Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə33/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   206
kitab tercume

Mövzunun əsas anlayışları
Baza bilikləri, diaqnoz, tədqiqatlar, konstrukt, konsept, problem, psixologiya, müştərinin sosial tarixi, sosial iş, sosiologiya, psixososial diaqnoz.
Referat mövzusu
Sosial işdə idrak nəzəriyyəsinin xüsusiyyətləri.
Sosial işin formalaşmasında sosiologiya və onun rolu.
Sosial işdə pedaqoji nəzəriyyələr.
Sosial işin nəzəriyyəsində biliyin spesifikası.
Seminar məşğələlərində müzakirə üçün suallar
Sosial işdə bilik nəzəriyyəsi.
Sosial işdə elmi düşüncə prinsipləri.
Biliyin məntiqi və sosial iş təcrübəsi.
Sosial işin idrak sahəsi kimi müştərinin sorğusu.
Sosial işdə prinsiplərin problemləri.
Sosial işdə bilik spesifikası.
Sosial işə modernizm və müasir yanaşmalar.
Sosial işdə biliyin mahiyyəti.

Ədəbiyyat:

  1. Зайнышев И. Г. Структура теории социальной работы как науки: Ученые записки. МГСУ, 1996. № 1. С. 19.

  2. Энциклопедия социальной работы: В 3 т. М.: 1993.

3. Социальная работа // Российский энциклопедический словарь. М., 1997. Т. 1.
4. Ярская В Н. Социальная работа: опьгг философской рефлек­сии // Образование и развитие региона. 1996. № 1

Mövzu 3. Sosial işin nəzəriyyəsinin fəlsəfi əsasları
Mövzunun tədris kursunda yeri.
Təqdim olunan mövzu sosial işin nəzəriyyəsinin onun fəlsəfi əsasları mövqeyindən təsəvvürlərinin genişləndirilməsinə yönəlib. Sosial işin paradiqmaları, dəyərləri, eləcə də insan haqqında əsas təsəvvürlər verilib.
Araşdırılan əsas suallar:

  1. Sosial işin peşəkar fəaliyyət növü kimi fəlsəfəsi.

  2. Sosial işin fəlsəfəsinin paradiqmaları

  3. Sosial iş konsepsiyalarında insan.



  1. Sosial işin peşəkar fəaliyyət növü kimi fəlsəfəsi

Sosial işin fəlsəfəsi – professional fəaliyyətin ideologiyasıdır. Onun əsasında sosial işin ictimai peşə kimi təkamül inkişafında formalaşan dəyərlər, ideallar durur. Sosial işin fəlsəfəsi – cəmiyyətdə öz peşəsinə olan vahid tələblərlə birləşdirilən, müəyyən bilikləri olan, ictimai və professional prinsiplər, normalar və dəyərləri rəhbər tutan insanların kollektiv təsəvvürləridir.
Siporin M. qeyd edirdi: “Hər bir peşə onun əsasını təşkil edən özünün perspektivi və mövqelərinin cəmi, eləcə də, kollektiv vicdan vasitəsi ilə xarakterizə olunur. Biz bu məsələni professional fəlsəfə adlandırırıq. Belə fəlsəfə reallığın təsviri və ölçülməsi, əxlaqi-etik mühakimələrin formalaşmasında istifadə etmək üçün müəyyən mühüm modellər və standartları təmin edir. Sonda qeyd olunanları biz normalar, göstərişlər və ya əxlaqi yaxud etik prinsiplər adlandırırıq. Belə fəlsəfə təhsil alanların və bu peşəyə yeni gələnlərin mədəniyyətini formalaşdıran və çərçivələrində sosiallaşmanın baş verdiyi professional submədəniyyətin mərkəzi hissəsi kimi çıxış edir. Beləliklə, fəlsəfə peşəkarlığın hissəsinə çevrilir. ”
XIX əsrin ikinci yarısında fəlsəfi dəyərlər sosial işin ayrılmaz hissəsi olur. Məhz bu dövrdə könüllü yardımçıların təcrübəsində köməyin fərdi tədbirlərində əsaslanan filantropik fəaliyyətdən aralanması və onların kollektiv problemlərin həll olunmasına keçidi müşahidə olunur. Cəmiyyətin sosial rifahına kollektiv məsuliyyət konsepsiyaları bütövlükdə könüllü yardımçıların diqqətinin vurğularının yerini dəyişdirdilər. Yoxsulluğun başa düşülməsini “şəxsiyyətin fərdi defektləri” ilə əlaqələndirməklə səciyyələn paternalistik moralizm insanın vətəndaş və siyasi hüquqları konsepsiyaları ilə əvəz olunur. Sosial islahatçıları urbanizasiya, əməyin istismarı, fəhlə sinfinin yoxsulluğu kimi sənaye inqilabının nəticələri ilə bağlı problemlər cəlb edir.
XX əsrin ortalarında sosial işin praktikasında ayrıseçkiliyin müxtəlif formalarından insan hüquqlarının müdafiəsinə yönələn yanaşmalar üstünlük təşkil etməyə başladı. Və bununla əlaqədar insan fəaliyyətinin müxtəlif sahələrində sosial işçilərin araşdırdığı problemlər təkcə mikro və mezo-səviyyələrdə yox, eləcə də qlobal həmrəylik prinsiplərinin bərqərar olunması şərti ilə makro-səviyyədə dərk olunmağa başlayır. Dərk olunmanın bu konteksti təkcə psixoloji və sosial-iqtisadi proseslərin başa düşülməsini yox, eləcə də qlobal dəyərlər strukturları və proseslərin anlamasını tələb etdi. Bu real aləm, sosial işin idealları və oriyentirləri haqqında peşəkar təsəvvürlərin əsaslandırılmasını tələb etdi, sosial işin fəlsəfəsinin yaranmasına şərait yaratdı.


  1. Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin