Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Xəstəlik nəzəriyyəsinə sosial-elmi yanaşma



Yüklə 0,73 Mb.
səhifə149/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   206
kitab tercume

Xəstəlik nəzəriyyəsinə sosial-elmi yanaşma
Sağlamlıq və xəstəlik anlayışlarının sosial-elmi analizinin iki əsas iş sahəsi var. Onlardan biri xəstəliyin yaranmasının ictimai əsaslı ilkin şərtləri ilə, digər isə xəstəliklərin psixi, psixososial və bütovlükdə cəmiyyətə aid olan nəticələri ilə məşğul olur.
Xəstəliklərin sosial ilkin şərtlərinin öyrənilməsində bir çox yanaşmalar sosial epidemiologiya metodikasından istifadə edir. Xəstəlik (yaranma, yayılma, xəstəliyin axışı və s.) məzmunu, təcrid etmə və yayılma dərəcələri müxtəlif ola bilən sosial fenomenlərlə bağlıdır. Məsələn: əhalinin müəyyən qrupuna aidlik, urbanizasiya dərəcəsi, mobillik, ailə strukturu, ictimai-mədəni dəyişikliklər, etnik mənşə, yəni təcridin nisbətən yüksək dərəcəsiylə dəyişən ölçülər, statusun dəyişkənliyi kimi spesifik dəyişən ölçülər, neqativ xarakterli hadisələr, peşəkar fəaliyyətlə bağlı narazılığı şəxsiyyət strukturu, rol münaqişələri və s.
Tədqiqatlar bir çox xəstəliklərin və ya xəstəlik yaradıcı aspektlərin sosial şərtli olmasını göstərmişdir.: uşaq və anaların ölüm faizi, həyat perspektivləri, erkən əlillik, fizioloji proseslər, stress vəziyyətləri, fiziki və psixi əlillik, yoluxucu, psixi xəstəliklər, ürək-damar və onkoloji xəstəliklər və s.
Sosial bərabərsizlik və xəstəlik. Bir çox tədqiqatlar yuxarı təbəqə ilə müqayisədə əhalinin ən aşağı təbəqələrindən olan insanda xəstələnmə və ölüm faizlərinin səviyyəsinin yüksək olduğunu göstərir. Həyat vəziyyəti və həyatın şəraiti fərdi həyat imkanlarına, xəstəliyin yaranmasın təhlükəsinə ölüm vaxtı və səbəbi göstəricilərinə böyük təsiri göstərir.
Peşəkar fəaliyyət və xəstəlik. Qismən bu istiqamət "Sosial bərabərsizlik və xəstəlik" mövzusunu konkretləşdirir, çünki peşəkar ehtiyaclar və sorğular "əhali təbəqəsi" kateqoriyasının vacib aspektlərinə aiddir: iş yerində vəziyyət peşəkar və sahə üzrə müəyyən xəstəliklər onların əmələ gəlmə tezliyinin yüksək olması və növlərinin meydana çıxması, həmçinin əlillik və ölümün müəyyən faizi ehtimal edilir. Bununla əlaqədar olaraq peşəkar fəaliyyətin və vəziyyətin obyektiv və subyektiv komponentləri fərqləndirilir, məsələn: işsizlik, peşə statusu, rol münaqişələri, məsuliyyət dərəcəsi, yüksək təzyiq, emosional stress xəstələnməyə meyillilik, psixosomatik xəstəliklər və s.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin