetirir

Ailəsinə qarşı bağlılıq nümayiş etdirir

Cinsi həyat təcrübəsi var

Xoşrəftardır

Emosional deyil, dözümlüdür

Emosional və zərifdir

Məntiqlidir, rasionaldır, obyektivdir,inkişaf etmiş intellektə malikdir

Yüngülxasiyyətdir, hərəkətlərində ardıcıl deyil, incə intuisiyaya malikdir

Hakimiyyətə və liderliyə yönəlmişdir

Güzəştə gedəndir, iltifatlıdır

Asılı deyil, müstəqildir

Asılıdır, müdafiəyə ehtiyacı daha çoxdur

Fəaldır

Passivdir

Uğura yönəlmişdir,şöhrətpərəstdir

Utancaqdır



2.Sosial subyektliyin gender xüsusiyyətləri
Müştərinin problemlərinin həlli üçün dəstəkləyici terapiyanın strategiyalarının seçimində cins dominantları müəyyən rol oynayırlar. Kişi və qadınlara adi stereotiplər, sosial mühitdə, ailədə, istehsalatda rol davranışı, psixo-sosial problemlərin spesifikası, ətraf mühitin kişilərə və qadınlara qarşı tələblərinin xüsusiyyətləri sosial işçilərin rastlaşdığı bir qism spesifik problemlərə səbəb olur.
Kişilər
Maskulinlik haqqında təsəvvürləri dünya xalqları müxtəlif stereotiplərlə bağlayır. Şərq mədəniyyəti kişidə kişiliyin və fiziki mükəmməlliyin göstəricisi kimi onda böyük qarının mövcudluğunu labüd hesab edirlər, çünki orada həyati enerji cəmlənmişdir. Qərb sivilizasiyasında Antik mədəniyyət fiziki mütənasib inkişaf etdirilmiş bədən qurluşu tələbləri ilə mükəmməlliyin və kişiliyin nümunəsidir. C.Uayli, maskulinlik haqqında müxtəlif xalqların təsəvvürlərini dərk edərək, belə bir nəticəyə gəlir: "Kişi nə qədər hündür, çəkili, cüssəlidirsə o qədər çox kişi xüsusiyyətlərinə malikdir". Əksər dünya xalqlarınının kollektiv şüuraltında bu arxetipik düşüncə durur.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin